Posts

Showing posts from December, 2021

Marneuli Bələdiyyə Meri Kənan bəyə açıq məktub...!

  Marneuli Bələdiyyə Meri Kənan bəyə açıq məktub...! Artıq illərdir Kvemo Kartli bölgəsində xüsusən də Marneulidə azərbaycanlıların kimlik, mədəniyyət və bərabərlik məsələləri ciddi problem kimi qeyd olunmaqdadır. Təssüflər olsun ki, istər mərkəzi istər yerli hakimiyyət etnik azlıqlarla bağlı qəbul etmiş olduğu beynəlxalq müqavilələrdəki maddələri yerinə yetirmir və öz aktiv siyasətinin tərkib hissəsinə qatmır. Şəxsən bir Marneuli sakini olaraq öz mədəniyyətimi, kimliyimi qorumaq üçün Marneuli Bələdiyyəsinin büdcəsindən yararlana bilmirəm. Ətrafıma baxdığım zaman etnik kimliyimi xatırladan və əks etdirən bir şey görə bilmirəm. İcmalardakı mədəniyyət evləri bir neçə il sonra baxımsızlıqdan torpağa qatılacaq, normal vəziyyətdə olanları da çayxana və anbar kimi istifadə olunur. Doğurdanmı azərbaycanlı icması bu təhqirə layiqdir? Mən başqa millətlərə aid olan mədəniyyət evləri haqqında danışmıram çünki onların belə problemi yoxdur. Onların kəndlərində konsertlər, poeziya gecələri keçirilir