Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr
Səyahət
etmək istəyirsiniz amma içinizdə olan kompleksləri ata bilmirsiz, xarici ölkəyə
səfər etmək hələ də sizə nağıl kimi gəlir və ya düşünürsünüz ki, xarici ölkəyə
getmək sizə çox baha başa gələ bilər?
Səhayət
etmək mənim həyatımın ən əhəmiyyətli hissəsidir, əsasən tək
səyahət edirəm çünki vaxt azlığı problemim olur və daha çox gəzmək daha çox yer
görmək istəyirəm, qrup və ya başqa kimləsə ilə gedəndə qısa vaxt ərzində hər
şeyi çatdıra bilmirsən. Hər kəsin fərqli düşüncəsi və kaprizləri olur, vaxt
ayırıb getdiyin yerdə onu çəkmək məcburiyyətindən xilas olursan tək səyahətlə.
Məlum məsələ,
Qafqazlıyıq, əhatimiz qalın mentalitet qatı ilə örtülü və ağır sovet dönəmində
tərbiyyə almış formalaşmış valideyinlər əhatəsindəyik, hətta bura milləti söhbətini
də əlavə edək, bizim millət öz övladına çox düşgündür, övlad onun gələcək zəmanəətidir,
övlad onun yatırım etdiyi bir investisayıdır, onu elə öz başına buraxmaq hər
valideyinin işi deyil. Əgər sən qadınsansa bu məsələdə daha da dərindir bu
haqqda yazmaq istəmirəm. Bu səbəblərdən dolayı səyahətlərimə ölkə daxilindən
başladım və ilk öncə vətənimi kəşf etdim, bundanda çox məmnunam, gələcəkdə
gedib görəcəyiniz yerlərdə də bu cür gözəlliklərlə qarşılaşacaqsız. Ölkə daxili
səyahət belə sizə çox şey verəcək.
Əgər siz tamamilə pulsuz səyahət etmək istəyirsinizsə
onda sizə kiçik programlar təklif edim. İlk öncə sizə bir veb- səhifə deyim http://www.edu-active.com/
burada istədiyiniz formada təhsil,kamp, treninq programları, konfranslar var, əgər
sizin orta səviyyədə ingilis dili bacarığınız varsa bura baş vurun sizə uyğun
olan program və ölkə seçin. Bu programlar sizə çox kömək edəcək, yeni dostlar
qazanacaqsız, təhsil ala biləcəksiniz, həmdə bir ölkə görmüş olacaqsız, adətən
belə programlarda vaxtınız olur ki, çıxıb şəhəri gəzə biləsiniz, mən adətən
deyilən gündən bir gün əvvəl ya da program sonrası bir gün gec gəlirdim, onlar
bütün xərcləri qarşılayır.
İkinci bir
səhifə mənim ən çox istifadə etdiyim səhifə http://csogeorgia.org/ elə hesab etməyin ki, bu səhifələrdə boşuna yüklənir vakansiya və
başqa aktiviklər, mən şəxsən yararlanmışam. Burada əsasən təhsillə bağlı
programlar olur və ya konfranslar, treninqlər, sadəcə ölkə daxili deyil. Bundan
əlavə siz özünüzdə internetdə axtarsanız qarşınıza çoxlu sayda saytalar çıxacaq
səyahətlə bağlı.
https://www.couchsurfing.com/
bu səhifə sizə gedib kiminsə yanında pulsuz qalmaq imkanı yaradır və ya sizə
maraqlıdırsa ölkənizə gələn turistləri evinizdə yerləşdirə bilərsiz və öz təcrübələrinizi,
mədəniyyətlərinizi paylaşa bilərsiz. Sadəcə bura daxil olun qeydiyyatdan keçin
və sonrasını artıq özünüz görəcəksiniz.
Bildiyimiz
kimi artıq biz Avropaya vizasiz gedə bilirik. Bunun üçün sizə xarici pasport,
qayıdış təyyarə bileti, sığorta (qalacağınız günə bağlıdır, hər gün üçün 1
GEL), orada qalacağınız yerin ünvanı (əgər hostel, oteldə qalırsınızsa reserv
print edib göstərirsiniz əgər kiminsə yanında qalırsınızsa həmin adam sizə
evinin ünvanı yazılan sənəd göndərir), getdiyiniz ölkədə qalacağınız hər gün
üçün 50 evro pulunuz da olmalıdır. Amma ən son Macarıstana gedəndə sərhəddə məndən
yalnız pasport tələb etdilər başqa heç bir sənəd istəmədilər.
Kutaisidən Avropaya
ucuz uçuşlar var. https://wizzair.com/ka-ge/main-page#/. Əgər siz istədiyiniz ölkəyə ucuz
uçuş yoxdursa narahat olmayın, hansı ölkəyə ucuz uçuş varsa ora bilet alın və səyahətinizə
ordan başlayın, istədiyiniz ölkəyə keçmək üçün isə avtobusla ucuz gedə bilərsiz
(aşağıda). Pegasus da çox ucuz uçuş biletləri təklif edir amma bəzən olur ki,
pegasusun özündə bilet baha olur, pegasusun biletini başqa kompaniyadan ucuzda
ala bilərsiz. Mən Brusseldən Tbilisi Aeroportuna bilet alanda başqa
kompaniyadan pegasusun biletini 30 evro daha ucuza aldım.
Əgər
qalacaq yer axtarırsınızsa hostelworld.com
–a baş vurun orada 15 laridən
başlayan hostellər var. Booking.com da baxa bilərsiz amma nəzərə alın ki, 15%
xidmət haqqı alır, eyni hosteli 15% artıq ödəyib booking.com dan almaga gərək
yoxdur. Nəzərə alın ki, nə qədər tez alsanız o qədər ucuz olur. Hosteldə siz başqa səyahətçilərlə tanış
olacaqsız, biri birinizlə təcrübələrinizi bölüşə bilərsiz, çıxıb şəhəri bərabər
gəzə bilərsiz siz onları onlar sizi öz ölkəsinə dəvət edə bilər və.s. Əgər siz
narahat olursunuzsa, yalnız qadınlar və ya kişilər olan otaqlar seçə bilərsiz əvvəlcədən
reserv zamanı.
Turistlərin
əksəriyyəti özü ilə çadır götürür və hostel və otele artıq pul xərcləmirlər.
Bir çox adamları da parklarda, metroda,
gecələdiyini görmək olur tamamilə təhlükəsizdir.
Avropada
bir ölkədən başqasına keçmək çox asandır.
Goeuro.com –a daxil olursuz, ölkə daxili və başqa ölkəyə avtobus, qatar
və təyyarə ilə necə nə vaxt səfər edə biləcəyinizi orda müəyyənləşdirə bilərsiz.
Əgər pulsuz səfər etmək istəyirsinizsə onda gedəcəyiniz yerin adını bir kağıza yazıb yol kənarında
gözləyib yardım sevər insanları gözləməlisiz. Avtostop variantı seçə bilərsiz.
Avropanın
bir çox ölkələrində muzeylərə giriş bizə görə bahadır ona görə də hər muzeye
girməyə ehtiyyac yoxdur, getmədən əvvəl bir də internet üzərindən bir iki
araşdırma edin, bəzən olur ki, açıq muzey günləri olur və pulsuz daxil ola bilərsiniz,
məsəlçün Romada Kolizeyuma 6ci günləri daxil olmaq pulsuzdur, başqa günlərdə isə
30 evrodan başlayan billətlər almalısan. Avstriyada Mozartın doğum günündə onun
ev muzeyində və başqa sarayda pulsuz programa daxil ola bilərsiniz. Əgər həmin
günlərə təsadüf etmirsinizsə hər bilet almalı olduğunuz yerdə tələbə olduğunuzu
söyləyin ( tələbə biletinizi göstərin) və sizə endirim edəcəklər. Avstriyada
olanda 52 Evro qiymetində olan klassik musiqi gecəsinə bileti cəmi 25 evroya
almışdım, orada 10,20,30 %li endirimlər var və siz özünüzü elə göstərin ki, o qədər
də həvəsli deyilsiniz guya bilet almağa o da yavaş yavaş sizə ucuz qiymətə
bilet satmağa çalışacaq. Narahat olmayın ki, çox arxa oturacaq üçün bilet
alırsız, konsert başlayanda öndə çox boş yerlər qalır istəsəniz gedib otura bilərsiz,
buna kimsə nəzarət etmir.
Xaricə gedəndə
yemək məsələsində çətinlik çəkə bilərsiniz, bir çox yerlərdə fast foodla keçinməli
olacaqsız, Polşa və Macarıstanda yeməklər su qiymətinədir çox ucuzluqdur hər
baxımdan. Çalışın hər ölkəyə gedəndə oranın milli yeməklərini dadın, çünki ola
bilsin birdə ora səfər etməyəsiniz, çalışın ölkəyə aid olan hər şeyi görmüş
bilmiş olun xəsislik etməyin.
İstənilən
ölkədə free tour deyilən bir şey var. Ölkə sizə yad gələ bilər, hara gedəcəyinizi
bilməyə bilərsiz və ya elə bina və yer ola bilər ki, ona əhəmiyyət vermədən keçə
bilərsiz, bir ya da iki gün əvvəl getdiyiniz ölkədə özünüz üçün free toura
qeydiyyat olun və onlar sonra sizin meil ünvanınıza turun başlanğıc nöqtəsi,
saatı və hansı dildə olacağına dair məktub göndərəcəklər. 2.30 və ya 3 saat
piyada gəzəcəksiniz, onlar sizə şəhəri çox həvəslə gəzdirəcək və bacardıqları qədər
sizə hər yeri göstərəcəklər, sizin tur bitdikdən sonra onlardan əlavə məlumat
ala bilərsiz, restoranlar, görməli olduğunuz vacib yerlər haqqında. Turun
sonrası isə hörmət əlaməti olaraq 2-3 evro verə bilərsiz.
Bacardığınız
qədər çox səyahət edin, dünyanı kəşf edin, özünüzü pesimistlikdən xilas edin,
güclü olun, çəkinməyin. Ölkənizə qayıdanda necə fərqli olduğunuzu hiss edəcəksiniz.
Özünüzə dəyər verin!Cehiz üçün yığdığınız pullara səyahət edin, siz ailə təminatçısı
deyil siz insansınız, bütün gözəllikləri haqq edən insan.
Comments
Post a Comment