Posts

Showing posts from May, 2021

Gürcü dili öyrənmək bizi doğurdanmı xilas edəcək?

  Hər zaman Gürcüstan azərbaycanlılarının problemlərinin müzakirəsində istər yerli istər xarici qurumlar gürcü dili məsələsini önə çəkir. Gürcüstan vətəndaşı olaraq təbii ki, bu fikirlə tam razı deyiləm amma dil öyrənməyin olduqca vacibliyini isə yüksək şəkildə vurğulayıram. Bir neçə faktora diqqət göstərmək istəyirəm. - Öz ana dilində təhsil ala biməyən şəxslər öz kimliyini dərk etmir, milli ruhu hiss edə bilmir. Buna əks olaraq bir neçə istisna nümunə gətirməklə biz real problemi gizlədə bilmərik. Bəs bunlar nə kimi yeni problemlərə yol açır? - Problemin düzgün müəyyənləşməməsi; - Prioritetlərin yer dəyişkənliyi; - Kiçik münaqişlərin yaranması; - Resursların qeyri-bərabər bölünməsi; - İnkişaf edən dünyada sosial problemlərlə məşğul olmaq səviyyəsində qalmaq. Bəlkə Gürcüstan nümunəsi bir çoxları üçün tam aydın deyil amma bir neçəsi haqqında danışmaq istəyirəm. Dil öyrəndikdən sonra biz iş yerlərində hamı kimi işləyə biləcəyikmi? - Son illərdə işə qəbul olma, nə dil, nə savad nə də təc