Biz bir gün yenidən normal həyata qayıdacağımızı unutduq!
Tezliklə yollar açılacaq. Biz normal həyatımıza qayıdacağıq. Ancaq hər şeyin öhdəsindən necə gələcəyik? Sosialaşmağa yenidən necə nail olacağıq? Pandemiya zamanı hamımız evə bağlı qalmışdıq və bir gün yenidən normal həyata qayıdacağımızı sanki unutmuşduq. Marneuli karantin zonası elan olunan gündən bu regionun sakinləri faşist ritorikasının obyektinə çevrildi. “Sən demə virus dünyada ilk dəfə Marneulidə aşkar olmuşdur və onu gətirən isə azərbaycanlılar idi”. Onu da əlavə etdilər ki, “ Tanrı azərbaycanlıları David Qareci məsələsinə görə cəzalandırdı”, “ Bu tatarları boğub öldürək”, “İyili və geridə qalmış tatarlar”, “Gürcüstan gürcülərin ölkəsidir və bu soysuzları kim hardan gətirib bura çıxarıb”. Ancaq hamı bir şey unutdu ki, bu azərbaycanlılar bəzilərinin əməkdaşı, dostu, müəllimi, tələbəsi və yaxud yaxını idi! Savadsız adamın belə geridə qalmış düşüncə və baxışına normal hal deyə bilərik amma universitet müəlliminin öz tələbələrinə qarşı oxşar münasib...