Posts

Showing posts from October, 2021

Yerli inkişafın əhəmiyyəti və bu sahədə olan çatışmamazlıqlar

Image
  İnkişaf kəmiyyət və keyfiyyət dəyişikliyini nəzərdə tutan hərəkətə deyilir. Bu hərəkət təbii ki, özündə müəyyən qrupların ortaq fəaliyyətini nəzərdə tutur. Biz məsələyə uzaq inkişaf perspektivindən deyil öz yaşadığımız kiçik ərazilərin inkişaf hərəkətlərinə baxaraq bunu daha yaxşı təsbit edə bilərik. Ona qədər yerli inkişafın üç əsas hissəsinə, dövlət sektoru, biznes və vətəndaş cəmiyyətinə toxunaq. Bu üç hissədən biri ümumi məqsəd və plandan çıxarsa inkişaf öz rolunu həyata keçirə bilmir və müvafiq olaraq kəmiyyət və keyfiyyəti göstəricisi də bir yerdə sıfırlanıb qalar. Keçmiş sovet ölkələrinin inkişaf dinamikasına baxanda görərik ki, onlar Qafqaz ölkələrini xeyli keçib, ola bilsin ki, iqtisadi və islahat baxımından bir neçə məsələdə biz daha ön sıralara sahiblənmişik amma vətəndaş cəmiyyəti prosesində çox geridə qalmağa davam edirik. Bunun bir neçə səbəbləri ola bilər. Ən çox görünən uzun illik sovet düşüncəsinin insaların beyninə həkk olunması və ümumi prinsip və dəyərlərin sove