Keçmişlərimiz
Bu gün qərara gəldim ki, evə gedim bir az dincəlim və indi yazacağım hadisə haqqında daha geniş yazım və birdə baxdım ki, bu gün kəndimizdə hadisəyə yaxın hadisə baş verib. Bir məsələ ilə bağlı təsirlərin qiymətləndirilməsi üzrə araşdırma aparmalıydım və müsahiblərim içində təsadüfən bir adam tanış gəldi və bu adam 19 il bundan əvvəl 14 yaşlı məktəblini qaçırtmaq üçün bir çox cəhdlər etmişdir və təsadüflər nəticəsində o uşaq xilas olmuşdur. 7-ci sinifdə oxuyurdum. Başqa uşaqlar kimi indi mənim də növbəm gəlmişdir. Mənim də qaranlıq günlərim başlamışdır, mən gələcək üçün xəyallar qurarkən kimlərsə mənim gələcəyimi əlimdən almaq üçün xəyallar qururmuş. Cümə axşamları bizə qəribə qadınlar gəlməyə başlayırdılar, bu qadınlara yox cavabı veriləndən sonra məktəbimizin və məhləmizin yollarında içi qara gədələrlə dolu qara maşın peyda olmağa başladı. İki ay məktəbə getmək problemim yarandı və sonra iki kilometrlik yolu getmək üçün əlavə maşın tutulması qərarı verildi. Bütün sinif yoldaşlarım