Posts

Showing posts from December, 2020

Beynəlxalq Hüquq Müdafiəçiləri Günü

  Beynəlxalq Hüquq Müdafiəçiləri Günü Bu gün münasibətilə bütün hüquq müdafiəçilərini təbrik edirəm. Son illərdə ölkəmizdə bu mövzuda geniş müzakirələr aparılır. İnsanların əksəriyyəti onların universal hüquqlarının olduğunu dərk edir və onlar bərabər hüquqlu cəmiyyətdə yaşamaq istəyirlər. Hər gün ölkəmizdə minlərlə insanın hüququ pozulur. Bir çoxumuz hələ də öz hüququmuzu dərk etmədən yaşayırıq və bunu həyatın qaydası kimi qəbul edirik. Bir çoxlarımız isə insan hüquqlarını pozmağı qoçaqlıq bilirik və şəxsi komfortumuz üçün ətrafımızda olan insanların haqqını əlindən alırıq. 2014-cü ildən bu günə kimi 160-dan çox qadın öldürülüb, onların əksəriyyəti vəhşi ər qurbanı olub. Sağlam ailədə yaşaya bilməyən minlərlə uşaq hüquqları pozulur. Hələdə sadəcə tibbi model tətbiq edilən əlil şəxslərin cəmiyyətdə bərabərlik hüquqları pozulur, biz onları yalnız cəmiyyətin xəstə üzvi kimi qəbul edirik. Etnik azlıqlar bu gün öz hüquqlarını tələb etmək üçün çalışırlar amma illərdir bu sahədə o qədə

“Zehni” əlillik

Image
Bu gün Beynəlxalq Əlillər günüdür. 1992-ci ilin 14 oktyabrında 3 dekabr tarixini Birləşmiş Millətlər Təşkilatı bizimlə eyni cəmiyyətdə yaşayan əlil şəxslərə diqqət çəkmək, onların hüquqlarını qorumaq və cəmiyyətin bərabər hüquqlu üzvi olması məqsədilə bu günü Beynəlxalq Əlillər Günü kimi qəbul edib. Uşaqlıdan biz əlil şəxslərə yazıq kimi baxmışıq, onlara toxunmamalı, mərhəmət göstərməli amma onların yaxın çevrəmizə daxil olmasına icazə verməməli idik. Əgər bir ailədə şikəst uşaq doğulursa, həmin uşağı saya almırlar. O, məhdud çevrədə yaşamalı bizim kimi normal insaların hüzurunu pozmamalı və mane olmamalıdır. Bu günlərdə bankda növbə gözləyirdim, baxmayaraq ki, tanışlar məni növbəsiz qəbul etməyi təklif etdilər amma ətrafımda məni kimi saatlarla növbədə duran adamların haqqını pozmamaq üçün hamı kimi öz növbəmi gözləyirdim. Hər kəs eyni hüquqa malikdirsə, mən və ya başqası özümüzü niyə başqa təbəqəyə aid etməliyik ki? Məndən bir az uzaqda yanında balaca qız uşağı olan gənc xanım duru