Posts

Showing posts from November, 2019

Məmur podyumu

Image
Sovetlərdən sonra Gürcüstan dövlətçiliyi bizi əsl məmurla təltif etməyib. Bunun təbii ki, bir çox səbəbləri var. Baxmayaraq biz çox millətli, tolerant bir dövlətdə yaşayırıq amma etniklərə qarşı baxış sovetlərdən sonra gələn hər bir hakimiyyətin dövründə belə dəyişməz qalıb. Ümumi işlənib hazırlanmış startegiya davam etməli sona çatdırılmalı idi. Burada ikinci maraqlı bir məsələ də var, necə ki, siravi gürcülərin etnik azlıqlara dair fərqli təsəvvürləri var eləcə də inzibati orqanlarda və ali səviyyədə də bu baxış fərqli deyil, qonşu dövlətə birləşmə qorxusu, azadlıq tələb etmə, muxtar dövlət qurmaq arzusu kimi fundamental qorxu və narahatçılıq eləcə də bunların simasında Gürcüstanı yalnız gürcü torpağına, gürcü mədəniyyətinə və tarixinə çevirmək kimi addımlar hər hakimiyyət dövründə azda olsa öz istəyinə çatıb. Qamsaxurdiya dövründə tarix dəyişdi, ondan sonra Şevarandze dövrü gəlir, o zaman hər kəs baxmayaraq ki, öz küncünə çəkilmişdi amma yerli xalq öz keçmişini öz əli ilə məh