Qondarma soyadlara rəsmiyyət tələbi

 Əslində bu haqda daha əvvəl yazmaq istəyirdim amma öz kimliyini, dilini və tarixini bilməyən primitiv toplumla toqquşmaq istəmədim.

Amma hesab edirəm ki, indi bu haqda yazmaq həqiqətən vacibdir.
Familyanın (soyadın) tarixi haqqında və sonra bir neçə maraqlı məqama toxunacam. Elə adından da göründüyü kimi soy ad yəni sənin soyunun, ilk başlanğıcının bu günə kimi törəməsini yaxşı ifadə edən bir sözdür. Soyad XI əsrdə bəzi mənbələrə görə isə ilk dəfə Şimali İtaliyada VIII əsrdə yaranmışdır, daha sonra Fransa, Almaniya, Rusiyada da soyadların yaranması prosesi başlayır. Ən son isə 1959-cu ildə Tunisdə soyadla bağlı qanun qəbul edilir və soyad formalaşır. Azərbaycanlılar arasında soyadın formalaşması tarixi isə XVIII əsrə təsadüf edir və XX əsrə qədər formalaşmağa davam edir.
Bəs soyadın tərifi nədir? Soyad bir nəsildən olan adamları başqa nəsillərdən olan adamlardan fərqləndirən başlıca və əsas amildir. Soyad şəxsin ailəsini və nəslini, cinsini, geniş mənada isə milliyyətini bildirən xüsusi addır. Buna görə də soyadın ömrü adlara nisbətən daha uzun ömürlüdür. Soyad müəyyən ictimai təbəqədə yaranmışdır, ona görə də soyad ictimaidir.
Bütün bunlardan irəli gələrək belə bir ehtimal ortaya çıxır. Bizim indi daşıdığımız olduğumuz soyadlar soyadın özbəöz tərifinə uyğun gəlirmi? Xeyr!
Əslində Qafqazda soyadların yaranmasında Rusiya böyük rol oynayır, bəziləri bunu Türkiyə ilə əlaqələndirir amma Türkiyədə soyadlar Rusiyadan daha sonralar meydana gəlmişdir. Bizim əslində soyadlarımız olmayıb, bu tərifə əsaslanaraq, bizdə "nəsillər, öylər, ojaxlar" mövcud olmuşdur. Sonra işğal zamanı biz nəsillərin, yəni öz kimliyimizin deyil də adlardan soyadı götürmüşük. Problem soyadların sonluğunda deyil onun kökündədir. Nəsillər ata adları ilə soyadlara bölünəndə nəsillərdə öz-özlüyündə bölünməyə başladı. Misal olaraq, öz kimliyimi nümunə gətirə bilərəm. Bizim nəsildə üç soyad var. Soyadlar böyüdükcə nəsil arasında uzaqlaşmalar və yadlaşmalar artmağa başlayır. Buna səbəb isə işğal zamanı nəsili deyil də ata adlarından soyad düzəltməyimiz olub.
İndiki halda soyadların sonunu dəyişmək əslində problemi həll etmir sadəcə onun mahiyyətini dəyişərək onu daha da dərinləşdirir və kimliyini, yəni əsl soyluğunu itirir. Bu ola bilsin bəzi soyadlara aid deyil amma ümumi götürsək bu yeni çıxılmaz problem yaradır.
Soyadla bağlı Gürcüstandan qanun-layihə hazırlandığı zaman hər şeyə rağmən milli-mənsubiyyəti əks etdirdiyindən o görüşdə iştirak etdim və o görüşdə əksəriyyət hazırkı qanun-layihənin tam hazır olmadığını və müzakirəyə ehtiyyacı olduğunu qeyd etsədə heç bir fikir nəzərə alınmadı. Bu səbəbdən şəxsən mən soyad lahiyəsini iki səbəbə görə dəstəkləməmişdim və imza atmamışdım. Çünki soyadımın sonunu deyil də əsl soyadımı qaytarmaq istəyirəm. Mənə aid olmayan yeni qondarma kimliyi qəbul etmirəm!
Yazıda professor Çobanovun soyadlarla bağlı kitabından təriflər istifadə olunub.

Comments

Popular posts from this blog

დაუწერელი წარსული

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!