Posts

Showing posts from September, 2017

Seçki kampaniyaları və biz seçicilər

Se çki kampaniyaları və biz seçicilər 10-12 ya şım olardı onda seçki söhbətini tam olaraq anlamırdım. Seçkiyə 2-3 gün qalmış məhələyə, kənd müvəkkili bizim nəslin adlı sanlı kişisi ilə gəlirdi. Əsasən kişilər yığılırdı bu kiçik görüşə, biz uşaqlar da həmişə məhələdə top oynayırdıq, onlar bizim ərazidə söhbət etdiklərinə görə gözləyib onların söhbəti bitirib getmələrini gözləyib oyuna davam etməyi gözləyirdik. O vaxt o, kəslər yanlarında durub onlara sadəcə tamaşa edən qızcığazın illər sonra onları tənqid atəşinə tutduğunu öncədən bilsələrdilər indi yəqin məni daşlayıb qovalayardılar. Təbii ki, bu onların heç yatsa ağlına da gəlməzdi. Çünki bizim mötəbərlər qadını yalnız ev xanımı bilib təsəvvür ediblər. Nəisə... Kənd müvəkkili və yanının saldış və solduşu görüşdən məmnun qaldıqdan sonra keçirdilər başqa məhləyə, bu məmnunluq isə hamının bir nəfər kimi yalnız bir şəxsə səs verməsinə əmin olması idi. Kəndlərdə həmişə belə olub da, bir az xırda vəzifə sahibi yalan doğru nə deyirsə elə

Seçki qabağı cızma qara

Seçki qabağı cızma qara 21 Ok tyabrda yenə seçki keçiriləcək. Artıq seçki bir rituala çevrilib. Keçən il seçki məntəqələrinin birində hətta xüsusi bəzədilmiş tortda bişirilibmiş, mənə ən son hissəsi çatmadı, şamı kim üfüləmişdi və kim kəsib kimin üçün çəngəl uzadib tortun ilk hissəsini kimin boğazına ötürmüşdü. Bir çox məntəqələrdə quzu belə kəsilir, hətta keçən il mənim qonşum evinə 10 kq belə gətirmişdi məntəqədən. Bunu şərəfli iş kimi qiymətləndirirdi. Hətta hakim partiyaya xeyli səs toplaya bilib 800 lari pul da qazanmışdı. Seçki yaxınlaşdıqca biz çox şeyin şahidi oluruq, təbii ki, ədalətsizliklərin, seçicilərin hüquqlarının pozulmasının. Seçki sistemi üç hakimiyyət dövründ ə də mədəni forma ala bilmədi. Bunun çox bəsit formulu var. Hakimiyyət dəyişdikcə şəxslərdə dəyişdi, eyni şəxslər yeni hakimiyyət dövründə də eyni seçki sistemi həyata keçirdi.Yalnız yeni hakimiyyətə daxil olduqdan sonra keçmiş hakimiyyətdə vəzifə sahibi olduğu zaman keçirilən seçkinin qeyri-şəffaf olduğunu d