Posts

Showing posts from November, 2020

Oliqarx bizi necə idarə edir?

Image
Gustave Le Bon “Xalqların və kütlənin psixologiyası” kitabında kütlənin xarakteri və onların xarakterlərinə uyğun mühitə uyğunlaşması haqqında çox dəyərli fikirlər söyləyir. Onun kütlə haqqında söyləmiş olduğu məhz bir kəlmə fikir elə bütün kitabı oxunduqdan sonra insanın kütlə haqqında formalaşan fikrini tam ifadə edir. “Kim kütləni yanlışlığa sürükləyə bilirsə, məhz elə o, asanlıqla kütləni idarə edənə çevrilir; kütləyə ağıl vermək istəyən isə, həmişə onun qurbanı olur”. Yəqin düşünürük ki, Fransalı bir yazar öz ətrafında və yaşadığı mühitdə nəyi görübsə elə ona uyğun fikirlər söyləyir və elə onun düşüncəsi məhz yaşadığı yerdən formalaşıb. Nəzərə alsaq ki, insanlar və ya xalqlar öz irqlərinə və xarakterlərinə görə biri birindən fərqlənir amma buna rağmən mahiyyətcə onlar azadlığı, nökərliyi, çətinliyi eyni dərk edirsə deməli hardasa ortaq nöqtələr mövcuddur. Mən Fransadan deyil, öz yaşadığımız ölkənin xarakterindən və insan psixologiyasından yazmaq istəyirəm. Biz hər birimiz düşünü