Köhnəlmiş arzular


Zəng vuruldu, müəllim bikef halda içəri daxil oldu, şagirdlərə salam verib əyləşdi. Nədənsə bu gün müəllimə çox dalğın görünürdü, əslində Minarə müəllimə çox mehriban, səmimi müəllimə idi, hər hansı məsələdən canı sıxqın olsada qarşısındakı insana biruzə verməzdi, dodaqaltı gülüşlə heçnə olmamış kimi mövzudan yayınardı.
Sinifdə Minarə müəlliməyə ən çox hörmət edən sinif əlaçısı Yadigar idi, müəllimə bu uşağın tərbiyəsinə, çalışqanlığına heyran qalmışdı, Yadigarı hedsiz çox sevirdi ancaq başqa uşaqlara pis gəlməsin deyə biruzə verməzdi.
Həmişə olduğu kimi müəllimə dərsə başladı, ancaq heç özünü ələ ala bilmirdi, tez tez gözləri yol çəkir, yuxuda qorxub oyanmış kimi həyacan basırdı. Uşaqlarla bir azköhnə dərs haqqda sual cavab etdi, yeni mövzuya keçdi. Yeni mövzu- məktəbdə Ana vzusu haqqında müsabiqə keçiriləcək, uşaqlar bu haqqda şer, hekayə nəsə istəsəniz yazın, müdiriyyətə təqdim edin.
Zəng fasiləsində Minarə müəllimə mövzunu dəyişmək üçün müdirlə nə qədər söhbət etsədə kobud müdir razılıq verməmişdi, ancaq hansı məsələyə görə mövzunu dəyişməyi müdirə söyləməmişdi, çox kobud şəxs olduğundan Yadigarı görəndə ona bu haqqda sual verib perişan etməsini istəmirdi.
Uşaqlara bu cümləni deyərkən müəllimə çox çətinlik çəkirdi, uşaqların üzünə baxmamaq üçün divardakı yazılara nəzər yetirirdi.
Sinifə qəribə sakitlik çökmüşdü, elə bil qurbağa gölünə daş atılmışdı. Şagirdlərin nəzərləri Yadigara dikildi, bu vəziyyətdən çıxmaq, yoldaşlarının baxışlarını üzərindən götürmək üçün gah kitabları vərəqləyir, gah da əlinə qələm götürüb ağ kağız parçasına cızma qara edirdi, özünü tarazlayıb mövzuyla bağlı müəlliməyə suallar verdi.
__Müsabiqə nə vaxt keçiriləcək?
Yadigarın sualı cavabsız qaldı yenidən sinif otağına sükut çökdü.
Müəllimə həyacanlı halda sözünü qıra- qıra bir həftədən sonra dedi.
Sinifdə bu cür vəziyyətin yaranmasının faciəvi hekayəsi vardı, kəndə hamı biri birini yaxşı tanıdığından bir söz olan kimi hamıya ətraflı şəkilldə yayılır.
Yadigar dünyaya yei göz açanda atası və anası evlərində yanğının baş verməsindən rəhmətə getmişdilər. Həmin vaxt Yadigar cəmi üç günlük idi, təsadüf nəticəsində ağır yanğında körpə sağ- salamaq qalmışdı, bu bir möcüzə idi. Yadigar nənə və babasının himayəsində qalır. Yadigar adını nənə və babası gəlinindən və oğlundan yadigar bir oğlan övladı olaraq bu adı vermişdilər, aradan çox az vaxt keçmiş babası bu itkiyə dözməyib rəhmətə getdi.
Faciəvi yanğında evləri yanmışdı, qonşuların köməyi ilə bir koma tikib orada qalırdılar. Onların orada necə çətinliklə yaşamaqlarından heç kimin xeberi yox idi, bir qarını ac bir qarını tox. Amma bu vəziyyətlərindən Yadigar nənəsinə heç şikayət belə etmirdi. Nənəsi onu göz bəbəyi kimi qoruyurdu, o da nənəsini çox sevirdi hər işdə nənəsinə kömək edirdi, axı biri birilərindən savayı kimləri vardı?
Bir başqa səbəb isə müəllimə ilə bağlı idi, Yadigarı öz övladı kimi sevməsini məlum səbəbi vardı. Beş il bundan qabaq Minarə müəllimənin iki yaşlıoğlu sarılıq xəstəliyindən ömüşdüş.Bu hadiə gənc müəlliməni çox sarsıtmışdı, bağındakı ağacın ilk çiçəyi daha açmamış solmuşdu, gənc müəllimənin atası Yadigar adını qoymağı xahiş etmişdi. Böyüyəndə Yadigara yaxşı təhsil və tərbiyə verməyi dönə -dönə xatırlatmışdı, Minarə müəllimənin qardaşı yox idi Yadigar babası üçün həmdə bir oğul idi. Babası rəhmətə gedəndə uşaq üç aylıq idi, qızına:
Bu körpə sənin ən böyük sərvətindir, bu sərvəti göz bəbəyin kimi qoru, bu gün qundaqda körpə, sabah isə gələcək arzularımızın davamçısı, gələcəyin ziyalısıdır.
Təbii ki, Minarə müəllimə öz övalıdının gələcəyi ilə bağlı böyük xəyallar qurmuşdu, oğlunu gələcəkdə həkim görmək istəyirdi, gənc ananın arzularınıqəfil ölüm puç etdi, ümidlərini gözündə qoydu. Neçə illərdir ki, hələ də o faciənin təsirindən yaxa qurtara bilmirdi, həmdə atasının sözünü tuta bilməmişdi. Amma istəsədə istəməsə də oğluyla bağlı qurduğu xeyallarını arzularını köhnəlmiş arzular kimi qəlbinə kilidləmişdi.
Bu səbəbdən həm müəllimə üçün çətin idi bu mövzunu söyləmək, həm də sinif yoldaşları bu məsələdən xəbardar idilər deyə gözlərini ona dikmişdilər.
Ana sözü gələndə, nə vaxtsa bir ana olduğunuyenidən xatırlayır, sanki dünyası başına çökür. Onun acılarını kimsə onun kimi hiss edə bilməzdi, ancaq o Yadigarın acılarını hiss edib yaşaya bilirdi. Hər gün onun həsas qəlbindən oxuya bilirdi onun ağrı acılarını.
Dərsdən sonra Yadigar məktəbin həyətindəki güllərdən iki dənə dərib valideyinlərinin yad etmək üçün qebirstanlığa getdi, tez tez ziyarət edərdi valideyinlərinin məzarlarını. İki qəbrin otasında durub acılarını obutmaq üçün için için ağlayardı. Onun üçün çox ağır idi, öz dünyasında hamıdan gizli atasının və anasının obrazını qurmuşdu, saf təmiz mehriban, anasını daha da gözəl təssəvvür edirdi, onu hər səhər məktəbə yola salır, qayıdanda gülərüzlə qarşılayır, saçlarına sığal çekib əziz oğlum deyərdi.
O anasız böyüdüyündən ana anlayışının fərqinə dərindən vara bilməzdi, o övladın anaya, ananın balaya sevgisini qonşularındakı uşaqların, anasına, analarının balasına olan sevgisin görüb yaşada bilri xəyallarında.
Məktəbədə oxuyandan Minarə müəlliməyə çox bağlanmışdı, elə olurdu ki, öz anasını xatırlamaq yadına düşmürdü, onu sadəcə Minarə müəllimə başa düşərdi, həmişə boş dərslərində müəlliməsiylə səmimi söhbət edərdilər. Kənardan seyr edəndə onların heçdə biri birinə yad olmaları hiss olunmazdı. Yadigar əziz müəlliməsinə ana nəzərləri ilə baxar, Minarə müəllimədə onu oğlu yerinə qoyardı.
Bir həftə keçdi nəzərdə tutulan müsabiqə baş tutdu,Yadigarda qatılmışdı. Sıra Yadigara gəldi, həmişə hər kəsin diqqət mərkəzində olan Yadigar bu dəfə də maraq nöqtəsində idi, onun bu gün müsabiqəyə qatılmasını heç kim təssəvvür etmirdi. Əlbəttə haqlı olaraq hər kəsdə belə sual yaranardı, Anası olmayan uşaq bu hisləri hansı şəkildə ifadə edə bilərdi? Ən azından anasızlıq böyük ağridır, bu ağırlığı daşımağa bir məktəbli şagirdin gücü yetməz.
Yadigar öz şerini söyləmək üçün səhnəyə çıxdı, ilk səhnədən Minarə müəllimə gözünə sataşdı, minarə müəllimə onu öz övladı kimi sevirdi övladı ana qarşısında hansı mövzuda şer söyləyəcək. Yadigar özünü ələ alıb başladı
Ana
Sahilsiz dənizəm mən,
Dalğama yox bir məkan.
Tufan olub coşanda mən
Kimdən alım mən bir məkan.
Məni qoyub getdin nədən,
Bunun üçün düşünmədin, nədən
Bəlkə uzaqsan bəlkə yaxın
Yuxuma gəlirsən hərdən
Zalda bir neçə müəllimənin gözləri dolmuşdu, Minarə müəllimə özünü saxlayabilmədi, zalı tərk etdi, yalnız o idi Yadigarı həqiqətn içdən anlayan, onun hər dərdinə şəriq çıxan.
Yadigarın şerini bəyəndilər, dördüncü sinif şagirdi üçün yaxşıdır dedi münsiflər ikinci yeri tutdu və kitab hədiyyə qazandı.
O bu sevincini evdə nənəsi ilə böldü. Nənəsi çox sevindi qalib gəkdiyinə görə, ancaq hansı mövzu olduğunu bildirmədi. Nənəsi sevincindən nəvəsini öpüb bağrına basdı. Eh ay bala deyib ah çəkdi.
Səhəri gün nənəsi Yadigarı oyatmamışdı. Bayırda yağan yağışın səsi evin damına düşdükcə taqqıldayırdı, bu səs yuxudan oyatdı Yadigarı. Nənəsi hələ də oyanmamışdı, yaxından baxdı ki nənəsi elə şirin- şirin yatır ki, oyatmaq istəmədi. Tez hazırlaşıb əlinə də bir dilim çörək götürüb evdən çıxdı
Məktəbdə də adi günlərdə olduğu kimi dərslər, zarafatlar, dərs qurtarandan sonra Minarə müəllimə xahiş etdi ki bu gün bizə gedək, əvvəl etiraz etdi nənəm narahat olar, sonra da sevimli müəlliməsinin könlünü qırmaq istəməyib razılaşdı.
Minarə müəlliməgilin çox gözəl evləri vardı, həyətdə çiçək bağçası, yaşıllıq göz oxşayırdı, belə ev Yadigarın öz doğmaları ilə birgə olmaq üçünqurduğu köhnə arzularında vardı. Minarə müəlliməni tanıyandan qurduğu xəyalları, arzuları həyatının ötən illərində köhnəlmiş arzu kimisaxlamışdı. Minarə xanımın yoldaşı çox mehriban sadə bir insan idi, özüdə di həkimi idi. Müəllimə bağçadan süfrə açdı, ilk dəfə idi ki belə ürəklə süfrə düzürdü gözlərindən sevinc axıb tökülürdü, bərabər nahar etdilər. Sonra Yadigarı ölmüş oğlu Yadigarın otağına qapardı, otaqda o qədər oyuncaqlar vardı ki hamısı biri birindən gözəl. Yadigar həmişə oyuncağı olmasını çox istəyirdi, ancaq madii vəziyyətləri çox ağır idi deyə ürəyindən keçənləri elə ürəyindəcə saxlayardı. Müəlliməsi Yadigara bir neçəsini seçib verdi. Sonra öz kitabxanasından da bir neçə kitab verdi ki evdə məşğul ol. Müəlliməsini daha da çox sevdi. Artıq gün batırdı evə gedənə kimi də qaranlıq olacaqdı getmək lazımdır. Həmdə nənəsi yəqin nigarandır bu uşaq bu vaxta kimi harada qalıb.
Həm Minarə müəllimə həm də Yadigar həyatında birinci dəfə idi ki bu qədər xoşbəx idi. Gözlərindəki sevinc işıq kimin parıldayırdı. Qaça –qaça gedirdi ki evə tez çatsın hədiyyələrini nənəsinə göstərsin ancaq nənəsi danlayacaq ki, niyə xəbərsiz başqa yerə getmisən. Komalarına yaxınlaşanda gördü ki içəridə işıq yanmır fikirləşdi ki yəqin nənəsi qonşilara gedib onu axtarır. Tez qapını açıb içəri getdiki hədiyələrini bir yerə qiysun nənəsinin arxasınca getsin, içəri qaranlıq idi, şamı yandırdı birdən qorxdu baxdı ki nənəsi hələ yatır. Səhər hər şeyi necə qoyub getmişdirsə hər çey elə yerindəcə qalmışdı. Sevincək nənəsini silkələdi ki ona hədiyyələrini göstərsin, nə qədər oyandırmağa çalışdısa qalxmadı. Nənəsinin nəfəsi gəlmirdi qorxmağa başldı, tez qonşuya qaçıb Şövkət nənəni səslədi.Olanları danışdı ki nənəmi nə qədər qaldırıra m qalxmır dedi. Şövkət nənə bilmiş kimi həyacanlı halda tez tələsik gəldi, Yadigarı içəri qoymadı. İçəri girəndə gördü ki, Tamam arvad ölüb, Yadigar hər şeydən xəbərsiz bu gecə Şövkət nənəgildə yatdı, nənəsinin xəstələndiyini dedilər.
Səhər açılanda yerində durub evlərinə tərəf getdi, həyətə xeyli adam yığılmışd, içəridən ağlaşma səsi gəlirdi, artıq ona hər şey aydın olmuşdu. Nənə, nənəcan deyib ağlayaraq içəri getdi, nənəsinin üstünə ağ kəfən örtülmüşdü, Yadigarı yaxına buraxmadılar.
Səhəri gün nənəsini dəfn etdilər,dəfnə Minarə müəllimə və yoldaşı da gəlmışdi, oğlum ağlam sən tək deyilsən deyib başrına basdı.
Hamı evinə getdi, soyuq boş ev, Yadigar göz yaşları ilə tək tənha qalmışdı, bu qədər ağırlıqları körpə ürəyi qaldıra bilmirdi, axı necə olacaq nənəsiz, nə edəcək kimi kimsəsi dən yox soyuq ev məzar kimi gəlirdi ona.
Yenə hər şey gözündə film kimi canlanmağa başladı anasızlıq ağrısı daha da artıq hiss etdi, mənimyanıma gəlin məni tək qoymayın deyə hönkür –hönkür ağlayırdı, ağlaya – ağlayada yatağında dərin yuxuya getmişdi.
Kimsə oyan oğlum deyirdi başının üstündə, tam ayılmamışdı anasının xəyalı ilə yatmışdı, ana, ana gəldinmi deyib gözünü açdı, bu Minarə müəllimə idi. Minarə müəllimə özünü saxlaya bilmədi gözləri doldu Yadigarı bərk bərk qucaqladı, biri birilərinə ana bala kimi sarıldılar. Minarə müəllimənin yoldaşı
__ Sakitləş, özünü əla al.
Əslində nə baş verdiyini Yadigar anlamırdı, gəlişlərinin səbəbi məlum deyildi.
Minarə xanım Yadigara
Əgər istəsən bundan sonra bizlə qal, səni aparmağa gəlmişik bizim oğlumuz olmaq istəyirsənmi?
Yadigar nə deyəcəyini bilmidi yerində donub qalmışdı, başqa yolu da yox idi, hər zaman bir ailəsinin olmağının həsrətini çəkmişdi, onun onu sevən əzizləyən bir anaya ehtiyacı vardı. Onun bir vaxt qurduğu və sonra ürəyinə kilitlədiyi köhnəlmiş arzuları çin olmuşdu.
Heç bir söz deyə bilmirdi, başınla hə dedi.
Minarə müəllimə sevincindən nə edəcəyini bilmirdi.
Ayağa qalxıb
__ Əşyalarını yığ gedək
Otaqdan çıxıb həyətə endilər. Yadigar ayaq saxlayıb sonuncu dəfə dönüb arxaya baxdı, bir anlığa uşaqlıq illəri gözündə canlandı, o artıq bütün keçmişini, xatirələrini, köhəlmiş arzularını bu evə dəfn edib irəli addımladı

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!