Klassik və gözəl Vyana
Klassik
və gözəl Vyana
Bu şəhər bir muzeydir, canlı incəsənətdir.
Bir şəhərin bu qədər gözəl olması oradakı
incəsənət xadimlərinin fantaziyalarına güclü təsir göstərib.
Məni o şəhərə səfər etməkdə ən çox istiqamətləndirən
ən çox sevdiyim bəstəkar Volfqanq Amadey Motsart idi. Avropa klassik
musiqisinin dahilərindəndir. Onun 600-dən çox əsəri var. Ən nüfuzlu orkestrlər
onun bəstəsinə müraciət edir.
Bu şəhərə səyahət edəndə yenə free toura
müraciət etdim, sayələrində çox maraqlı təsüratlarım oldu. Bu turda maraqlı
olan hissə tur iştirakçılarının öz ölkəsi haqqında məlumat verməsidir, qrupda
25 fərqli ölkdən olan 30 nəfər vardı. Gid xanım Vyanada magistraturada oxuyan
Slovaniyalı tələbə idi, təcrübə toplamaq və diplom işi üçün bu işi seçmişdir.
Avstriyada 22 tədris ocağı var, onlardan
13-ü Vyanadadır. Avstriya Avropanın ən öndə gedən universitetlərinin olduğu şəhərdir.
Bir çox təhsil ocaqları pulsuzdur, pullu olan isə cəmi 320 evrodur. Müəllimlər
dövlət işçisi hesab olunur, tədris tamamilə dövlət tərəfindən maliyyələşdirilir.
2001 ci ildə ölkə təhsillə bağlı qanun qəbul edib və o qanuna əsasən pulsuz təhsil
sistemi yaradılıb. Bizim ölkədən fərqli olaraq, ölkə təhsil sistemi işçilərinə
qul, vasitəçi yox ali insan kimi davranır. Seçkilərdə onları sıxışdırıb dilənçi
kimi səs toplatmaq məcburiyyətində qoymur. Hər kəs öz vəzifəsində öz səlahiyyətini
yerinə yetirir.
Şəhəri gəzəndə mənə sanki Almaniya şəhərində
olduğumu hiss etdirdi. Şəhər arxitekturası, binalar və.s məndə nəsə belə hiss
yaratmışdır. Sonra gid xanım bu haqqda söhbət etdi. Adolf Hitler Vyanada
yaşayıb və muzeydə Hitler Almaniyası deyə xüsusi hissə də varmış.
Vyana Universitetinin kitabxanası qədim
binaların birində yerləşir. İnternetdəndə baxa bilərsiz möhtəşəmliyə. Zəngin
kitablarla dolu kitabxana. Binanın daxili isə göz oxşayan incəsənət inciləri ilə
işlənib. Kitabxananın yanında Botanika bağı var. Yayda adətən çox isti olur.
Vyana şahzadəsi Teresa gülləri çox sevirmiş, hara getsə orada mütləq gül gətirərmiş,
özü də onlara qulluq edərmiş.
Rathaus bu ölkədə ən gözəl binalardandı, gecə
görüntüsü daha çox gözəldir. Əsasən festvillar və yeni il şənliyi bu binanın
qarşısında qeyd edilir. Mən getdiyim ərəfədə ölkədə elə həmin binanın
qarşısında 2017 film festivalı təşkil olunurdu.
Stefan Cathedral ən hündür binadır. Binanın
pəncərəli xüsusi rəngli şüşələrlə bəzədilib və binanın daxilini əsrarəngiz göstərir. Ümumiyyətlə Avropa ölkələrində kilsələr
çox maraqlı və dərin incəsənət işləri ilə bəzədilir. Bir neçə dəqiqə sadəcə
divarları, tavanı izləyin. İnsan bacarığına heyran qalacaqsız. Binanın daxilinə
tur var hardasa 11 evrodan başlayır. Bu kimi kilsə daxili turlarda olduğum üçün
binanın qülləsinə çıxmağa üstünlük verdim. 253 pilləkandır, bir az əziyyətlidir.
Hündürlükdən şəhəri izləməyin başqa ləzzəti var ona görə də 4 evro verib mütləq
qülləyə çıxın. Şəhərin bu hissəsi mərkəz hesab edilir. Əsasən bahalı mağazalar
var. Qiymət baxımından çox bahalıq idi. Channeldə əşyanın ən ucuz qiyməti 280
evrodan başlayırdı pik isə 15000 min evroya qədər idi.
Hofburq Palace şəhərin ən gözəl yerində yerləşib.
Bina 13-cü əsrdə inşa olunub. İmperiyanın baş binası olub. Hazırda prezidentin
oturduğu yerdir. Bir onu deyərdim ki, bina bir incəsənət nümunəsidir.
Maria Teras Platz da incəsənət nümunələrindəndir.
Belvedere bu ölkədə bəyəndiyim ən gözəl bina
və muzey idi. Əsasən iki hissədən ibarətdir, yuxarı və aşağı Belvedere. Şəhərin
qədimi hissəsindən uzaqdır. Çox böyük ərazisi var. Binanın arxasında isə daha bir neçə əhəmiyyətli muzeylər yerləşir
və ondan sonra şəhərin yeni müasir hissəsi başlayır, yeni üslubda tikilən
binalar.
Avstriyanın Parlament binası da görkəmi ilə
seçilən qədimi üslubda binadır. Ümumiyyətlə hər ölkədə belə üslubda tikiliyə
rast gəlmək olar.
Schönbrun Palace klassik musiqi gecələrin təşkil
olunduğu saraydır. Buraya bilet alıb mütləq gedin. Bu ölkəyə gedəsən və dahilərin
klassik musiqi əsərlərini izləməyəsən bu doğurdanda yaxşı olmaz. 2 saatlıq
Motsart və Verterin bəstələrindən ibarət gecəyə qatıldım. Canlı mükəmməl bir
klassik musiqi gecəsi idi.Musiqi gecəsinə istənilən yaşda olan adamlara rast
gəlmək olurdu. Çox peşakar sənət nümayiş etdirdilər.
Charles Church də öz fərqli və möhtəşəmliyi
ilə seçilən binadır.Ən çox turistlərin gəldiyi yerlərdəndir. Binanın qarşısında
balaca göl var əsasən sərinləmək üçün ora toplaşırlar. Elə bu binanın yerləşdiyi
ərazidə piyada gəzməklə çox gözəl yerlərlə qarşılaşacaqsız. Belvedere də elə
bura yaxın bir yerdədir.
Motsartın yaşadığı ev mərkəzə yaxın bir yerdədir,
üç mərtəbədən ibarət evdir, ancaq sadəcə iki mərtəbəsi bəstəkara aid olub,
ömrünün ən çox hissəsini burada yaşayıb yaradıb. Ondan bir az uzaqda isə ikinci
məşhur bəstəkar Verterin evi yerləşir.
Şəhər xalqlar baxımından çox rəngarəndir.
Ölkənin rəsmi dili Alman dilidir. Ən çox yaponlara və türklərə rastladım.
Mətbəxindən bir neçə yemək yedim.
Kaiserçrman deyə souslu bir yemək idi, birdə pendirli makaron, ikinci yemək çox
dadlı idi. Vyananın məşhur Sahara deyə şirniyyatı var. Əsasən Sahara otelində
hazırlanır və ölkənin şirniyyat tükanlarına burdan paylanılır. Fərqli dada
malik şirniyyat idi, müxtəlif rənglərdə olur.
Əvvəl dostlardan bu ölkə haqqında
maraqlanmışdım dedilər bir gün yetərldir. İki günlüyə getmişdim, iki gün gecə
gündüz şəhəri ancaq gəzə bildim, məsləhətlidir ki, 3-4 günlüyə gedəsiniz.
Bu şəhər hüzur tapa biləcəyin bir şəhərdir.
Cəmiyyət olduqca mədənidir. Avropanın bir çox qabaqcıl şəhərlərindən fərqli
olaraq şəhər çox təmiz idi. Klassika özünü biruzə verirdi.
Ancaq metro sistemi mənə bir az çətin gəldi,
başqa xəttə getmək üçün bəzən başqa küçəyə keçmək lazım idi. Şəhərin hər bir
hissəsinə metro ilə getmək mümkün idi. Şəhərdə bir oliqarxlıq hiss olunurdu.
Özündə hiss etmədən o abu havada səndə də bir zadəganlıq hissi baş qaldırır.
Bura yenidən səyahət edəcəyim ölkələrdən biri olacaq mənim üçün.
Comments
Post a Comment