Məmur podyumu



Sovetlərdən sonra Gürcüstan dövlətçiliyi bizi əsl məmurla təltif etməyib. Bunun təbii ki, bir çox səbəbləri var. Baxmayaraq biz çox millətli, tolerant bir dövlətdə yaşayırıq amma etniklərə qarşı baxış sovetlərdən sonra gələn hər bir hakimiyyətin dövründə belə dəyişməz qalıb. Ümumi işlənib hazırlanmış startegiya davam etməli sona çatdırılmalı idi. Burada ikinci maraqlı bir məsələ də var, necə ki, siravi gürcülərin etnik azlıqlara dair fərqli təsəvvürləri var eləcə də inzibati orqanlarda və ali səviyyədə də bu baxış fərqli deyil, qonşu dövlətə birləşmə qorxusu, azadlıq tələb etmə, muxtar dövlət qurmaq arzusu kimi fundamental qorxu və narahatçılıq eləcə də bunların simasında Gürcüstanı yalnız gürcü torpağına, gürcü mədəniyyətinə və tarixinə çevirmək kimi addımlar hər hakimiyyət dövründə azda olsa öz istəyinə çatıb. Qamsaxurdiya dövründə tarix dəyişdi, ondan sonra Şevarandze dövrü gəlir, o zaman hər kəs baxmayaraq ki, öz küncünə çəkilmişdi amma yerli xalq öz keçmişini öz əli ilə məhv etməkdə bir problem görmürdü, özbaşnalıq və.s. Təbii ki, etnik azlıq olan azərbaycanlılar kimi Gürcüstanda öz keçmişinə, tarixinə və mədəniyyətinə qayğı göstərməyən, qorumayan ikinci başqa etnik azlıq yoxdur. Həmin dövrlərdə tarix əllərlə yazılırdı. Sonra Saakaşvili dövrü gəlir, bəli qərb sisteminin davamçısı olan bu şəxs qərb dəyərlərini burada tətbiq etməli, tolerant və demokratik bir Gürcüstan yaratmalı idi, burada vətəndaşsız belə bir sivil cəmiyyət yarana bilməzdi və bütün vətəndaşlar qanunla bərabər hüquqlu vətəndaş statusu qazandı. Onun qərb təfəkkürlü olması əsl gürcülüyünü unutdurmamışdı. Ölkədə abadlıq işləri həyata keçirildi. Mərkəzi Tiflisdə meydanda bir çox abidələr təmir zamanı özgələşdirildi, azərbaycanlı dahi şəxsiyyətlərin adına küçə adları dəyişdirildi, işarələr yox edildi və sonradan bərpa edilmədi. Nərimanovun evi dağıdıldı və investorlara satıldı və bir çox belə başqa hadisələr baş verdi. İndi yaşadığımız hakimiyyət dövründə də bu kimi işlər ardıcılıqla davam etdirilir və bir çox şeyə də nail olunub. Bütün bu yuxarıda sadaladıqlarımı təbii ki, vandal bir şəkildə həyata keçirmirdilər. Burada həmin vaxt hakimiyyətin qulları olan azərbaycanlı məmurlar iştirak edib və bu kimi işlərin həyata keçirilməsində bilavasitə rol alıb. Bütün bunlar onun üçün sistemin qulu olmaqdan başqa bir şey kəsb etmirdi və sistemin tələbini yerinə yetirməyi özünə vəzifə borcu bilirdi amma vəzifə borcu və sistem qulu olmaq arasında elə böyük fərq var ki, onu iki cümlədə izah etmək çətindir. Bəs niyə daima belə şəxslər idarəçi seçilir? Onları kim, necə hakimiyyətin qulu olmaq üçün seçir? Bu bir podyumda baş verir. Jurilər onun nə boy buxununa, nə başın içindəki beyinə, nə də onun quru diplomuna baxır. Bu şəxs milli, mədəni irsin keçikçisi olmayan biri olmalı. Maddi hərisliyi ən vacib xarakteri olmalıdır ki, onu bu yolla bir çox şeylərə imza atdıra bilsinlər. Podyum məmurları vəzifədən gedəndən sonra “ ali ağsaqqala” ya da biznesmenə çevrilir. Mən çox yaxşı xatırlayıram keçmiş mer Teymur Abazovla olan müsahibəni.” Bura gürcü torpağıdır, nə kimi abidələr varsa hamısı gürcülərindir və biz bura köçürüləndə gəlib onların sahibi olmuşuq amma bu doğru deyil”. Eləcə də Dmanisidə keçirilən Elatın ləğv olunmasında Dmanisidə hakim dairələrdə çalışan azərbaycanlı məmurların böyük rolu olub.  Onlar hesab edirdilər ki, bu bayram kənar qüvvələrin işidir və burada qarışıqlıq yaradırlar, buranı Türkiyənin hissəsinə çevirmək istəyirlər və yerli sakinlər olaraq bu bayramın ləğvini yerli hakimiyyətdən tələb edirdilər. Bu gün bəs regionlarda sakrebulo üzvləri haqqında məlumatınız var? Məhz onlar da aşağı yuxarı bu işlərə imza atan “yerli sakinlərdir”. Bir “ şen magari, şen sauketeso, jigari bici” sözünü eşitməkdən ötəri ayaqqabı tozu silib öpməyə qədər alçalan elimizin “qeyrətli məmur balaları” var. İndi baş verənləri detallı analiz etmək istəmirəm deputatından tutmuş merinə kimi, aşağı yuxarı sistem qulları olan, xalqa deyil sistemə qulluq edən podyum məmurları heç bir zaman xalq xidmət göstərməyiblər və göstərə bilməzlərdə. Onlar bir model kimi səhnədə fırlanıb özünü təqdim etmək və bunun üçün məvacib alan podyum model məmurlarıdır. Siyasətə biznes toplamaq üçün gələn məmurdan xalqa nə fayda? Zaman keçir, sistem dəyişir keçənlər unudulur və yenilər eyni şəkildə podyumdan yeni bir səhnəyə doğru rol alırlar. Ataların bir sözü var " Yaxşı at özünə qamçı vurdurmaz" Bəli sözə baxan məmurda özünə qamçı vurdurmur, sözə baxamasa bilir yeri haradır.


Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!