Posts

Showing posts from January, 2020

საქართველო, დაგვიანებული სამშობლო! მე - როგორც „უცხო“

17 წლის ვიყავი, როცა გავიგე, რომ მე საქართველოს მოქალაქე ვარ. სად არის საქართველო? თურმე სადაც ვცხოვრობდი, ის ადგილი ყოფილა. 17 წელი ჩემი ოცნებები აქაურობას არ უკავშირდებოდა. ალბათ, ფიქრობთ, რომ აქ არ ვცხოვრობდი. არა, ზუსტად აქ, საქართველოში ვცხოვრობდი. მე და ჩემი თაობის ადამიანები საბჭოთა კავშირის ბოლო, ახალი საქართველოს კი პირველი ბავშვები ვართ, მაგრამ ჩვენ არ ვიცოდით, ვინ ვართ და სად ვცხოვრობთ. მშობლებსაც კი არ ვეკითხებოდი. ჩემი მშობლები მარტო ჩვენი ოჯახის გადარჩენას ცდილობდნენ და, შესაბამისად, მეც სოციალური საკითხების გარდა, შეკითხვები არ მქონია. ახლა ვუყურებ ჩემს წარსულს და თითქმის წლებია, კოლონიაში მიცხოვრია. ძალიან შორ ადგილას, შემიძლია ვთქვა, კუნძულზე, სადაც სხვა ობიექტებთან კავშირი არ გვქონია. მე-6 კლასში ვსწავლობდი და ჩვენთან ახალი მასწავლებელი მოვიდა. ის იყო ქართველი და ქართული ენის მასწავლებელი, მაგრამ როგორც მოვიდა, ისე წავიდა, ძალიან მოკლე დრო გაატარა ჩვენთან და მარტო სიმღერა „ცანგალა და გოგონათი“ მახსენდება ჩემი პირველი მასწავლებელი. ერთი წლის შემდეგ კიდევ  სხვა ა

Klassik və gözəl Vyana

Image
Bu şəhər bir muzeydir, canlı incəsənətdir. Bir şəhərin bu qədər gözəl olması oradakı incəsənət xadimlərinin fantaziyalarına güclü təsir göstərib. Məni o şəhərə səfər etməkdə ən çox istiqamətləndirən ən çox sevdiyim bəstəkar Volfqanq Amadey Motsart idi. Avropa klassik musiqisinin dahilərindəndir. Onun 600-dən çox əsəri var. Ən nüfuzlu orkestrlər onun bəstəsinə müraciət edir. Bu şəhərə səyahət edəndə yenə free toura müraciət etdim, sayələrində çox maraqlı təsüratlarım oldu. Bu turda maraqlı olan hissə tur iştirakçılarının öz ölkəsi haqqında məlumat verməsidir, qrupda 25 fərqli ölkdən olan 30 nəfər vardı. Gid xanım Vyanada magistraturada oxuyan Slovaniyalı tələbə idi, təcrübə toplamaq və diplom işi üçün bu işi seçmişdir. Avstriyada 22 tədris ocağı var, onlardan 13-ü Vyanadadır. Avstriya Avropanın ən öndə gedən universitetlərinin olduğu şəhərdir. Bir çox təhsil ocaqları pulsuzdur, pullu olan isə cəmi 320 evrodur. Müəllimlər dövlət işçisi hesab olunur, tədris tamamilə dövlət tərəfindən ma

Macarıstana səyahət etmək edənlər üçün tövsiyyələr

Image
Avropa ölkələri arasında Macarıstan özünə məxsusluğu ilə seçilir. Ümumiyyətlə paytaxtın içindən çay axan şəhərləri çox sevirəm, şəhər fərqli urbanizasiyası ilə seçilir, fərqli gözəllik gətirir. İlk ölkəyə giriş aeropartdan başladı, orada turist üçün məlumatlandırıcı broşurlar var,məlumat almağa dair turist infoya müraciət edə bilərsiniz.Şəhərdə tramvay və avtobusla gəzmək daha məqsədə uyğundur, ona görə də orada qaldığınız günə görə 24/48/72 saatlıq transport bileti alsanız daha uyğundur. Tək tərəfli 320 HUF=1.04 evro, 24 saatlıq isə 1650HUF= 5.30 evrodur. Əgər sizi nəzarətçi biletsiz oturduğunuzu görsə 50 evro cərimədir. İstəyir, tramvay, avtobus və metro ilə harasa gedin,çətinlik çəkməyəcəksiz çox rahat və asan sistemdir. Metro bir az qarışıq gələ bilər, bizdən fərqli olaraq bir çox Avropa ölkələrində xəttlər rənglərə görə dəyişir, narahat olmayın, içəridə information yaxud da polisdən məlumat ala bilərsiz. Şəhər əslində o qədər də böyük deyil ki, tez-tez nəqliyyatdan istifadə edəs

Tanrılar şəhəri Afina

Image
Qədim Yunanıstanın dünya sivilizasiyasında müstəsnə rolu olub. O, torpaq Aristotel, Platon, Sokrat kimi dahilər yetişdirib və hər kəs bu dünyaca məşhur filosoflar, eyni zamanda tanrılar şəhərinə səfər etmək arzusunda ola bilər. Bütün dünya dillərində yunan dilindən keçmə ifadələr var. O, torpaqlar Böyük İsgəndərin məmləkəti, Olimp dağlarının yerləşdiyi yerdir. Ümumiyyətlə sayıb bitirmək olmur. İlk teatr da məhz Yunanıstanda yarandı. Əgər siz səyahət etməyi sevirsinizsə o zaman yaxşı olar ki, Wizz air in discount klubuna üzv olasınız. İllik üzvlik haqqı 30 evrodur, bəzən özəl günlər olanda müəyyən endirimlər olur, mən son dəfə 20 evro ödədim. Bu kluba üzv olmaq nə üçün vacibdir? Hər aldığınız biletdə 10 evro endirimdir, il ərzində bir neçə dəfə səhayət etsəniz çox sərfəlidir. Hal- hazırda uçuşlar Kutaisidən həyata keçirilir. Tbilisi –Kutaisi (aeraport) istiqamətinə Georgian Bus (Azadlıq meydanı, Puşkin parkı) və Omni Bus (Rustaveli metrosu, velosiped) xidmətləri var (pulsuz