Seçki kampaniyaları və biz seçicilər
Se çki kampaniyaları və biz seçicilər 10-12 ya şım olardı onda seçki söhbətini tam olaraq anlamırdım. Seçkiyə 2-3 gün qalmış məhələyə, kənd müvəkkili bizim nəslin adlı sanlı kişisi ilə gəlirdi. Əsasən kişilər yığılırdı bu kiçik görüşə, biz uşaqlar da həmişə məhələdə top oynayırdıq, onlar bizim ərazidə söhbət etdiklərinə görə gözləyib onların söhbəti bitirib getmələrini gözləyib oyuna davam etməyi gözləyirdik. O vaxt o, kəslər yanlarında durub onlara sadəcə tamaşa edən qızcığazın illər sonra onları tənqid atəşinə tutduğunu öncədən bilsələrdilər indi yəqin məni daşlayıb qovalayardılar. Təbii ki, bu onların heç yatsa ağlına da gəlməzdi. Çünki bizim mötəbərlər qadını yalnız ev xanımı bilib təsəvvür ediblər. Nəisə... Kənd müvəkkili və yanının saldış və solduşu görüşdən məmnun qaldıqdan sonra keçirdilər başqa məhləyə, bu məmnunluq isə hamının bir nəfər kimi yalnız bir şəxsə səs verməsinə əmin olması idi. Kəndlərdə həmişə belə olub da, bir az xırda vəzifə sahibi yalan doğru nə deyirsə elə ...