Macarıstana səyahət
Macarıstana səyahət
Avropa ölkələri
arasında Macarıstan özünə məxsusluğu ilə seçilir. Ümumiyyətlə paytaxtın içindən
çay axan şəhərləri çox sevirəm, şəhər fərqli urbanizasiyası ilə seçilir, fərqli
gözəllik gətirir.
İlk ölkəyə giriş
aeropartdan başladı, orada turist üçün məlumatlandırıcı broşurlar var,məlumat
almağa dair turist infoya müraciət edə bilərsiniz.Şəhərdə tramvay və avtobusla
gəzmək daha məqsədə uyğundur, ona görə də orada qaldığınız günə görə 24/48/72
saatlıq transport bileti alsanız daha uyğundur. Tək tərəfli 320 HUF=1.04 evro,
24 saatlıq isə 1650HUF= 5.30 evrodur. Əgər sizi nəzarətçi biletsiz oturduğunuzu
görsə 50 evro cərimədir. İstəyir, tramvay, avtobus və metro ilə harasa gedin,çətinlik
çəkməyəcəksiz çox rahat və asan sistemdir. Metro bir az qarışıq gələ bilər,
bizdən fərqli olaraq bir çox Avropa ölkələrində xəttlər rənglərə görə dəyişir,
narahat olmayın, içəridə information yaxud da polisdən məlumat ala bilərsiz. Şəhər
əslində o qədər də böyük deyil ki, tez-tez nəqliyyatdan istifadə edəsiniz. Lövhədə
hər üç nəqliyyata dair nə vaxt gələcəyinə dair məlumat var.
İlk öncə turist
üçün sevindirici hal orada havanın sərin olmasıdır, şəhəri gəzəndə isti sizi
narahat etməyəcək.
Orada xoşuma gəlməyən
mağazaların, restoranların gec açılmasıdır. Saat 11-in yarısı idi acından ölmüş
halda restoranların açılmasını gözləyirdim. Xidmət baxımından tənbəldirlər. Nazlı qəmzəli restoran işçilərinin ac vaxtımda çəkə bilməyib
üz tutdum türk restoranlarına. Ümumiyyətlə yemək, alış-veriş, gəzmək baxımından
şəhər olduqca ucuzdur.
Saat
14:00 hostelə giriş etməli idim, saat 11də getdim qəbul etdilər, bəzən başqa
ölkələrdə yalnız deyilən vaxtda giriş etmək olur amma heç olmasa çantanı orada
təhlükəsiz bir yerə qoyub gedə bilirsən. Yerləşdikdən sonra, orada işçi mənə
yorulmadan, bacardığı qədər şəhərlə bağlı məlumat verdi, Budapeştə getsəniz
Marco Polo Hostelini seçə bilərsiz, təmiz, mədəni, sakit həmdə şəhər mərkəzinə
çox yaxın yerdədir, cəmi 500-600 metrdir, əgər sizin üçün uzaqdırsa elə 20 metrədə
dayanacaq var nəqliyyatdan istifadə edə bilərsiz. Orada Araz deyə bir
restoranda onunla elə üzbəüzdür, bilmədim əslində nə və kimə aid restoran idi.
Bütün
ölkələrə getdiyimdə bir adətim var, elə birinci gündən free toura qeydiyyat
oluram, bu tur çox maraqlıdır, gid sizə şəhərin ən maraqlı, görməli yerlərini
göstərəcək, əsasən piyada turdur, 3saata yaxın davam edir, hətta macar dilində
bir iki söz də öyrənə bilirsən, məsəlçün salam macar dilində si yu (ingiliscə hələlik),
sağol isə halo (ingiliscə salam). Macar dili çox çətin dilmiş, bu dildə
profisional dilçi olmaq istəyirsənsə 10 il lazımış, orta səviyyədə bilmək üçün
isə 4 il.
Tur
zamanı gid bizi müəyyən saatlarda şəhərdə hər hansısa dövlət binasının
qarşısında seromoniya baş tutan yerlərə apardı. Şəhərin, tarixi, mədəniyyəti, əhalisi,
təhsili ilə bağlı geniş məlumat verdi. Mən tura qoşulmasaydım yəqin orada
Marqaret adasına səfər etməyəcəkdim, bu tövsiyyəni giddən aldım, eyni zamanda əsl
Macar restoranları, hansı muzeye getməyə dəyər ona dair də tövsiyyələr
verdi.Tur bitdikdən sonra artıq öz programımla davam etdim. Düzü tur zamanı əsas
yerlərin əksəriyyətini görmüş oldum. Gidə hörmət əlaməti olaraq pul verməyi də
unutmayin.
İstənilən
şəhərə gedəndə, şəhərlə yaxşı tanış olmaq üçün iki saat müyyən nömrəli
tramvaylarla şəhərin uzaq, yaxın yerlərinə gedirəm, bununla həmdə vaxtıma qənaet
etmiş oluram, onsuzda 24 saatlıq bileti gün ərzində saysiz istifadə edə bilərəm.
Şəhər mərkəzini, mərkəzdən uzaq yerləri görəcəksiniz, sizin üçün maraqlı olacaq
şəhər mərkəzindən uzaq yerləri də görmək. Bəzən olur ki, çox təəcübləndirici gəlir,
gedib sankı illərdir bura heç insan nəfəsi dəyməyən yerə çıxa bilərsiz və ya
xarabalığa. Elə hesab etməyin ki, xarici ölkələrdə hər küçə, kənd, qəsəbə çox
gözəl və müasirdir
Budapeştə
gedəndə Parlament Binasına baş çəkmək lazımdır. Bina yazı ilə ifadə edə bilməyəcəyim
gözəl arxitekturaya malikdir. Giriş 19 evrodur, bu qiymət Avropa vətəndaşı,
qeyri Avropa vətəndaşı üçün dəyişir, eyni zamanda tələbələr üçün də endirim
var, 24 yaşa qədər olan tələbələr 10 evroya bilet ala bilər. 45 dəqiqəlik 3-4
dildə turlar var. Binanın içi bir incəsənət nümunəsidir, əl işləri, qızıl
suyuna çəkilmış dirəklər və.s binaya bənzərsiz gözəllik verir.
Parlament
binasına yaxın başqa muzeylər var, istəyə bağlıdır gedə bilərsiz, qiymətlər
baha deyil. Bu hissə elə şəhərin mərkəzi hesab olunur. Bina ilə üzbəüz Hollivud
ulduzlarının tez-tez gəlib qaldığı otel var, qiymət isə gidin dediyinə görə 3000
evrodan başlayır. Kənardan çox adi bina kimi görünürdü. Elizabet körpüsünə
ordan 5 dəqiqəlik yoldur, bu körpü Buda və Peştin mərkəzi hissəsini birləşdirir.
Buda əsasən şəhərin bahalı hissədir, dövlət məmurlarının, sənət adamların
yaşadığı yerdir, o hissədə bahalı villalar və restoranlar var. Peşt tərəfi isə
qismən kasıb hesab edilən hissədir, amma burada mərkəzdən bir az uzaq səhv etmirəmsə
Bob küçəsində yerləşən istirahət mərkəzi, kafe restoranlar var, mənə bizim
Marjanaşvili küçəsinin yeni hissəsini xatırlatdı. Bəlkə Budapeştdə səfər edənlərin
çoxu o yeri bilmir əsasən mərkəzə üz tuturlar, məndə təsadüfən o yerə gedib
çıxmışdım.
Alış veriş
etmək istəyirsinizsə şəhərdən bir az uzaq
WestEnd city centre, Arena
plaza var, gedib alış veriş edə bilərsiz. Sizə daha aydın olmaq üçün Mac
Donaldsın əsas binasının həmən sağ tərəfində yerləşir, 9 nömrəli avtobus şəhər
mərkəzindən ora gedir.
Şəhərdə gəmi ilə də gəzə bilərsiz, xidmətə görə 10
evrodan başlayır.Şəhərin hər iki tərəfinin mənzərəsini yaxından görə bilərsiz.
Bu şəhərə gedəndə Margaret adasına mütləq baş çəkin.
Gözəliyinə heyran olacağınız böyük parkdır. Giriş hissəsində düşünən fantan
var, izlədikcə insanın əhvalı qalxır, beyni sakitləşir, çalışın o hissəni
piyada gəzin, böyük bir ərazidir, yaşayış məskəni deyil. Orada spa salonda var
ora da gedə bilərsiz. Parkın çıxış hissəsinə yaxın Yapon bağı var, çox gözəl
hissədə yerləşir, bir sözlə o adanı mütləq gəzin, orada olduğum ərəfədə 3 dəfə
getmişdim. Şəhər mərkəzindən 9 nömrəli avtobus, sonra düşüb 24 nömrəyə minirsiz,
beləki Parlament binasının yanından piyada 10 dəqiqəlik yoldur.
Şəhərin Peşt hissəsində Baselik deyilən kilsə var.
İçəri daxil olmaq 1 evrodur, girməyə dəyər yerdir, binanın içi olduqca gözəldir,
əgər siz oradan şəhərin Panaramasını izləmək istəyirsinizsə əlavə bir-iki evro
da verib yuxarı çıxa bilərsiniz. Bu kilsə ölkədəki ən böyük və gözəl kilsə
hesab olunur.
Şəhərdə 6 fərqli görünüşə sahib, fərqli mənzərə izləyəcəyiniz
körpü var.
Bir düşünən fantan isə Buda tərəfdədir,
yaxınlaşdıqca dayanır, sadəcə əyləncəlidir, orada 10-15 dəqiqə durub uşaqların əyləncəsini
izləyə bilərsiz, sizdə dincələcəksiz.
Şəhərin digər Buda hissəsində Fisherman deyilən gözəl
hissə var, oradan Peşt hissəsinin hər nöqtəsini
görə bilərsiz. Daha yaxşı olar ki, ora həm gecə həmdə gündüz səfər edin.
Elizabet körpüsündən digər tərəfə keçib, yuxarı parka qalxan yolla qalxıb ordan
Baş Nazirin binasının qarşısına keçib ordan da Fishermana gedə bilərsiniz, belə
daha çox yer görmüş olarsınız.
Şəhərin
müəyyən hissələrində içməli su üçün yerlər var, artıq pul xərcləməyə gərk
yoxdur elə oradan içə və qutunuza doldura bilərsiniz, turistlər də elə bu cür
edirdi.
Keçək
vacib yemək hissəsinə, mənə qaldığım hosteldən endirim kart verdilər. Blue Rose
əsl Macar restoranına getdim. Bu restoranın ünvan və reytinqini elə turist xəritəsindən
götürə bilərsiz, tövsiyyə olunan yerdir. Deməli bizim pulla 20-25 lariyə iki
macar mətbəxinin dadına baxa bilərsən. Bu baxımdan şəhər çox ucuzluqdur.
Endirim kartı ilə cəmi 4 evro ödədim.
Şəhərin
gecə mənzərəsi olduqca gözəldir. Amma bir şeyi nəzərə alın ki, saat 1dən sonra
şəhərin çox yerində binalara qurlaşdırılan işıqları söndürürlər və şəhər gözəlliyini
itirir.
Bir sözlə,
o ölkəyə mütləq səyahət edin, fərqli xalqlarla, mədəniyyətlə tanış olun,
özünüzü yenidən fərqli tərəfdən kəşf edin.
Comments
Post a Comment