KİMDİR TƏRBİYƏSİZ?
Yazıya
sualla başlamaq istəyirəm. Bizim cəmiyyətin tərbiyəli dövrü nə vaxt olub,
ümumiyyətlə, tərbiyəli cəmiyyət deyəndə nə demək istəyirsiniz?
Sovetlər
Birliyi dağıldıqdan sonra cəmiyyətlərin və fərdlərin bir növ şəxsi azadlıqları başladı
və eyni zamanda uzun müddət hazır və proqramlaşdırılmış həyat yaşayan adamlar
sonra bütün məsuliyyətləri öz üzərinə götürdü. Bu, təbii ki, çox çətin proses
idi. Bir çox sahələrdə çökmə baş verdi. Ən böyük itkini isə təhsil, tədris sahələri
verdi.
Nəsillər
dəyişdi. Sovet düşüncəli tamamilə fərqli insanlar müasir zamana doğru irəliləməyə
başladı və onlar gənc müasir nəslin nümayəndələri ilə qarşılaşdı. Nəsillərin
toqquşması baş verdi. Təbii ki, hər bir fəlakət arxada qurbanlar buraxır. Nəsillər
bir-biri ilə fərqli mühitdə və sosial çərçivədə toqquşduqda da hər iki nəsildə
böyük təsir buraxdı.
Sovetlər
Birliyi insanları azad qərar vermə fikrindən məhrum etmişdi, alternativlər yox
idi. Eyni ilə həmin nəsillər onu başqa nəslin öz mühitində həyata keçirməyə
başladı. Bu onlar üçün bir çox hallarda asan başa gələcək tabe ol standartı yaratdı. Müasir nəsil maddi baxımdan azad deyildi
və onlar azad mühitdə özlərini tarazlaya bilmədilər, onlar da hələ keçmişin təsirindən
tamamilə uzaqlaşa bilmədiklərindən, beyinlərində çoxlu cavabsız suallar və
praktikada isə həyata keçirə bilmədikləri gələcəkləri xəyal kimi gələcəkdən
keçmişə qovuşdu.
Azad
olmaq istəyən gənc nəsil özünü əsarətdən xilas etməyə cəhd edərkən, o, ilk öncə
hələ də cəmiyyətin böyük hissəsini təşkil edən qapalı, asılı yaşayan böyük kütlə
ilə vuruşmalı olur, hər dəfə bu keçid onda öz təsirini qoymağa başlayır, ən çox
psixiloloji olaraq sarsılır və sonrakı mərhələlərdə isə o, maddi baxımdan tükənir
və özünü realizə edə bilməyərək sonunda bütünlüklə özünü qarşı nəslin içində,
tabeliyində və əsarətində görür.
Bizim
insanlar fərdə öz gələcək həyatı haqqında seçim vermək istəmir və bu seçimi
onların özü etmək naminə fərdə psixoloji təcavüz edir. Təbii ki, bu proseslərin
sonu faciə ilə nəticələnir.
Bəs biz gələcək nəsillərə necə tərbiyə vermişdik
ki, bu gün onlar tərbiyəsizləşdilər?
Qorxu, təhdid və manipulyasiya.
Yaş və güc baxımından böyük olduqları üçün ucalan səs
qorxudur. Bunun qarşılığı yoxdur, bu qayda-qanunu əsrlər əvvəl təhsilsiz və təbii
proses zamanı saç-saqqalı ağarmış şəxslər qoyub. Hər şey üçün bir cavab – OLMAZ!
Gələcək nəsil özündən əvvəlki nəslin davamçısı
olduğu üçün o, hələ də hərtərəfli ona bağlıdı və çox asılıdır. Təhdidlər edilərək
onun bütün arzuları içində öz varlığı ilə məhv edilir.
Sonuncu isə ən ağır olanıdır – manipulyasiya. “Mən
səni dünyaya gətirmişəm”, “mən səni böyütmüşəm” ifadələri fərdin bütün
imkanlarını məhdudlaşdıraraq onu psixoloji uzun müddətli sarsıntı və məsuliyyət
altına alır. O, bunu qəbul etdisə heç vaxt tərk də edə bilməyəcəkdir.
Öz həyatını, gələcəyini öz ağlı və düşüncəsi ilə
quran gənclik isə hirslərin qurbanı edilir, onlar cəmiyyətin tərbiyəsiz
uşaqlarına çevrilir. Cəmiyyət öz qopan parçasını sonuna qədər əzməyə cəhd edir.
Bu cəmiyyətdə nə qədər mən azadam, müstəqiləm desək də, cəmiyyət bizdən hər dəfə
buna görə qisasını alır. Bütün hallarda isə öz övladına acımır.
Son illərdə, bizlər bunun çox pis nəticələri ilə
qarşılaşırıq. Təhdid, qorxu, manipulyasiya edilərək qurulan ailələr dağılır.
Qadınlar ailəni tərk edib bu cəmiyyətin onu bağışlamayacağını görüb, baş
götürüb gedirlər, tabe olmayan öldürülür, döyülür və az yaşlı uşaqlar yetim
qalaraq ağır travmalara məruz qalırlar. Hesab edirlər ki, bir qadın hökmən bir
kişinin quludur, onun tələbi və etirazı olmamlıdır, o insan deyil, sevə bilməz,
qərar verə bilməz, hiss edə bilməz, bütün hallarda o günahkardır, çünki
qadındır. Amma bir kimsə soruşmur, düşünmür ki, niyə bu hadisə baş verdi, kimsə
hər iki cütlükdən başqa ayrı günahkar axtarmır. Bir valideyn belə öz övladının
gələcəyinə özü qərar verdiyi üçün bundan utanmır, xəcalət çəkmir. Onun son faciəsinə
isə heç bir şəkildə şərik olmur. Niyə cütlüklər bir-birinə xəyanət edirlər?
Sizlər, sizlər ey qərar verən böyüklər, sizə bir elmi açıqlama verim. Şəxs 18
yaşa kimi azyaşlı hedab edilir, yəni uşaq. Biz hər birimiz bilirik ki, uşaq tam
qərar vermə həddinə gəlməyən fərddir. Uşaq yaşlarında onu özü ilə bağlı gələcək
qərar almaq məcburiyyətinə qoymaq cinayətdir, günahdır. Öz uşağını erkən yaşda
evləndirən hər bir valideyn dini, dövləti və vicdanı qarşısında günahkar, qanun
qarşısında isə cinayətkardır. Uşaqda 18 yaşa qədər fizioloji formalaşma
getdiyinə görə o, bu yaşda evləndirilə bilməz, bu proses tamamlanmalıdır. 18
yaşdan sonra onda düşüncə formalaşır, psixoloji formalaşma gedir və artıq 20
yaşdan sonra doğru qərar almaq yaşına çatır. 23 yaşlı və 3 uşaq anası olan, 14
yaşında evləndirilən bir qız ancaq bu yaşda öz ağlı formalaşdığına görə indi qərar
vermək haqqına sahiblənir. Onun üçün artıq gec olur və məcbur edilən həyatı
yaşamaq istəmir, insandır, onun tələbləri və hisləri var, hansı ki, bunlar təbii
proses kimi fərdə tabe deyil. Bu zaman o, cəmiyyətin nifrət obyektinə çevrilərək
tərbiyəsizlik damğası ilə daşlanır və sonra öldürülür. İnsanlar inkişaf edən
dünyanı yalnız televiziyadan izləyə bilir və ona doğru da gedir, ancaq, çox təəssüf
ki, o, gərək bunun üçün çox uzaqlara getsin, harada ki, insanlar insan yerinə
qoyulur və kimsə kiminsə gələcəyini əlindən almır. İndi deyin, sizlər, böyük nəsillər,
sizmi daha çox tərbiyəsizlik edirsiniz, yoxsa indiki nəsilmi? Sizmi daha çox
günahkarsınız, yoxsa bizmi? Bu dünyada bir fərdin həyatını məhv etmək qədər
böyük günah, cinayət və tərbiyəsizlik yoxdur!
Samirə
BAYRAMOVA
“Yeni YOL” qəzeti
Comments
Post a Comment