Azərbaycan təssüratlarım... Ərəb bəyləri... Azərbaycan kişisi...

Azərbaycan təssüratlarım...
Ərəb bəyləri...
Azərbaycan kişisi...
Həyatda və sosial şəbəkələrdəki virtual dostluğumda kifayət qədər Azərbaycandan olan hər yaş təbəqəsindən insanlar var.  Bəzən çox maraqlı şərhlərə və yazılara rast gəlirəm, bəzən də bayağı söhbətlərə şahid oluram. Kütlənin əksəriyyəti  - cavanı, yaşlısı, ziyalısı, fəalı - yığılıb bayağı mövzunu müzakirə edir və uzun-uzadı mövzulara da uzun-uzadı rəylər yazırlar.
Təqribən iki aydan artıq zaman ərzində bu ölkədə şortiklər müzakirə olundu, sonra isə sevgililərin öpüşməsi, indi də ərəblərlə bağlı əhvalatlar. Hərdən düşünürsən ki, bu ölkənin insanları qapalı bir dünyada yaşayır və reallıq onlar üçün hələ də nəsnəlik dolu bir yuxudur.
İlk dəfə Azərbaycana gedəndə 7 yaşım vardı, 1994-1995-ci illərdi. Anam xəstə idi və müalicə məqsədilə mən də onunla getmişdim. Bakıda Əhmədli deyilən bir yerdə qalırdıq, tez-tez qonşuların səs-küyü gəlir və hiss olunurdu ki,  dalaşırdılar. Qadınlardan biri hey uşaqlarını döyür, digər ikisi isə tez-tez saç yolduya çıxırdı. Saçyoldu problemi qısqanclıq üstə imiş. Qadının birinin əri, ikinci qadına göz qoyurmuş. O biri qadın da kişisinə biganə qalmayıb, - öz xoruzum öz hinimdə banlasın,- deyib qonşuyla didişirmişlər. Mən bu söhbətləri uşaq kimi eşidir, lakin mənasının alt qatını anlayammırdım. Günüm həyətdə uşaqlarla oynamaqla keçirdi. Qonşu binada bir qız uşağı yaşayırdı, o da  mənim balaca kuklamı oğurlamışdı. Bu hadisədən sonra qaldığım bir həftə müddətində o qızı bir də görmədim. Həm də bilmirdim ki, hansı evdə yaşayır. İndi də hərdən Bakı deyiləndə gəlincik-kuklam yadıma düşür. Kədərli uşaqlıq günlərim idi.
İkinci dəfə Bakiya səfərim 2006-ci ildə olmuşdur. Bu dəfə 4 qız idik. İkisi çoxdan Bakıda yaşayandı, biz ikimiz isə Gürcüstandan qonaq getmiş iki gənc qız idik. Bu gəzinti zamanı 3-4 gün sonra avtobusda mənim çantamdan 200 dollar pul və foto aparat oğurladılar. Bakıya 20 günlük qalmağa getməyim burnumdan tökülmüşdü. Hələ də təəccüblə fikirləşirəm ki, o, necə oğru imiş ki, çanta quçağımda, oturduğum yerdə həm, foto aparatı qabından çıxarıb, həm də mən heç nə hiss etmədən pul qabımı da aparmışdır. Bunlar onsuz da bir çox ölkələr də baş verən şeylərdi. Məsələnin ikinci tərəfi isə budur ki, Bakıda küçəyə çıxmaq faciədir. Düz yolunla getdiyin yerdə qulağına mahnı səsləri gələcək, biriləri sənə ceyran, maral mahnıları qoşub oxuyacaq. Kiminləsə göz-gözə gəldinmi? - görəcəksən ki, ya “ayağına” baxır ya da...
Biz Bakıya qışın sonlarında getsək də hava hələ tez qaralırdı. Bu qızlardan biri isə həftədə bir dəfə dərsdən gec gəlirdi. Şərvaxtı getmişdik ki, qızı dayanacaqda qarşılayaq. Evlə dayanacaq arası hardasa 400-500 metr olduğundan rəfiqəmiz o yolu tək gəlməyə çəkinir, bilirdi ki, küçədə olan adamlar ona ya söz atacaqdılar, ya da “çəkişdirəcəkdilər”. Dayanacaqda gəlməyini gözləməyə məətəldik ki, qara “inomarkalar” cavan-qoca-qoltaq qarışıq yanımızda saxlayır, harasa aparmaq lazımdırmı? – deyə, sual yağışına tuturdular. Xanım müraciətli kompilementin də biri bir qəpiyə olardı bu zaman. Sərt cavabına baxmayaraq, sırtıq sırtıq durub hırıldayır, gözüylə də adamı “yeyir”, üzünü çevirən kimi asfalta hirsindən şram çəkirdilər. Yolda bir nəfərdən nəsə soruşmayasan, saqqız kimi yapışqana dönürdülər.
Üçüncü səfərim isə 2009-cu ildə Azərbaycan Respublikası Diaspora işi üzrə Dövlət Komitəsinin (DİDK) xətti ilə bir qrup gürcüstanlı gəncin,  tələbənin Azərbaycana bir həftəlik səyahəti zamanı olmuşdur. Bu layihə burada oxuyan tələbələr və fəal gənclər üçün düşünülmüşdür.. AF Hotel deyilən bir məkanda qalırdıq. İnsafən təşkilati işlər ürəyimizcə idi. Bir çox yerlərə səfər etdik, maraqlı tarixi, mədəni yerlərlə tanış olduq, bu öz yerində.
Keçək, bunun o biri tərəfinə. Deməli, Komitənin Gürcüstan üzrə kordinator nümayəndəsi bizlə çox kobud rəftar edir, hətta, arada təhqir də keçməkdən çəkinmirdi. Bir gün Komitə sədri Nazim İbrahimov da bizim məkana təşrif buyurdu. O, gənclərlə tanış oldu, çox səmimi söhbət etdi, bir məmur-insan olaraq çox yaxşı təəssürat bağışladı. Mədəniyyəti, sadəliyi ilə hər bir Gürcüstan gəncinin rəğbətini qazanmış, kordinatoru kimi, bizləri ona baş əyməyə, onunla şahənşah kimi davranmağa icazə vermirdi. Hələdə mənim xatirimdə çox yaxşı insan kimi qalmamaqdır.Söhbət əsnasında Gürcüstan nümayəndəsi “Kordinator” da gəldi. O, Nazim bəydən boyca çox hündür və cüssəli  olsa da, bizimlə kobudlukda ad çıxarmış bu adam Nazim bəyin yanında quzu sifətindəydi. Onun masasının yanına qısılmış halı, məndə ilk dəfə insan əskikliyi, ləyaqətsizliyi ilə qarşılaşdırırdı. Komitənin bu əxlaqsız nümayəndəsi tələbələrə - onun qızı və nəvəsi yaşında olanlara - hamıya necə də iyrənc, həris gözlərlə baxırdı. Bizim buradan gedən təşkilatçıların ən böyük səhvi də quzularını belə qurdun qarşısına gətirmələri idi. Qrupda biri iki özəl aparılmış qız uşaqları həmin adam üçün, gecələr özəl olaraq o bəyin qarşısına çıxardılıb rəqs etdirilirdilər. Bir nəfər də vardı ki, tamam özəl olaraq dəvət edilmişdi. Deməli, hər kəsin bu layihədə bir dəfə iştirak etmək haqqı vardı, həmin xanım isə artıq bir neçə dəfəymiş ki, Bakı səfərinə qatılırmış. Sonra isə həmin Komitə nümayəndəsi tədbirlərə filan gəlirdi bura. Buradakı insalar elə bil onun qulu filan idi. İyrənc metodlarını ta ordan bura kimi gətirdi, pul verib buradakı kişiləri bi qeyrətsizliyə öyrətdilər, məcbur edilərək onlara boyun əyməyi öyrətdilər.
Sonra 2011 də səfər etdim, əmim oğlunun toyu idi, normalda sadə və idman üslubunda geyimlərə üstünlük verirəm, amma Bakıya gedəndə qohum əqraba səndən utanmasın deyə, gərək bəzəkli-düzəkli geyinəsən, əlinə qoluna da qızıldan gümüşdən taxasan və hava atasan. Bu abu-havadan necə iyrənirəmsə onu sözlə ifadə etmək olmur. Orada qaldığım 3 gün ərzində mən küçəyə çıxa bilmirdim. Çıxan kimi gözlər üzərinə axırdı və artıq əskik ifadələr eşidirdim.
Bu illərdən sonra hər ildə bir dəfə ya toya ya da işlə bağlı ildə bir dəfə getmişəm, Bakıda ən çox qaldığım 8-9 saat olub, həmən geri qayıtmışam, Bakıya getməyə gərək yoxdur, elə burdan Qırmızı Körpü keçid məntəqəsindən təki keç o dəqiqə sənə çoxlu kənar suallar ünvanlanır, pasport kontrolda oturan sənlə hırıldaya-hırıldaya nəsə söhbət etmək istəyir, əslində kobud birisi deyiləm, amma gərək bütün bu hallardan sığortalanmaq üçün kobud olasan, ağzından zəhrimar tökülə.
Ancaq hər dəfə Bakıya gedəndə şəhər daha da gözəllişirdi. Xəzər dənizi Bakıya çox yaraşır. Bu gözəlliyə bir də insan mədəniyyəti əlavə olsaydı yaxşı ahəngdarlıq olardı.Azərbaycanın bir çox regionlarında olmuşam, təbiətinə sadəcə olaraq heyran qalmışam,Qax isə mənim ən hüzur tapdığım bir yerdir, insanları da ki, bir başqa aləmdir səmimi, saf, hörmətçil.
İndi bir-iki vətənşüvənlər, özləri dərin mentalitet qatında itib-batanlar, hələ normal insan səviyyəsinə gələ bilməyənlər durub ölkələrinə gələn ərəblərdən gileylənir ki, küçədə açıq bazar açıblar.
Bir çox ölkələrədə olmuşam, orada ərəbdən tutmuş hər bir milləti görmək olar. Niyə görəsən ərəb o ölkədə belə ədəbsizlik açmır. Gəlir yalnız Bakıda belə hərəkət edir. Niyə Avropada küçəyə zibil atmır, gəlir Bakıda küçəni zibilləyir. Gürcüstanda Azərbaycandan da çox ərəb və başqa müsəlmanlar gəlir, niyə biz burada onların elə pis hərəkətlərinə rastlaşmırıq görəsən?
Mənim ərəblərə qarşı ciddi simpatiyam, filan yoxdur.Bir ərəbi arxasında gözünə kimi bağlı dörd qadınla görmək məni dəhşət hirsləndirir. Nə də tərəf tutmaq fikrim yoxdur, sadəcə, məsələ səviyyədədir. Gəlir ölkəni görür ki bazardır, o da bazarlıq edir. Ölkədən, onun insanlarında çox şey asılıdır.
Normalda baxıram ki, ərəblərin yanındakı qadınlar gözəl olurlar.Onlar baxımlıdırlar, özlərinə diqqət edirlər. Bu yaxınlarda Avstriyada idim və Şanel mağazasında ətirlərə sadəcə kənardan baxa biliridim, ərəb qadınları isə orada boluca şopink edirdilər. Ərəb kişiləri küçədə qalmış 5-10 manatlıq qadınlara necə tamah salırlar bunu heç cür anlaya bilmirəm.
5-10 manatlıq deyib də qadınları alçaltmaq istəmirəm, həmin o qadınları kiçik və böyük həvəsləri uğruna elə siz qeyrətdən danışan kişilər küçələrə salmısınız, aldatmısınız, vədlər vermisiniz, aldığınızı alıb atmısız, onu da ya qeyrətli atası, ya da qardaşı evdən qovub. O da gəlib düşüb küçəyə. Bir ölkə də ki, ata öz qızına təcavüz edir, qardaş öz bacısına təcavüz edir,- nə deyəsən belə işlərə. Bir qadının bir az ayağı büdrəməsin, həmən qapacaqsınız, bir qadının başına faciə gəlməsin, bir qadın boşanmasın, həmən onu necə təcavüz etmək haqqında düşünəcəksiz. Qadına yalnız seksual obyek kimi, öz ehtirasını öldürmək üçün baxan toplum ləyaqət və kişilikdən heç danışmamalıdır. 15 yaşından başlayaraq ən az həyatına 15 qadın soxan oğlan sonra namuslu qız axtarıb evlənmək istəyir. Adamda bir az abır-həya deyilən bir şey ola ki, sənin buna haqqın çatırmı? Sonra düşündünüzmü ki, o qadınlar vardı, hanı, həyatını qaraltığınız qadınlar...Niyə siz 15 qadınla yatanda fahişə kişi olmursuz, amma qadın bir kişi ilə münasibət qurub ayrılandan sonra fahişə olur.Bəlkə elə sizin çoxunuz da fahişə dediyiniz qadından doğulmuş kişisiniz, heç düşündünüzmü?Qadının bütün ahı nailəsi, acısı, göz yaşları sadəcə artistlik kimi qiymətləndirilir, hər halda səhnədə sadəcə artist qadın yox artist kişi də rol alır tamaşalarda, yəqin bunu da xatırlatmaq lazımdır.
Ərəb gəlib ölkəni fahişəxana görüb fahişəlik edəcək. O da sizin etdiyinizi edir, sadəcə olaraq bir az bazarı qaldırıb. İstismar edib küçələrə saldığınız qadınlara 5-10 manat əvəzinə 50-100 manat ödəyir. Onlar küçə qadını deyil, sadəcə onlar da əzilmişliyə, alçaldılmış qadın ləyaqətinə küçədə siz kişilərin gözü önündə belə üsyan edir.
Bir turist qadında eyni ilə Azərbaycan kişilərindən yazmışdı, tək ərəb deyil, siz özünüz daha betərsiniz. Buna sadəcə görməmişlik adı vermək olar, qadın görməmişliyi. Təklif edirəm ki, heç olmasa evinizdə şəkillərə baxın gözünüz doysun qadın orqanlarından... və küçədə işə, oxumağa və sairə təlabatı üçün hərəkət edən xanımları narahat etməyin...
Burada təbii ki, istisnalar da var, dəyərli oğlanlara və əsl kişilərə qibtə etməyə dəyər.
Almaniya dünyanın inkişaf etmiş bir regionudur. Berlinə gedəndə mən çox təəccübləndim, insanlar zibili küçəyə atırdı, sərxoş olan gənclər isə içki şüşəsini tramvayın altına atır onun tramvayın altında necə əzildiyi görmək istəyirdilər və sonra təkrar-təkrar yenə şüşə atırdılar və bundan keyf alırdılar. Parklarda açıq şəkildə ağacın dibinə təbii tələbatını buraxan adamlar görürdüm Berlinin mərkəzində. Zibili hara gəldi atırdılar, hiss edirdin ki, buna dair deyəsən nəzarət yox idi. Bir dostumla bu barədə söhbət edirdik, o dedi ki, bir dəfə polisə dedim siqareti hara atım zibil qabı yoxdur? Qayıdıb deyib ki, yerə at getsin. Gecə saat 10 olardı. Berlini gəzirdim və qulağıma doğma səslər gəldi, bir iki dəqiqə qulaq asandan sonra Bakının sağlığına içilən sağlıqdan anladım ki, onlar da Azərbaycandan gəlmiş. 10 metrlik məsəfadən keçib getdim. Həmin yerdən 1 saatdan sonra geri qayıdırdım, onlar da elə qalxmaq uzrəydi. Parkın işıqlarında uzaqdan görünürdülər. Qayıdanda şəkildə gördüyünüz bu vəziyyət vardı. Mədəni avropalı olsun, o da gəlib Berlində yerə zibil atır, çünki o bu cür görür, azərbaycanlı da elə öz ölkəsində olduğu kimi yeyib içir zibili də qoyub gedir. Sadəcə buna burada səbəb olan şəhərin abu havası və qaydasıdır. Başqa Avropa ölkələrində belə şeyə rast gəlmirəm.Ərəb də gəlib bu ölkədə vəziyyəti necə görürsə elə o cür davranır, bundan özünüz üçün narahat olmaq lazımdır ki, ölkədə səviyyə və mədəniyyət forlamaşdıra biləsiz.
Əslində bu yazıda mən sadəcə Azərbaycan kişisini tənqid etmirəm. Sadəcə mövzü bu istiqaməti tələb etdi.Mənim üçün Qafqaz bu cür kişi toplumundan ibarət kiçik qəbilə, icmadır. Bu regionda yaşayan millətlərin kişi nümayəndəsində dərin qadın yanıqlığı, görməmişliyi var. Bu Gürcüstanda da, Ermənistanda da baş verən gündəlik həyat tərzidir. Məsələ burasındadır ki, bu bir az Azərbaycan kişisində daha çoxdur. Batumidə keçən il istirahət edirdim. Çoxlu sayda turist vardı, Ureki və Kobuletidə isə azərbaycanlı və erməni turistlər üstünlük təşkil edir. Ermənilər də yanıqdır, sadəcə onlarda cəsarət yoxdur, çəkilib yerlərində otururlar, qorxaqlıq var “ padxod” baxımından. Amma Azərbaycan kişisi bu cür deyil, dinməz durmayacaq. Onlar mənim azərbaycanlı olduğumu bilmirdilər, tərbiyyəsiz söhbətlərini eşitmək tənqə gətirmişdi, qarşısından keçən hər qadın haqqında danışa bilirdi hər şəkildə, hətta çəkinmədən xəyalı təsvirlərini də dilə gətirirdi. Dözməyib onlara – Bəlkə istirahətnizi başqa yerdə edəsiniz, başqalarına narahatlıq vermədən. Təccübdən üzümə baxıb qaldılar, amma çox da utandılar, tələm tələsik uzaqlaşdılar.Təbii ki, bir çox məsələlərə fərdi yanaşıram.

 Yəqin Xoşqədəm hələ Azərbaycana çox atası Azərbaycan əsilli uşaqlar gətirəcək.

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!