Yerli inkişafın əhəmiyyəti və bu sahədə olan çatışmamazlıqlar
İnkişaf
kəmiyyət və keyfiyyət dəyişikliyini nəzərdə tutan hərəkətə deyilir. Bu hərəkət
təbii ki, özündə müəyyən qrupların ortaq fəaliyyətini nəzərdə tutur. Biz məsələyə
uzaq inkişaf perspektivindən deyil öz yaşadığımız kiçik ərazilərin inkişaf hərəkətlərinə
baxaraq bunu daha yaxşı təsbit edə bilərik. Ona qədər yerli inkişafın üç əsas
hissəsinə, dövlət sektoru, biznes və vətəndaş cəmiyyətinə toxunaq. Bu üç hissədən
biri ümumi məqsəd və plandan çıxarsa inkişaf öz rolunu həyata keçirə bilmir və
müvafiq olaraq kəmiyyət və keyfiyyəti göstəricisi də bir yerdə sıfırlanıb
qalar.
Keçmiş
sovet ölkələrinin inkişaf dinamikasına baxanda görərik ki, onlar Qafqaz ölkələrini
xeyli keçib, ola bilsin ki, iqtisadi və islahat baxımından bir neçə məsələdə
biz daha ön sıralara sahiblənmişik amma vətəndaş cəmiyyəti prosesində çox geridə
qalmağa davam edirik. Bunun bir neçə səbəbləri ola bilər. Ən çox görünən uzun
illik sovet düşüncəsinin insaların beyninə həkk olunması və ümumi prinsip və dəyərlərin
sovet təhsili sisteminə söykənməsidir. İnsanlar nəyə alışır, nəyi görürsə o
onlar üçün həqiqətə çevrilir və məhz vətəndaş cəmiyyətinin formalaşa bilməməsinin
ilkin səbəbələrində biri də bizim kimi cəmiyyətlərdə bundan ibarətdir. Onların əvəzindən
düşünən, əziyyət çəkən və onlara hazır məhsul təqdim edən bir cəmiyyətləri
vardı. Baxmayaraq ki, 30 illik bir zaman məsafəsi keçib hələ də həqiqət öz
axarında davam edir və mərkəzdən uzaq ərazilərdə gənc nəsilə ötürülür.
Regionlar
və kiçik cəmiyyətlərin məhz inkişaf mexanizmi elə burada dayanıb. Üçlük iki
funksiyası ilə ümumi nəticə göstərməyə çalışır amma bu mümkün deyil və ehtimalı
da yoxdur.
Burada
başqa maraqlı bir proses də var, uzun kasıblıq illərindən keçmiş nəsil və daima
sosial məsələ üzərində ilşib qalan beyin. İsti ev və tox qarın. Bütün inkişaf və
yaşam prinsipi bunun üzərində fırlanır. Bundan istifadə edən sistemlər isə
böyük toplumu proseslərdən uzaqlaşdıraraq uzun illik idarəçilik və şəxsi rifah
tərəfini düşünürək vətəndaş cəmiyyətinin yarana bilmə imkanlarını məhdudlaşdırır.
Yerli
bələdiyyənin müzakirə və büdcə formalaşmasında yerli əhalinin heç 0.1% bu
prosesdə iştirak etmir və beləliklə biz birlikdə yerli inkişafan imtina edib şəxsi
rifah və razı vətəndaşlıqdan imtina etmiş oluruq. N qədər sosial problemlər vətəndaş
cəmiyyətsiz həll olan deyil.
Comments
Post a Comment