SAĞLAM CƏMİYYƏT
Erix Fromm “Sağlam cəmiyyət” adlı kitabında cəmiyyətin mədəniləşməsi və sonda sağlam bir cəmiyyətə çevrilməsi üçün çox maraqlı məqamlara toxunub. O, hesab edir ki, sağlam cəmiyyət üçün mütləq iki məqam var: 1. “Müstəqil insan”; 2. Tənqidi fikrə malik insan. Qərbin özünün fərqli və mütəşəkkil bir inkişaf platforması olub. Bu inkişaf mərhələsinə gələnə kimi, təbii ki, uzun bir yoldan keçib. O sistemi oradan götürüb burda birbaşa tətbiq etmək heç də asan başa gələcək bir proses deyil – əgər biz etiraf etsək ki, hər bir cəmiyyət öz mental dəyərləri ilə icma və ya cəmiyyətlərə çevrilib. Hər regionun özünəməxsus insanları, qaydaları, tələbləri var. Bu tələblərə ancaq mədəni insan olaraq nail olmaq mümkündür. Mədəni insana kimi isə təhsilli fərd əsas önəmli mənbədir. Bəs bizim sağlam cəmiyyətimiz hardan necə başlamalıdır? Gəlin etiraf edək ki, bizim ailələrdə uşaq tərbiyəsi üçün bir proqram yoxdur. Uşaq tərbiyəsi onu qorxu altında böyüdərək pis vərdişlərə qoşulmaması üçün tənbehlə