Oliqarx bizi necə idarə edir?
Gustave Le Bon “Xalqların və
kütlənin psixologiyası” kitabında kütlənin xarakteri və onların xarakterlərinə
uyğun mühitə uyğunlaşması haqqında çox dəyərli fikirlər söyləyir. Onun kütlə
haqqında söyləmiş olduğu məhz bir kəlmə fikir elə bütün kitabı oxunduqdan sonra
insanın kütlə haqqında formalaşan fikrini tam ifadə edir. “Kim kütləni
yanlışlığa sürükləyə bilirsə, məhz elə o, asanlıqla kütləni idarə edənə
çevrilir; kütləyə ağıl vermək istəyən isə, həmişə onun qurbanı olur”.
Yəqin düşünürük ki,
Fransalı bir yazar öz ətrafında və yaşadığı mühitdə nəyi görübsə elə ona uyğun
fikirlər söyləyir və elə onun düşüncəsi məhz yaşadığı yerdən formalaşıb. Nəzərə
alsaq ki, insanlar və ya xalqlar öz irqlərinə və xarakterlərinə görə biri
birindən fərqlənir amma buna rağmən mahiyyətcə onlar azadlığı, nökərliyi, çətinliyi
eyni dərk edirsə deməli hardasa ortaq nöqtələr mövcuddur. Mən Fransadan deyil,
öz yaşadığımız ölkənin xarakterindən və insan psixologiyasından yazmaq istəyirəm.
Biz hər birimiz düşünürük və özümüzə və ya ətrafımızda baş verənləri daha yaxşı
dərk edənlərə sual veririk. Alı Vəlidən daha savadlıdır və bacarıqlıdır, niyə görə Vəli daha yaxşı idarəçidir? Axı regionu, ölkəni,
sistemi daha savadlı və bacarıqlı olan daha yaxşı idarə etmirmi? Sadəcə bu
sualda ilişib qalmışıq və hesab edirik ki, əgər bu sualın cavabını tapsaq və bəlkə
də nələrəsə təsir edib özümüzü xilas edə bilərik. Amma heç düşünmürük ki, biz
azadlığa, bərabərliyə çatmaq üçün bəlkə başqa sual haqqında düşünüməliyik? Bəlkə
bizim gördüklərimiz bizi doğru istiqamətə aparmır? Ümumiyyətlə biz nə istəyirik?
Bizə azadlıq lazımdırmı?
Eyni kitabda müəllif
Napoleonun uğur hekayəsindən danışır. O qeyd edir ki, o qələbələri məhz
Napoleon olduğu üçün qazanmayıb, nə də qələbələri hesabına hökumdar olmamışdır.Həmin
vaxt xalq azadlıqdan əziyyət çəkirdi və qul olmağa can atırdı. Xalq itaətə məcbur
edildi və onlar bundan hüzr tapdılar, insanlar, əsgərlər heyvan sadiqliyi ilə, əyanlar
və məmurlar isə öz yaltaqlığı ilə rahatca itaətə razı oldular. Sizcə bu səhnə
biz bir şeyləri xatırlatmırmı? Sovetlərdə insanlar bir sistemin tərkibində dinməz,
lal-kar səssiz kütlə idi və onlar yalnız idarə olunurdu. Sonra onlar azadlıq
istədi və azadlığa nail oldular amma təcrübələri olmadıqları üçün yeni yaranmış
başqa sistemə tabe oldular, bu məşhur Şevarnadze dövrünə təsadüf edir. Bir müddət
keçəndən sonra onlar yenə azadlıq və inkişaf edən dünyada hüquqlar
arzuladılar.Və onlar yenə buna nail oldular, 2004-cü ildə Qızılgül İnqilabı ilə
Qafqaz yerindən silkələndi. Bir zaman kurşağı keçdikdən sonra azadlıqdan imtina
etmək istədilər, onlar azad və bərabar hüquqlu cəmiyyətdə yaşamaq istəmədilər,
azadlıq onları yorur, üzərlərinə öhdəlik qoyurdu, bu səbəbdən hər şeyi onlar
üçün edəcək bir xilaskar istədilər və kütlə 2012-ci ildə öz qərarını verdi və
onlar bunun üçün sərvətə malik şəxsi ən yaxşı xilaskar hesab etdilər. Böyük
inqilabdan sonrakı illərdə xalq nə istəyirdi yox dünya hansı standartlarla
yaşayırsa bizdə onunla yaşamaq və axına qoşulmaq prinsipi vardı. Biz müqayisə
edəndə 10 il bundan əvvəlki və hazırkı hakimiyyəti müqayisə edirik və əqli şəkildə
başa düşürük ki, 10 il bundan əvvəl artıq uzaq tarixdir və biz 10 il bundan əvvəl
bizimlə eyni reytiniqdə duran ölkələrə və indiki indeksdə ölkəmizin vəziyyətinə
baxıb müqayisə etməliyik. Biz bir neçə il bundan əvvəlki özümüzü istəyirikmi? Təbii
ki, yox, bir neçə il bundan əvvəlki həyat tərzimizi istəyirikmi təbii ki, yox. Onda
niyə biz 10 il bundan əvvəlki sistemi istəyirik?
Son illərdə siyasət məhz kütlənin
psixologiyasına görə idarə edilir. Gəlin bu ölkədə böyük xalqların
psixologiyasına nəzər yetirək. Bir gürcü üçün hal-hazırda torpaqdan, dindən,
millətçilikdən başqa dəyər varmı? Mən təbii ki, burada istisnaları deyil böyük
kütləni nəzərdə tuturam. Bu ölkədə yaşayan ən böyük etnik azlıqa mənsub olan azərbaycanlılar
üçün “bu gündən sabaha qədər çörəyim olsun”dan başqa dəyər varmı? (Bu haqqda
daha geniş “yazılmamış keçmiş" blogunu oxuya bilərsiniz) Bir erməni üçün “Böyük
Ermənistandan” başqa xəyal varmı? Bu günki hakimiyyətində olan yüksək vəzifəli
məmurların heçdə yüksək savadı yoxdur, hətta ali savadı olmayan nazirimiz də
var. İdarəçilik birbaşa kütlə psixologiyasına uyğun şəkildə həyata keçirilir.
Ölkənin xarici borcu demək olar ki, hər kvartalda artır, bununla yanaşı ölkədə
işsizlərin, ac insanların sayı isə hər gün artır. Bu isə yalnız kiçik bir hissəni
daha çox narahat edir. Bəs böyük kütlə niyə xoşbəxtdir?
Kütləyə bilavasitə
dindarlıq təsiri. Bir neçə ay bundan əvvəl kilsə ətrafında olan meşəliklər himayə
və öhdəlik adı altında Gürcüstan kilsəsinə təhvil verildi. Əvəzində isə kilsə “Biz
qərbə tərəf getməkdən xilas edən yeganə güc məhz Oliqarxdır, o Gürcü xalqının
dininin, dilinin və torpaqlarının itirilməsinin qarşısını alır, biz ac olmağa
razıyıq amma öz kimliyimizdən imtina etməyə yox”, təbii ki, heç vaxt azadlıq
hissini dada bilməyən böyük kütlə üçün bu böyük bir həqiqət idi. Kütlə öz ölü
ideyalarından və onlara təklif olunan Allahlarından o qədər yapışıblar ki,
onlara minlərlə arqument gətirilsədə onları doğru bildikləri həqiqətən çəkindirmək
mümkün deyil. Bu sadəcə bir misaldır, bununla yanaşı onlar daha çox üstünlüklərdən
faydalanır və daha çox sərvət qazanırlar.
Uzun illərdir suni şəkildə David
Qareci məsələsi var. Heç kim üçün sirr deyil ki, son bir neçə ildə Rusiya tərəfindən
maliyyələşən, milli şüur adı altında insalara psixoloji olaraq təsir edən bir
neçə qrup yaranıb. Bu təbii ki, bir teatr səhnəsinin davam edən səhnələrindən
biridir, silsilə səhnələrindən biri. Böyük kütlə aktiv siyasətdən bir yerə him
tökməkdən tamamilə ayrılıb. Bu açıq təfəkkürlü kütlənin qarşısına atılmış
maneçilikdir, onlara böyük gücə qarşı vuruşmaqda xeyli əngəl yaradır. Hətta
onların uzun caynaqları regionlara qədər uzanmaqdadır.Təbii ki, may ayında keşişin
açdığı hoqqabazlıq da məhz bu düzmə-qoşma işlərin bir parçası idi.
Niyə son seçkilərin birində
insanları sadəcə 5 kq kartofla almaq mümkün oldu? Çünki, insanlar üçün milli dəyər
yoxdur, onlar üçün bu gün özümü necə xilas edəcəm deyə məfhum var. Onlar
1960-cı illəri və 1991 –ci illərdəki çətinlikləri hələ də unutmayıblar onların
aclıqlarla bağlı qorxuları var, onlar üçün ən vacib sosial, siyasi məsələlər
yox məhz mədə psixologiyasıdır və təbii ki, bu onların qorxularından irəli gələrək
hardasa haqqlı bir arqumentdir. Yeni nəslin psixologiyasında belə bir irsi
ötürülmə olmadığına görə bunu biz heç bir şəkildə başa düşə bilmirik, neçə ki,
onlar bizim azadlıq hərəkatımızı anlamadıqları kimi.
Davamı var...
Comments
Post a Comment