Biz bir gün yenidən normal həyata qayıdacağımızı unutduq!
Tezliklə yollar açılacaq. Biz normal həyatımıza
qayıdacağıq.
Ancaq hər şeyin öhdəsindən necə gələcəyik?
Sosialaşmağa yenidən necə nail olacağıq?
Pandemiya zamanı hamımız evə bağlı qalmışdıq və bir gün yenidən normal həyata qayıdacağımızı
sanki unutmuşduq.
Marneuli karantin zonası elan olunan gündən bu regionun
sakinləri faşist ritorikasının obyektinə çevrildi. “Sən demə virus dünyada ilk
dəfə Marneulidə aşkar olmuşdur və onu gətirən isə azərbaycanlılar idi”. Onu da əlavə
etdilər ki, “ Tanrı azərbaycanlıları David Qareci məsələsinə görə cəzalandırdı”,
“ Bu tatarları boğub öldürək”, “İyili və geridə qalmış tatarlar”, “Gürcüstan
gürcülərin ölkəsidir və bu soysuzları kim hardan gətirib bura çıxarıb”.
Ancaq hamı bir şey unutdu ki, bu azərbaycanlılar bəzilərinin
əməkdaşı, dostu, müəllimi, tələbəsi və yaxud yaxını idi!
Savadsız adamın belə geridə qalmış düşüncə və baxışına
normal hal deyə bilərik amma universitet müəlliminin öz tələbələrinə qarşı oxşar
münasibəti isə qəbul edilməzdir. Təhsil Nazirliyində müvafiq nəzarət mexanizmi
yoxdur ki? Əgər varsa necə fəaliyyət göstərir?
İctimai sektorun xidmət sahəsində işləyən şəxslər üçün bu faşist
yanaşması ilk növbədə mədəniyyətsizlik, sonra isə ayrı seçkilik və irqçilikdir.
Bu əməkdaşları işdən azad edəcəklərmi? Sadəcə üzr istəmək yetərlidirmi?
Mənim üçün bu saxta səmimiyyət ağıla sığmazdır. Bir adam ki səni “iyili
tatar”, “təxribatçı”,”Azərbaycanın cəsusu” adlandırır, belə adamla necə birlikdə
işlməyə davam edəsən? Bu ictimai sektorda da azlıq olan şəxs üçün daha da çətin
olacaq. Onların hüquq və maraqları nə dərəcədə qorunacaq?
Bir süfrə arxasında əyləşəndə hansı dostluqdan danışacağıq?
Bu pandemiya zamanı Dövlət Təhlükəsizlik Xidməti çox millətlilik separatizm və onun oyanışı
üçün potensial bir şərt olduğunu ifadə edən bir hesabat təqdim etdi. Burada
dövlətin etnik azlıqlara qarşı münasibəti aşkarca görünür. Ancaq DTX dövlətin
sistematik problemlərini, etnik azlıqlar yaşayan bölgələrdə resursların qeyri-bərabər
bölünməsi ilə maraqlanmır. DTX-nin qayğısı onlar üçün nəzarət və
narahatçılıqdır. Mən etnik azlığın nümayəndəsi olaraq, indi mənim inteqrasiya
prosesini necə davam etdirəcəyəm?
Mən separatçıyamsa, bu zaman sən kimsən? Fitnə-fəsadı
harda görürsünüz? Biz bütün bunların fonunda hansı güclü dövlət qurmaq haqqında
danışacağıq?
Bütün bunlar bizim inteqrasiya prosesinin nə qədər problemli
olduğunu yaxşı göstərdi və hər iki tərəfin iştirakı ilə yenidən düşünülməsininin
zəruriyyətini ortaya qoydu Dövlət etnik azlıqların gürcü cəmiyyətinə
inteqrasiyasını tələb etdiyi kimi bunu ikinci tərəfdən də tələb etməlidir.
Hələ bir məndən soruşun – görün məni separatist, fitnə-fəsad
yaratmaqda potensiyallı ilkin şərt və yaxud iyili tatar adalandıran cəmiyyətə
inteqrasiya etmək istəyirəmmi?
Mən o cəmiyyətə inteqrasiya etmək istəyirəm ki, harada, mənə
qarşı hörmət göstəriləcək, mənim kimliyim, mədəniyyətim, dəyərlərim onlar tərəfindən
qəbul edilmiş olacaq.
Təəssüf olsun ki, nifrət dili Gürcüstanda cəzalandırılmır,
amma bu o demək deyil ki, dövlət tərəfindən müvafiq tədbirlər görülməməlidir.
Təhqir edildikdən sonra mənə üzrlər lazım deyil, mən istəyirəm ki,
adamın geri düşüncəliyi tamamilə dəyişsin. Heç kifayətdə etmir ki, yalnız bir
neçə adam belə düşünür. Yüzlərlə adam etnik azlıqlara qarşı nifrət baxışını gizləyə
bilmədi.
Təəssüf ki, əksəriyyətin faşist münasibəti səbəbindən siyasətçilər
səslərini çıxarmadı.
Bizdən siyasi fəallıq istəyirlər. Bu çətin günlərdə insanların mənəvi
hüquqları pozulduğu zaman, dövlət hüquqları pozulan vətəndaşların yanında
deyildi. Etnik azlıqların hüquqlarını qoruyan QHT-lərin əksəriyyəti sakit
durdular. Bundan sonra etibarı necə bərpa edəcəyik, biri birimizi necə əmin edəcəyik
ki, biz biri birimizin yanında olacağıq?
Mən yenə də ümid edirəm ki, biz mövcud problemləri etiraf edəcəyik
və düzgün strategiya üzərində birgə işləyəcəyik. Bəlkə bizimlə işləmək siyasətində
bizim fikirlərimizdə maraqlı oldu!
Comments
Post a Comment