Gürcü dili öyrənmək bizi doğurdanmı xilas edəcək?
Hər zaman Gürcüstan azərbaycanlılarının problemlərinin müzakirəsində istər yerli istər xarici qurumlar gürcü dili məsələsini önə çəkir. Gürcüstan vətəndaşı olaraq təbii ki, bu fikirlə tam razı deyiləm amma dil öyrənməyin olduqca vacibliyini isə yüksək şəkildə vurğulayıram. Bir neçə faktora diqqət göstərmək istəyirəm.
- Öz ana dilində təhsil ala biməyən şəxslər öz kimliyini dərk etmir, milli ruhu hiss edə bilmir. Buna əks olaraq bir neçə istisna nümunə gətirməklə biz real problemi gizlədə bilmərik.
Bəs bunlar nə kimi yeni problemlərə yol açır?
- Problemin düzgün müəyyənləşməməsi;
- Prioritetlərin yer dəyişkənliyi;
- Kiçik münaqişlərin yaranması;
- Resursların qeyri-bərabər bölünməsi;
- İnkişaf edən dünyada sosial problemlərlə məşğul olmaq səviyyəsində qalmaq.
Bəlkə Gürcüstan nümunəsi bir çoxları üçün tam aydın deyil amma bir neçəsi haqqında danışmaq istəyirəm. Dil öyrəndikdən sonra biz iş yerlərində hamı kimi işləyə biləcəyikmi?
- Son illərdə işə qəbul olma, nə dil, nə savad nə də təcrübə üzərindən baş vermir, nepotizm faktoru hələ də öz yüksək % -də qalmaqdadır;
- Qərbi Gürcüstanda gürcü dili ana dili olan acarlara bəlkə gürcü dili böyük üstünlük verdi?
- Çeçenlər, yəhudilər, yunanlar, kürtlər bəlkə ali vəzifələrə təyin olundu?
- Statistikaya nəzər yetirəndə Gürcüstanda yüksək savada malik, xarici təhsil almış, beynəlxalq təcrübəyə malik heç bir etnik azlıq qərar verici vəzifəyə təyin olunmayıb.
Nəzərinizə çatdırım ki, yuxarıda adını çəkdiyim etnik qruplar asimilasiya olmamaq üçün artıq öz ana dillərində təhsil almaq və öz mədəniyyətlərini qorumaq üçün bu sahədə müəyyən fəaliyyətlə məşğuldur, əgər ortada bu qədər təcrübə varsa biz nəyə görə məktəblərdə gürcü dili tədrisinin gücləndirilməsini deyil də məktəblərin gürcüləşdirilməsinin tərəfdarıyıq? Siz əminsiniz ki, biz həmin etnik azlıqlardan daha əzmli daha milli ruha malikik? Hesab edirsiniz ki, biz asimilasiya olmayacağıq?
Ancaq dil öyrənib aşağıdan başlamaqla sosial problemlərimizi həll edib, öz hüquqlarımızı heç olmasa orta bir yerə gətirmiş olarıq, biri birimizdən asılılığımızın da faizini endirmil olarıq.
Hələlik Gürcüstanın bundan əvvəlki və hazırkı daxili siyasəti bizə böyük ümidlər vəd etmir amma biz bütöv və güclü Gürcüstan üçün ümidliyik.
Comments
Post a Comment