Posts

Showing posts from September, 2019

Qorxulu müqəddəs ailə sistemi

Image
Ailə, ocaq özümüzü bütün təhlükələrdən qorumaq üçün sığındığımız   müqəddəs yerimizdir. Amma böyüdükcə biz qaçmaq istəyirik. Valideyinlərimizin bizə qarşı münasibəti bizi sıxır. Bizi fərd kimi görməməsi, öz tabeliyində bir idarə etdiyi sistem kimi yanaşması yeni aqresiyalara yol açır. Bütün bunlara rağmən biz etiraz etmədən asılı bir ömür keçirməyə razılaşa bilirik. Hər bir etirazımız bizə ağır   başa gəldikcə sonrakı etirazların ölçüsü azalaraq sonra etiraz hissimiz yoxa çıxır. Biz səhv edə bilmərik, olmaz. Səhv və etiraza valideyinlərimiz bizə qışqıraraq və ya döyərək reaksiya verib. Ancaq filmlərdə görürük ki, əslində səhv edən uşağı döymürlər ona izah edirlər, onu şəxs kimi şöhrətləndirib onunla söhbət edirlər. Hətta məktəbdə müəllimlərimizdə valideyinlər kimi davranır, çünki onlarda elə bizim icmanın bir üzvüdürlər, bizdən biridirlər. Sonralar bütün başqa institutlara qarşı bizdə etiraz qorxusu yaranıb və tələb etməkdən qorxmuşuq. Edəcəyimiz səhvin bizə gətirmiş olduğu zərər

Bazardan siyasətə - siyasətdən də bazara

Gürcüstanın bir çox regionlarına gedəndə yaşlı insanlarla maraqlı dialoqlar yaranır. Onlara Marneulidən olduğumu deyəndə həə bilirəm orada böyük bazar var, çox getmişəm tatarlarlar yaşayır. Düzdür bu o qədər də yaxşı təsir bağışlamır. Hə deyək ki, nəsə maraqlı və fərqli tərəfdən tanıtmamışıq. Lap tanıtmış olsaq necə tanıdardıq. Bir çox özümüzə xas olan  şeylər var ki, onları etmək qadağandır. İmir kəndində arxeloji qazıntılar zamanı qədimi şərab löhvəcikləri tapıldı, bu hadisə bizim tarixlə heç üst-üst üstə düşmür nədənsə. Bolnisidə Nakalakari yəni ən qədim insanların orada sümükləri tapılıb. Bəs Borçalı ulu türk yurdu deyilən yer?Bazar bildiyimiz alış veriş üçün getdiyimiz yerdir. Bazar söhbəti bizim ən yaxşı söhbətimizdir hər iki mənada. Regionda baş verən hadisələr hərkəsi təccübləndirir və içimizi çəkirik yeni-yeni fərqli hadisələr baş verəndə. Rayonumuzda olan aparıcı şəxslər haqqında yazmaq istəyirəm çünki rayonun inkişaf etməsində çox böyük rolları ola bilərdi. Bizim indiki vəzi

Özümüzü bizdən xilas edək.

Image
7-ci sinifdə oxuyurdum. Biz Azərbaycan tarixi keçirdik. Yaddımda qalan maraqlı bir dərslik vardı. Mövzu tam olaraq yadımda deyil amma ümumi olaraq söhbət o zamanların xanlarından və əhalinin onlara münasibəti haqqında idi. Kasıb əhali koloniya şəklində xanın sarayının yaxınlığında düşərgə salırdı. Bununla onlar heç olmasa sarayın lazimi işlərinə yarayır və qəpikdən  quruşdan alırdılar, eyni zamanda xanın qonaqları olanda artıq qalan yeməkləri atırdılar və kasıb ailələr o yeməkləri aparıb yeyirdi.Yəni xanın sarayı yaxınlığında yaşamaq onlara maddi olaraq su sıçrada bilirdi. Dünən bir məsələ haqqında düşünürdüm və nədənsə bu keçmiş tarix dərsini xatırladım, əsrlər keçib amma biz hələdə keçmiş metodlardan istifadə edirik. Yeni ideya düşünmək qabiliyyəti olmayan beyin bir az düşünmək istəyəndə error verir. Keçək əsas mövzuya. İllərdir bizim gözümüz qarşısında baş verən hadisələr, inkişaf etməkdən imtina edib sığınmaq istəyən gənclik hakim roldadır. Gənclərin əksəriyyəti öz potensialından

Xalq artisti yoxsa fahişə?

Bu haqqda nə vaxtsa bir kitab yazacam amma indi elə belə içimdən keçdi. Biz mahnıları dinləyib zövq alırıq. Tamaşa izləyib xoş hal oluruq. Amma nədənsə bizə bunu bəxş edənlərə qarşı çox amansızıq. Onların şəxsiyyətlərinə qarşı qəddarıq. Çox qeyri insani baxışlarımız var. Əgər sizin çox yaxşı səsə və aktrisalıq bacarığına malik bir bacınız olarsa ona müğənni olmağa  yaxud aktrisa olmağa imkan verməsiniz. Bir kodlanmış cavab var. Gedib pozğunmu olacaqsan özünü millətə göstərib. Fərqi yoxdur incəsənətin hansı növüdür, bu bacarıq bir qadında olanda o bacarıq onda məhv edilib gedir. Bu yaxınlarda bir xanım haqqında verliş gedirdi. Bu xanım məşhur ifaçı olub. Onun haqqında o qədər gözəl sözlər deyilirdi ki. Ancaq bu sözlərin arxasında qulağıma birdə ona deyilən həqiqi sözlər pıçıldanırdı. O bir xanım kimi incəsənətə öz töhfəsini verib, hələ çox illər biz onun mahnılarını dinləyəcəyik. O mahnılarda özümüzü axtaracağıq amma heç vaxt biz öz vəhşi və iyrənc xislətimizdən əl çəkməyəcəyik. Daima o

“Müstəqillikdən azadlığa doğru – Respublikanın 100 ili”

İlk növbədə diqqət çəkən məqam bu görüş üçün azad və əlçatan məkanın seçilməsi idi. Mülki Məşğulluq Mərkəzi heç bir siyasi mövqe daşımır. Biz rəsmi şəxslərlə görüşün qapalı, xüsusi dəvətlə, xüsusi insanlarla rəsmi yerdə keçirilməsinə adət etmişik. Bu bir yenilik idi bizim region üçün. Görüşə qatılmaq könüllü  idi. Siravi vətəndaşlar qatılmışdır. Amma mən daha böyük kütlə gözləyirdim. Yəqin bu yuxarıda qeyd etdiyim adətdən və rayonda olan informasiya vakumundan yaranan bir səbəb idi. Görüş zamanı prezident “Müstəqillikdən azadlığa doğru – Respublikanın 100 ili” haqqında söhbət etdi. Sonra isə sual cavab formatında davam etdi. Yerli əhali onları narahat edən məsələlər haqqında danışdı amma nədənsə prezident bu problemlərə birbaşa cavab vermirdi, rəsmi şəkildə ötərgi cavablar verdi. Eyni zamanda laqeydlikdə hiss olunurdu. Bəlkə bu onun şəxsi xüsusiyyətindən irəli gələn məsələ idi amma qeyri-səmimiyyətlik açıq aşkar hiss olunurdu, hətta görüş sonrası mənlə şəxsi görüşdə də bunu açıq hiss

Kimliyi məlum olmayan toplum

Borçalı borc alınanmı, Borç Alı borcu olan Alımı? Borçalı daima bədəl ödəyən yermi? Biz Borçalılar milli kimlik məsələsində ortada qalmış yetim kimiyik. Kimik? Ümumiyyətlə nəyik? Hər gün və əsasəndə ciddi tədbirlərdən sonra yeganə müzakirə edəcəyimiz mövzu. Kütlə olaraq bilmirik biz hardan gəlmişik. Bir neçə əsaslı və əsassız fikirlər var: Biz İrandan gəlmişik, B iz Türkiyədən gəlmişik- Kür çayı sahili boyunca koloniya sala-sala gəlib çıxmışıq bu yerə, biz Azərbaycandan gəlmişik və ora bağlıyıq. Bunları ayrı-ayrılıqda açıqlayaq. Bolnisi rayonunda olarkən bu haqda eşitmişəm və bəziləri özlərinin əslən tat olduğunu deyir. Türkiyə məsələsi də əslində ağıla batan mövzudur, həmçinin 100 il bundan əvvəl bizim bu zonalardan Karsa köçənlər olub, onlardan biri də bizim qohumlardan olub, bir nəfər mal-mülkünü, ailəsini qorumaq üçün buraları tərk edib, o vaxt sovetləri gücləndirmək üçün çoxlu mal-qarası olan adamların mülkünün böyük hissəsi əlindən alınırmış deyə köçüb gediblər. Ancaq ən həssas v

Təcavüzə uğradılmış təhsilimiz və qorxularımız

Yazılarımı bütün siniflərin rahat başa düşməsi üçün çox sadə dildə yazıram, akademiklikdən və fasolardan uzaq... Bizim bir kimliyimiz və təhsil sahəsində yüksək fikir söyləyən alimimiz olmadığına görə mən başqa ünvana müraciət edirəm. “Alim bank xəzinədarına oxşayır, onun əlində böyük xəzinələrin açarı var, amma bu xəzinələr onun deyil.” L.Berne  belə deyib. Bu cümləni aprel ayının 11-i xatırladım, bu cümlə o günün müxtəlif hissələri üçün necədə uyğun deyilib. Dostumuz Elvir Hasanoğlu gənc fəal, “Radio Marneuli” nin canlı yayımında efirə çıxan “Müzakirə Nöqtəsi” verlişində maraqlı fikir söylədi , “Məktəblər bir imperiyadır”. Məndə buna əlavə edərək deyərdim ki, bu imperiyanı isə statusu tanımayan imperator idarə edir. İmperiyanın tərkibində olan imperçiklər isə oradan öz gələcək nəsillərini artırmaq üçün gəlin seçir və onu öz yerinə hazırlamaq həvəsi ilə monarxiya üslübunda hərəkət edirlər. Mərhələli şəkildə bu qarışıq cümlələrdən aydınlığa çıxaq. Məktəblərdə gürcü dilinin tədrisinin y

Konstitusiyalı ölkənin “kişilik” qanunları

Orucdan iftara, iftardan zorakılığa, tox qarınların macəraları Kimsə sual etmədimi ki, seçkilərdə məntəqəyə hücum nə ilə nəticələndi, “ cinayətkar” cəzalandırıldı yoxsa yox? Ta Dünyanın o başına kimi bu xəbər gedib çatdı amma ictimai olaraq bizə gəlib çatmadı niyə, nə səbəbə, nə baş vermişdi realda. Bu hadisə rayonda yeni bir sistemin başlanğıcı idi.  Özbaşnalıq, güc, dayaq və.s. Dünən olan hadisə bizi niyə təccübləndirdi ki? Son aylarda olanları görə bilmirdinizmi? Hətta indi vəziyyət o yerə gəlib çatıb ki, vətəndaş onu dəstəklədiyi sistemdən dayaq yeyir, təhqir edilir. Və o vətəndaş ki, özü nə vaxtsa sistem qurbanı olub indi özünü çox qeyri etik ifadə etməyə çalışır, bununla etirazını bildirir. Amma hər iki tərəfin də qeyri etik yanaşması bu cəmiyyətin hələ də nə qədər geridə qaldığının bariz nümunəsidir. Biri söyür biri əzir. Bunların bir adı var səviyyəsizlik və görməmişlik. Heç bir ictimai fəaliyyəti olmayan, dövlətinin qanunundan bixəbər kütlə idarəçəlik sisteminin sükanını əlinə

Seçkilərdə bərabər hüququlu vətəndaş olan “ Azərbaycanlılar”

Biri varmış biri yox, bir məmləkət varmış, tarixdə adı Borçalı kimi keçmiş, zamanımıza Kvemo Kartli olaraq gəlmiş, o yerin insanları öz əsl kimliklərini bilmədən yaşamış və gəlin indi biz onlara şərti azərbaycanlı deyək. Onlar keçmiş sənədlərə və hekayələrə istinadən əvvəllər yüksək mövqe sahibi olmuş, öz yaşadığı yerlərdə söz və haq q sahibi olmuş, sonra ümumi məmləkət olaraq imperiyaya daxil olsalarda, milli, dini, mədəni adətlər ciddi şəkildə ləğv edilsə belə onlar uzun müddət bunu qoruyub saxlaya bilmişdilər. İllər keçir, zaman dəyişir, imperiya dağılır. Ortaya yeni-yeni maraqlı, maraqsız kişilər çıxır və bir müddət sonra onlar da yox olur. Gələk indiki zamana və son on illikdə, bu keçmiş məmləkətdən qalan kütlə öz icma üzvlərinin vasitəsi ilə, öz yaşadıqları tarixi torpaqlarında öz dəyərlərini, haqqlarını itirməyə başlayırlar. Burada təbii ki, müasir qalustuk və kreslo üçün bir çox uşaqlar xeyli canfəşanlıq edirlər. Onların bu qədər əziyyətləri nəticəsində ali yerlərdə mövqə tutu

Quyuda tütək çalanlar

Quyuda tütək çalanlar Problem yoxdur, hadislər var və hadisələrin mənfi nəticəsini problem hesab edirik. Bəs müsbət nəticəsi? Hüzurmu? Xoşbəxtçilikmi? Səadətmi? Bəlkə bir dəfə də hadisə kimi yanaşıb bu nəzəriyyədən tətbiq edək? Bəs hesab etmirikmi, bir şeyin adı hadisədirsə o insanlar tərəfindən yaranır və icra edilir? Biz suni məsələləri niyə nəzərə alıb onu barəsində düşünmək istəmirik əcabə? B izim dərin "zəkamız" nədənsə o qədər dərin işləmir. Biz problemlərə saqqız kimi baxırıq, çürüyənə kimi çeynəyirik, sonra da atırıq, ya da ki, o saqqızı bizə tətbiq edirlər. Çeynənilmə və çürümə arasındakı məsafə çox uzun vaxt itkisidir və bunu heç ölçmürük. Əslində heç düşünmürük ki, saqqız çeynəməkdən başqa da alternativ var. Nəisə buna praktik baxaq. Parlamentdə bizim 4 fiqur, 4 nəfəs alan canlı varlıq var, o şəkildə nəfəs alan ki, oksigenləri yalnız özlərinə çatır. Birdə keçək yerli sistemə, dilsiz, ağılsız bir xeyli Sakrebulo üzvü daha doğrusu "bomba oğlanlar". Hardan,

İqtidar və müxalifət düşərgəsi

İki çılğın düşərgə var: İqtidar və müxalifət. Hər iki tərəfdə olan şəxsləri kifayət qədər tanıyıram. Ümumiyyətlə hər iki düşərgədə olanların məqsədləri olur. Başlayaq iqtidardan: Özünü həyatda və iş sistemində sübut edə bilməyən böyük kütlə hamısı toplanıb bir yerə. Yuxarı klanda olanlar isə uzun zaman vergidən yayınıb bundan əvvəlki sistemə düşmən olan, böyük torpaqlar ələ keçirmək istəyib həbs  edilən, qara işlərə görə töhmət alanlardır. Gənclərə baxıram, əksəriyyəti dil bilmir və diplomlu diplomsuz da var. Amma bilirlər ki, burdan o yana gedəcək yerləri yoxdur. Həvəslidirlər, proseslərdən xəbərdar olmaq istəyirlər, güclü görünmək və qazanmaq istəyirlər amma.... bir məsələ var ki, ağıl və bacarıqları orda olmağa haqq etdirmir onları. Milli məsələ etmək istəmirəm amma reallıqdır, ortada ələk aparıb xəlvir gətirən və qazandıran azərbaycanlı gənclər və həvəskarlar, maaş alan, stul arxasında oturan isə qeyri azərbaycanlı. İkinci düşərgə müxalifət. Haqq axataran, ədalətsizliyə qarşı vuruş

აზერბაიჯანელი გოგოები, რომლებიც მღერიან, ცეკვავენ და სპექტაკლებს დგამენ

წელს ჩემი ყურადღება სკოლებში ჩატარებული ბოლო ზარის ღონისძიებებმა მიიპყრო. წინა წლებთან შედარებით, ეს ღონისძიებები უფრო თანამედროვე და ფერადი იყო. ახალგაზრდებმა ენთუზიაზმით, სტრეოტიპების გარეშე, თავისუფლად აღნიშნეს ბავშვობის ბოლო დღე. სკოლის ბოლო ზარის რამდენიმე ვიდეო ვნახე. გოგოები ცეკვავდნენ, ლექსებს კითხულობდნენ, მღეროდნენ და სპექტაკლს დგამდნენ. ჩემი ყურადღება განსაკუთრებით მიიპყრო მათ მიერ შემუშავებულმა სცენარებმა. მიუხედავად იმისა, რომ სპეციალური განათლება არ ჰქონდათ, როლებს ოსტატურად ასრულებდნენ. ისინი მაყურებელთა წინაშე თავს თავისუფლად და კომფორტულად გრძობდნენ. ბოლო ზარი ყოველ წელს უფრო და უფრო საინტერესოდ და მხიარულად ტარდება. კი მაგრამ, გოგოები, რომლებიც ცეკვავენ, მღერიან, სად გაუჩინარდნენ დღეს? მათი ნიჭი კარს მიღმა იმარხება? რატომ ვერ ავითარებენ საკუთარ თავს ამ მიმართულებით? რატომ ხდება ეს ყველაფერი ერთი დღით - ბოლო ზარის დღეს? მინდა, ამ კითხვებს რამდენიმე მაგალითით ვუპასუხო. თემსა და სოფლებში ბავშვების და ახალგაზრდებისათვის, სკოლის გარდა, სოციალური სივრცე არ არსებობს. მათი ყვ

Mahnı oxuyan, rəqs edən və tamaşa göstərən azərbaycanlı qızlar

Bu il məktəblərdə keçirilən son zənglər diqqətimi daha çox çəkdi. Əvvəlki illərə baxanda bu dəfə müasir və rəngarəng idi. Gənclər həvəsli, stereotiplərdən uzaq öz uşaqlıqlarının son günlərini azad və məsumca yaşayırdılar. Bir çox məktəblərin son zəng videolarını izlədim. Orad a gənc məktəbli qızlar mahnı oxuyur, şer deyir, rəqs edir və maraqlı tamaşalar göstərirdilər. Tamaşalar xüsusi diqqətimi çəkdi, baxmayaraq ki, onlar bu sahə üzrə xüsusi təhsil almayıblar, çox ustalıqla öz rollarını aparırdılar. İzəyicilər qarşısında çox rahat və azad şəkildə özlərini ifadə edirdilər. Hər il son zəng proqramları belə maraqlı və əyləncəli keçir. Bəs o gündən sonra o mahnı oxuyan, rəqs edən, tamaşa göstərən qızlar hara yoxa çıxır? Onların istedadı hansı qapılar arxasında dəfn edilir, onlar niyə bu sahədə öz gələcəklərini görə bilmirlər? Niyə bütün bunlar sadəcə bir gün üçün, son zəng üçün hesablanır? Mən bu sualların cavablarını sadəcə bir neçə məsələyə toxunaraq cavablandırmaq istəyirəm. Kənd və icm

Haqqlı çıxma sənəti

Image
Haqqlı çıxma sənəti Mübahisə əsasən iki və ya daha çox fərqli fikrin toqquşmasından yaranır. Ancaq mütləq deyil ki, bu mübahisədə hər iki tərəf də qazansın, tamaşaçı yalnız bir tərəfin qalibiyyətini görmək istəyir. Yəqin bunun bir sənət sahəsinə daxil edilməsi sizlər üçün qəribə gələ bilər. Artur Şopenhauer Eristik Dialektika adlı kitab yazıb. Bu kitab mübahisələr və bu mübahisələrin gedişatını, qazanmağa çalışmağı və rəqibi sındırmağın üsulları haqqındadır. Eristik dialektika mübahisə sənətidir mütləq haqqlı çıxmaq məqsədilə istifadə edilən bir mübahisə sənətidir.Əsas hədəf haqqlı çıxmaqdır, həqiqəti tapmaq deyil. Hər nə olursa olsun mübahisədə qazanmaq ilkin şərtdir, burada sənin haqqlı və ya haqqsız olmağının heç bir əhəmiyyəti yoxdur. Hələ bununla məhdudlaşmır, ikinci tərəfi kiçik düşürmək, sındırmaq və onun fikirlərini mənasızlaşdırmaqda bu sənətə daxildir. Bütün bu sənət üçünsə cəmi 38 hiylə metodu var. Hiylənin ilkin mərhələlərində mübahisə daha mədəni şəkildə gedir. Ü

“Siyasət peşə və həvəs kimi”

“Siyasət peşə və həvəs kimi” Maks Veber sosioloq və politoloq kimi elmə böyük töhfə vermiş şəxslərdən biridir. Onun öz zamanında qələmə almış olduğu əsərləri hələ də öz aktuallığını itirməyib. Bir çox fərqli sahələrdə onun nəzəriyyələri hələ də tətbiq edilir. Məlum olduğu kimi nəzəriyyələr hər hansı uzun illərin araşdırmalarının nəticəsi olaraq yaranır. Maks Veberin “Siyasət peşə və həvəs kimi” əsərini oxuyanda bizim hal-hazırda yaşadığımı z zamanın necə də dolğun əks etdirdiyini anladım və gözümün önünə bizim siyasətçilər və onların fəaliyyəti və siyasət həvəsləri canlandı. O hesab edirdi ki, siyasətçi mənəvi etika və məsuliyyət, öhdəlik etikasının tarazlığını saxlamağı bacarmalıdır. Bu tarazlığı saxlamaq üçün müəyyən güzəştlərə getməlidir və atdığı addımları bədəninin hər hansı üzvü ilə deyil əqli, beyni ilə atmalıdır. Əgər biz siyasətə bir elm kimi baxsaq onda iki yol mövcuddur. Ya biz siyasət üçün ya da siyasətin xərcinə yaşamalıyıq. Siyasət üçün yaşayanlar öz mənafeyini və güza

ჩემი პატარა ისტორია/ Mənim kiçik tarixim

სამირა ბაირამოვა: „ჭორებითა და ცილისმწამებლური კამპანიით ვერ შემაშინებენ“ სამოქალაქო აქტივისტი სამირა ბაირამოვა იმ იშვიათ ქალთა რიცხვს მიეკუთვნება, ვინც საკუთარი სიცოცხლის ფასად წინ აღუდგა დრომოჭმულ ადათ-წესებს და ახლა სხვა გოგონების უფლებებს იცავს. სამირა პროფესიით სამართალმცოდნე და სოციოლოგია. ამჟამად ორგანიზაცია „მერსი ქორფსში“ მუშაობს, შედეგების შეფასების ანალიზის ოფიცერის პოზიციაზე. ამავე დროს არის ადამიანის უფლებების სწავლებისა და მონიტორინგის ცენტრის პროექტის – „კრიტიკული პოლიტიკური სკოლა ქვემო ქართლში“ ადგილობრივი კოორდინატორი. მოხალისეობრივ საწყისებზე მუშაობს მარნეულის სათემო რადიოში და მიჰყავს გადაცემა „დისკუსიის წერტილი“, სადაც სტუმრებთან ერთად არაერთ საჭირბოროტო საკითხზე საუბრობს. ამავე დროს, აქტიურად არის ჩართული  ნაადრევი და იძულებითი ქორწინების აღკვეთის და ქვემო ქართლში მცხოვრები ეთნიკური აზერბაიჯანელი მოსახლეობის სამოქალაქო ცნობიერების ამაღლების და უფლებების დაცვის საქმეში. * * * დავიბადე მარნეულის მუნიციპალიტეტის სოფელ ალგეთში. ხშირად ვფიქრობ ხოლმე, რო

“Dünyanı insanlıq xilas edəcək mən insanlığa inanıram”!

“Dünyanı insanlıq xilas edəcək mən insanlığa inanıram”! Ernesto Çe Gevara “İnsan iradəsinin yeganə vəzifəsi bir an da şüurun bədən üzərində nəzarəti itirməməsinə yol verməməkdir”! Kamyu 39 illik ömrə siyasətçi, hərbi qulluqçu, partizan, inqilabçı, müəllim, şair, həkim, diplomat, esseist, ssenarist, bioqraf, banker, raqbi oyunçucu olmağı sığdırmış böyük Ernesto Çe Gevara. Qəhraman və liderlik öyrənilməklə baş verən bir məsələ deyil, bu ruh məsələsidir. Mənim ən böyük idealım Çe. O, “26 iyul hərəkatı”na qoşulduqdan sonra həyatı tamamilə dəyişdi.Hər kəs ona cəsarəti və qabiliyyətinə görə hörmət etmişdir. Eyni zamanda qəddar olmuşdur, hərəkata xəyanət edənlərə, düşmənə məlumat ötürənlərə qarşı çox qəddar olmuş və onları öldürmüşdür. Onun inqilaba atılışı Fidel Kastro ilə tanışlıqla başlamışdı. Uzun müddət ac, sussuz mübarizə aparmış və bunların bəziləri uğurlu və uğursuz olmuşdur. Ən maraqlı məqamlardan biri, o heç vaxt dəstəsinə yazıb oxumaq bilməyənləri qəbul etməmişdir. Könüllü

Kütlə cəhaləti dindən yox dindarlıqdan əmələ gəlir

Kütlə cəhaləti dindən yox dindarlıqdan əmələ gəlir! Villi din ilə dindarlığı biri birindən ayırmaq lazımdır. Din müqəddəs və ilahidir, dindar isə adi insandır. Din doğru yolu göstərir, dindar isə o yol ilə getməyə çalışır. Bəzən düz, bəzən isə yalnış gedir. Din barəsində dindar etdikləri ilə mühakimə yürütməzlər. Biz hamımız tək olan Allah tərəfindən yaradılmışıq. Bu yaradılışda hamımız darağın dişləri kimi eyniyik. Hamımız insanıq. Birimizin digərindən heç bir fərqi yoxdur. Rövşən Abdullaoğlu, psixoloji roman “ Bu Şəhərdə Kimsə Yoxdur”, Bakı, 2017 Birlik gözəldir amma təbii ki, birlik. Mən fikrimi məhz elə bu şəkildən və arxa pərdədən mülahizə edəcəm. Bunlar bizim “ liderlərimizdir” hərəsi öz sahəsində təbii olaraq. Bu gün məhz haqq, ədalət uğrunda vuruşun son qanlı günüdür.Bəs siz heç olmasa bir dəfə haqq üçün səsinizi çıxardınızmı? Bəs siz cəsarət tapıb haqqınızı tələb etdinizmi? Yox, inanınki, yox. Sadəcə bu şəkildə gördüyüm iki şəxsdən başqa kimsə haqq üçün danışmayıb.Kimsə