Posts

Showing posts from August, 2017

Azərbaycan təssüratlarım... Ərəb bəyləri... Azərbaycan kişisi...

Azərbaycan təssüratlarım... Ərəb bəyləri... Azərbaycan kişisi... H əyatda və sosial şəbəkələrdəki virtual d ostluğumda kifayət qədər Azərbaycandan olan hər yaş təbəqəsindən insanlar var.  Bəzən çox maraqlı şərhlərə və yazılara rast gəlirəm, bəzən də bayağı söhbətlərə şahid oluram. Kütlənin əksəriyyəti  - cavanı, yaşlısı, ziyalısı, fəalı - yığılıb bayağı mövzunu müzakirə edir və uzun-uzadı mövzulara da uzun-uzadı rəylər yazırlar. Təqribən iki aydan artıq zaman ərzində bu ölkədə şortiklər müzakirə olundu, sonra isə sevgililərin öpüşməsi, indi də ərəblərlə bağlı əhvalatlar. Hərdən düşünürsən ki, bu ölkənin insanları qapalı bir dünyada yaşayır və reallıq onlar üçün hələ də nəsnəlik dolu bir yuxudur. İlk dəfə Azərbaycana gedəndə 7 yaşım vardı, 1994-1995-ci illərdi. Anam xəstə idi və müalicə məqsədilə mən də onunla getmişdim. Bakıda Əhmədli deyilən bir yerdə qalırdıq, tez-tez qonşuların səs-küyü gəlir və hiss olunurdu ki,  dalaşırdılar. Qadınlardan biri hey uşaqlarını döyür, digər

Klassik və gözəl Vyana

Klassik və gözəl Vyana Bu şəhər bir muzeydir, canlı incəsənətdir. Bir şəhərin bu qədər gözəl olması oradakı incəsənət xadimlərinin fantaziyalarına güclü təsir göstərib. Məni o şəhərə səfər etməkdə ən çox istiqamətləndirən ən çox sevdiyim bəstəkar Volfqanq Amadey Motsart idi. Avropa klassik musiqisinin dahilərindəndir. Onun 600-dən çox əsəri var. Ən nüfuzlu orkestrlər onun bəstəsinə müraciət edir. Bu şəhərə səyahət edəndə yenə free toura müraciət etdim, sayələrində çox maraqlı təsüratlarım oldu. Bu turda maraqlı olan hissə tur iştirakçılarının öz ölkəsi haqqında məlumat verməsidir, qrupda 25 fərqli ölkdən olan 30 nəfər vardı. Gid xanım Vyanada magistraturada oxuyan Slovaniyalı tələbə idi, təcrübə toplamaq və diplom işi üçün bu işi seçmişdir. Avstriyada 22 tədris ocağı var, onlardan 13-ü Vyanadadır. Avstriya Avropanın ən öndə gedən universitetlərinin olduğu şəhərdir. Bir çox təhsil ocaqları pulsuzdur, pullu olan isə cəmi 320 evrodur. Müəllimlər dövlət işçisi hesab olunur, tədr

Macarıstana səyahət

Macarıstana səyahət Avropa ölkələri arasında Macarıstan özünə məxsusluğu ilə seçilir. Ümumiyyətlə paytaxtın içindən çay axan şəhərləri çox sevirəm, şəhər fərqli urbanizasiyası ilə seçilir, fərqli gözəllik gətirir. İlk ölkəyə giriş aeropartdan başladı, orada turist üçün məlumatlandırıcı broşurlar var,məlumat almağa dair turist infoya müraciət edə bilərsiniz.Şəhərdə tramvay və avtobusla gəzmək daha məqsədə uyğundur, ona görə də orada qaldığınız günə görə 24/48/72 saatlıq transport bileti alsanız daha uyğundur. Tək tərəfli 320 HUF=1.04 evro, 24 saatlıq isə 1650HUF= 5.30 evrodur. Əgər sizi nəzarətçi biletsiz oturduğunuzu görsə 50 evro cərimədir. İstəyir, tramvay, avtobus və metro ilə harasa gedin,çətinlik çəkməyəcəksiz çox rahat və asan sistemdir. Metro bir az qarışıq gələ bilər, bizdən fərqli olaraq bir çox Avropa ölkələrində xəttlər rənglərə görə dəyişir, narahat olmayın, içəridə information yaxud da polisdən məlumat ala bilərsiz. Şəhər əslində o qədər də böyük deyil ki, tez-tez nəq

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

   Səyahət etmək istəyirsiniz amma içinizdə olan kompleksləri ata bilmirsiz, xarici ölkəyə səfər etmək hələ də sizə nağıl kimi gəlir və ya düşünürsünüz ki, xarici ölkəyə getmək sizə çox baha başa gələ bilər?    Səhayət etmək m ənim həyatımın ən əhəmiyyətli hissəsidir, əsasən tək səyahət edirəm çünki vaxt azlığı problemim olur və daha çox gəzmək daha çox yer görmək istəyirəm, qrup və ya başqa kimləsə ilə gedəndə qısa vaxt ərzində hər şeyi çatdıra bilmirsən. Hər kəsin fərqli düşüncəsi və kaprizləri olur, vaxt ayırıb getdiyin yerdə onu çəkmək məcburiyyətindən xilas olursan tək səyahətlə.    Məlum məsələ, Qafqazlıyıq, əhatimiz qalın mentalitet qatı ilə örtülü və ağır sovet dönəmində tərbiyyə almış formalaşmış valideyinlər əhatəsindəyik, hətta bura milləti söhbətini də əlavə edək, bizim millət öz övladına çox düşgündür, övlad onun gələcək zəmanəətidir, övlad onun yatırım etdiyi bir investisayıdır, onu elə öz başına buraxmaq hər valideyinin işi deyil. Əgər sən qadınsansa bu məsələdə dah