Posts

Showing posts from January, 2021

Vətənsiz qəriblər

Ağır müharibə dövrü idi. Xalq öz yurd yuvalarını doğma torpaqlarını tərk edib gedirdilər. Ölkədə aclıq, xəstəlik hökm sürürdü, düşmən əsgərləri ölkəyə soxulub xalqın var- yoxunu talan edib ölkəyi xarabaya çevirirdi. Anaların fəryadı, körpələrin ağlamaqları biri – birinə qarışmışdı. Ölkənin şərq hissəsində vəziyyət daha dözülməz həddə çatmışdı.İnsanlığa qarşı hər çirkin əməli törədən düşmən əsgərləri körpələr belə acımayıb öldürürdülər. Ölkəni xaos bürümüşdü. Birdən iki tərəfli atışma səsi gəldi hamı təcübləndi ki görəsən bizə köməyə gələn kimlərdi. Ölkənin şərq hisəssində qonşu ölkədən bir qrup könüllü dəstə insanlara köməyə gəlib,amma onları heç kəs tanımırdı ki,kimlərdi əllərində silah düşmənə qarşı vuruşurdular. İnsanlara çox səmimi davranırdılar, onların qolundakı qara bağlar hamının diqqətini cəlb edirdi, ancaq kimdirlər haradan gəliblər heç kimə məlum deyildi, əslində heç bunu müzakirə etməyin də yeri deyildi, caamat qorxu içində idi, gecə yatmağa belə qorxurdular, Artıq 10 gün

Köhnəlmiş arzular

Zəng vuruldu, müəllim bikef halda içəri daxil oldu, şagirdlərə salam verib əyləşdi. Nədənsə bu gün müəllimə çox dalğın görünürdü, əslində Minarə müəllimə çox mehriban, səmimi müəllimə idi, hər hansı məsələdən canı sıxqın olsada qarşısındakı insana biruzə verməzdi, dodaqaltı gülüşlə heçnə olmamış kimi mövzudan yayınardı. Sinifdə Minarə müəlliməyə ən çox hörmət edən sinif əlaçısı Yadigar idi, müəllimə bu uşağın tərbiyəsinə, çalışqanlığına heyran qalmışdı, Yadigarı hedsiz çox sevirdi ancaq başqa uşaqlara pis gəlməsin deyə biruzə verməzdi. Həmişə olduğu kimi müəllimə dərsə başladı, ancaq heç özünü ələ ala bilmirdi, tez tez gözləri yol çəkir, yuxuda qorxub oyanmış kimi həyacan basırdı. Uşaqlarla bir azköhnə dərs haqqda sual cavab etdi, yeni mövzuya keçdi. Yeni mövzu- məktəbdə Ana vzusu haqqında müsabiqə keçiriləcək, uşaqlar bu haqqda şer, hekayə nəsə istəsəniz yazın, müdiriyyətə təqdim edin. Zəng fasiləsində Minarə müəllimə mövzunu dəyişmək üçün müdirlə nə qədər söhbət etsədə kobud müdir ra

Kasıb qızın acı dramı və arzuları

Image
Arzuların əsirinə çevrilmiş bu qızcığaz real həyatdan uzaqlaşıb özünə mənasız xəyal dünyası qurmuşdu. Erkən yaşında atasını itirən və anasının himayəsində böyüyən bu qız həyatda yaşamağın və ailə dolanışının nə qədər çətin olduğunu anlamayır öz boş xəyallarıyla yaşayıb ömrünün xoş təravətli uşaqlıq illərini bədbin düşüncələrinə qurban vermişdi. Amma lap dərindən düşünsək bəlkə də bu taleysiz gəncə haqq qazandırmaq olar, özündən böyük bir bacısıda vardı kasıbçılıq bu körpə bacını da susdurmuşdu, arzularını şüşə parçası kimi çilik – çilik etmişdi. Çox çətinliklə yaşam tərzləri olub, soyuq boş ev, bir qarını ac bir qarını tox, başqa uşaqlar kimi boş vaxtını keçirmək üçün bir oyuncaqı da yox, ürəyindən keçən şirniyatı belə almağa pullari olmayan sadəcə hər şeyi xəyalından keçirən bu zavallılar hər şeyi bir qırıq pəncərə arxasından izləyirdilər. Maddi vəziyyətləri o qədər pis idi ki, uşaqlar normal qidalanmadıqları üçün xəstə idilər, psixoloji durumları da düzgün deyildi. Xeyir sevən insa

Özgə dünyanın tənha sakini

Qarlı qış gecəsi idi. Bir yandan şaxta, bir yandan da küləyin əsib coşması, gecənin qaranlığında kabus kimi pəncərəni döyüb taqqıltatması şirin yuxuları gözlərdən qovmuşdu. Hamı soyuq qış gecəsinin dəhşətli soyuğunda şaxtanın məhbusuna çevrilmiş kimi evin bir küncündə oturub, hər kəs qara fikirləri qovmaq üçün başını bir şeylə qatırdı. Nədənsə heç insan səsi eşidilmir. Yaxın qonşulardan belə səs gəlmir, elə bil hamıya əmr olunub ki, danışmaq olmaz. Divanın künc tərəfində xalçanın üstündə hardasa 17 -18 yaşında sarışın bir qızcığaz oturmuşdu, otaq qaranlıq olduğundan hər şeyi aydın görə bilmirdim, pəncərədən düşən şimşəyin işıqı onun üzünə düşür, diqqətimi ondan çəkə bilmirdim, gözləri dolmuşdu. Mən onu bir neçə dəqiqədən bir şimşək çaxanda üzünü və onun nə fikirləşdiyini görür və hiss edirdim. Yanaqlarından damcı ilə axan yaş şimşək işıgında gümüş kimi gözlərində parıldayırdı, onun gözlərindən elə yaş axırdı ki, amma heç nə səsi gəlirdi, nə də kin üzündə heç bir tərpəniş yox idi. Art