Posts

Showing posts from March, 2020

KİMDİR TƏRBİYƏSİZ?

Image
Yazıya sualla başlamaq istəyirəm. Bizim cəmiyyətin tərbiyəli dövrü nə vaxt olub, ümumiyyətlə, tərbiyəli cəmiyyət deyəndə nə demək istəyirsiniz? Sovetlər Birliyi dağıldıqdan sonra cəmiyyətlərin və fərdlərin bir növ şəxsi azadlıqları başladı və eyni zamanda uzun müddət hazır və proqramlaşdırılmış həyat yaşayan adamlar sonra bütün məsuliyyətləri öz üzərinə götürdü. Bu, təbii ki, çox çətin proses idi. Bir çox sahələrdə çökmə baş verdi. Ən böyük itkini isə təhsil, tədris sahələri verdi. Nəsillər dəyişdi. Sovet düşüncəli tamamilə fərqli insanlar müasir zamana doğru irəliləməyə başladı və onlar gənc müasir nəslin nümayəndələri ilə qarşılaşdı. Nəsillərin toqquşması baş verdi. Təbii ki, hər bir fəlakət arxada qurbanlar buraxır. Nəsillər bir-biri ilə fərqli mühitdə və sosial çərçivədə toqquşduqda da hər iki nəsildə böyük təsir buraxdı. Sovetlər Birliyi insanları azad qərar vermə fikrindən məhrum etmişdi, alternativlər yox idi. Eyni ilə həmin nəsillər onu başqa nəslin öz mühitində h