Seçki kampaniyaları və biz seçicilər

Seçki kampaniyaları və biz seçicilər
10-12 yaşım olardı onda seçki söhbətini tam olaraq anlamırdım. Seçkiyə 2-3 gün qalmış məhələyə, kənd müvəkkili bizim nəslin adlı sanlı kişisi ilə gəlirdi. Əsasən kişilər yığılırdı bu kiçik görüşə, biz uşaqlar da həmişə məhələdə top oynayırdıq, onlar bizim ərazidə söhbət etdiklərinə görə gözləyib onların söhbəti bitirib getmələrini gözləyib oyuna davam etməyi gözləyirdik. O vaxt o, kəslər yanlarında durub onlara sadəcə tamaşa edən qızcığazın illər sonra onları tənqid atəşinə tutduğunu öncədən bilsələrdilər indi yəqin məni daşlayıb qovalayardılar. Təbii ki, bu onların heç yatsa ağlına da gəlməzdi. Çünki bizim mötəbərlər qadını yalnız ev xanımı bilib təsəvvür ediblər. Nəisə... Kənd müvəkkili və yanının saldış və solduşu görüşdən məmnun qaldıqdan sonra keçirdilər başqa məhləyə, bu məmnunluq isə hamının bir nəfər kimi yalnız bir şəxsə səs verməsinə əmin olması idi. Kəndlərdə həmişə belə olub da, bir az xırda vəzifə sahibi yalan doğru nə deyirsə elə bilirlər elə bu söhbətin məhz özüdür.
Aradan 3-4 il keçdi. Hamı nəsə yeni bir şey gözləyirdi. Durğunluq idi, qayda qanun çökmüşdü, bir çoxları qorxurdu ki, hətta bizi gürcülər buradan qovacaq, indidən özlərinə çarə qılmağa başladılar. Anamda evdə atamı illər əvvəl niyə Rusiyaya köçüb getməyimizə əngəl olduğuna görə qınayırdı. Televiziyadan izləyirdik olanları. Şəhərdə kütləvi aksiya keçirilirdi, bu bizim region üçün yeni bir hadisə idi, ya məhv olacağıq ya da ki üzümüzə gün doğacaq deyirdi yaşlılarımız. Qış ayları idi, artıq seçki keçirilməli idi. Seçkidən öncə hər ailəyə bir torpa un payladılar yeni namizədi seçmək üçün.Deyə bilmərəm bu namizədi una görə yoxsa yeni ümid üçün seçirdilər. Onda da şayələr gəzirdi ki, bu adam Amerikanın adamıdır, əgər biz bunu seçsək ruslar gəlib bizi qırarlar. Bir müddət belə davam etdi. Seçkilər bitdi, yeni hakimiyyət gəldi, hər gün yeniliklər baş verirdi. Əhalidə razılıq vardı. Burada yaşayan azərbaycanlılar artıq buradan qovulmaqla bağlı nağılları unutmuşdular çünki onlara Gürcüstan vətəndaşları deyə müraciət olunurdu.
Bu illər ərzində düzdür xeyli iş görüldü, şəhərlər abadlaşdı, Qafqazda lider ölkəyə çevrildik və.s. Amma Kvemo Kartli regionunda təhsilin inkişafı üçün ciddi addımlar atılmadı. Etniklərin ali məktəbə qəbulu asanlaşdırıldı və yaxşı imkanlar yaradıldı. Bu başqa mövzudur, istəyirəm seçki sisteminə qayıdım. Elə Milli Hərəkat zamanı da biz ədalətli seçkilər görmədik. İndikindən fərqli olaraq onda əhalini məcbur etməyə o qədər də gərək yox idi çünki əhalinin Mişa sevgisi ilkin  narahatçılıq  üçün əlavə tədbirlər görməyə gərək duymurdu. Prezident barəsində maraqlı əfsanələr dolaşmaqda idi. Bir çoxunun qəhramanı idi hətta indi ki hakimiyyətdə vəzifə sahiblərinin bir çoxunun da.
O zamanlarda elə təhsil sistemi işçiləri seçki zamanı çox can pəşanlıq edirdi. Sadəcə bizim regionda deyil bizim ölkədə seçki zamanı əsas resurs kimi müəllim resurusundan istifadə olunur. 12 il götürək, onda şagird olan bu gün seçicidir, o seçici ki, ona elm öyrədən müəllimindən məhz ədalətsizlik, saxtakarlıq da öyrənmişdi. İndi bəziləri ümid edir ki, gənclik gələcək və bir az nəsə bir şeylər dəyişəcək. Ümid edilən gəncliyə çox uzaqlardan baxmağa gərək yoxdur elə indi də biz gözlədiyimiz gəncliyin necə kor və savadsız olduğuna şahidlik edirik.
Və sonra biz üçüncü hakimiyyətə qədəm qoyduq, bütün ölkə ümid edirdi ki, Rusiyada illərdi sərvət toplayan şəxs qazandığı pulu gətirib bizim cibimizə dolduracaq və bizə 100 zavod tikəcək, bundan sonra bizim dərdimiz olmayacaq. Amma deyilənlər tərsinə oldu, əksinə insanların cibləri boşaldı, Gürcüstanın 2 milyon vətəndaşı qonşu dövlətə işləməyə üz tutdu. Yeni hakimiyyətin əsas səhvlərindən biri kadr problemi idi, müvafiq sahələr üzrə uyğun işçilər seçilmədi bu da ölkədə olan vəziyyəti bir az da çətinləşdirdi. Artıq bizim ölkə ən pis mənada desək kkb hökumətinə çevrilib.
2016-cı ildə keçirilən parlament seçkiləri yəqin hələ uzun müddə yadımızdan çıxmayacaq, bir az xalqda  cəsarət olub sona qədər mübarizə aparılsaydı indi terroçu xalq  kimi adımızı yazmışdıq. Bu seçkinin yaxşı tərəfi isə, bütün Gürcüstanda hamı bildi ki, Kvemo Kartli deyilən regionda azərbaycanlılar deyə millət yaşayır və onlar ədalətli seçkilər uğrunda mübarizə aparır. Marneuli rayonunda müxalifətin qələbə çalmaması üçün hakim partiya hər riskə getməyə hazır idi. Rezerv olaraq qonşu ölkədən dəstək alındı bu da elə də pis alınmadı.
Təhsil sistemi də necə lazım idi o cür üzərinə düşən işi yerinə yetirdi. Hətta sizə maraqlı bir hadisə danışım. Bu son canlı yayımda Araflı kənd sakini kəndlərində olan müəllimlərin savadsızlığından vəziyyətin çətinliyindən danışanda yadıma bir il bundan əvvəl həmin məktəbin müəllimlərinin etdiyi hərəkətlər yadıma düşdü. Məktəb direktoru yoxsa müavini kənd əhalisinə “söyünc” qoymuşdu əgər onlar müxalifətdən kimə səs versələr və hətta kəndin gənclərinə qarşı da söyünc işlətmişdi. Bu məsələ ilə bağlı bir neçə dostlar və məndə status yazmışdım. Bu müəllimlər də Təhsil qazetinə uzun uzadı yazı yazıb göndərmişdilər, ən maraqlısı isə orada ad və soyadların kiçik hərflə yazılması idi, nə qədər aqresiyalı olsaq da biz qramatikanın qaydasını pozuruqsa və ya bilmiriksə bu artıq bizim savadsızlığımızdan irəli gələn addım olur. Sonra rayonda bir neçə müəllimlər dəstək üçün də canlı yayımlar etdilər, əzizlərinə müraciət etdilər ki, hakim partiyadan olan gürcü namizədə səs verin
Qızılhacılı hadisəsi isə ən gərgin proses idi. Bəli seçki məntəqəsini daşlayan gənclər qanunla cəzalandırılmalı idi. Amma nədənsə bu hadisənin baş vermə səbəbi heç kimi maraqlandırmadı. Bütün məntəqələrdə olduğu kimi burada seçki saxtakarlığı baş vermişdi və heç bir müvafiq qurum və məntəqə üzvləri hadisəyə vaxtında münasibət göstərə bilmədiyinə görə çılğın gənclər hücuma keçdi. Bu gənclər yalnız bir neçə gündən sonra həbs olundular. Ölkəmizdə Ali qanunun seçki prosesində işləmədiyi kimi bu halda da heç bir məhkəmə qərarı olmadan gənclərdən bir neçəsini yeni seçilmiş deputatlar gedib evlərinə gətirdilər. Niyə? Hansı maddəyə əsasən? Əgər prossesual razılıq vardısa o pulu kim kimə necə ödəmişdi? Bu suallar təbii ki, susdurulmuş və qanundan bi xəbər cəmiyyəti heç maraqlandırmadı belə.

Xatırladım ki, mən seçici olaraq Alget kəndində məntəqəyə səs verməyə getdim. Orada da heç bir seçki prosesi qorunmurdu. Müşahidəçilər həyətdə siqaret çəkirdi. Komisiya üzvlərindən ikisi isə məntəqədən 10 metr uzaqda dost tanışla söhbət edirdi. İçəri daxil oldum, sənəd tələb edən olmadı və mən iki bulleten götürüb səsimin gizliliyini qorumaq üçün pərdə arxasına keçdim. Səs sevrmə prosesi bitdikdən sonra, komisiya rəhbəri olan məktəb direktorunun müavininə bildirdim ki,  siz rəhbər olaraq niyə vəziyyətə nəzarət etmirsiz? Kişi əl ayağa düşdü, hərəsi öz işində olan komisiya üzvlərini içəri topladı və sanki nəzarət orqanından gəlmiş kimi mənə hesabat verərək hamımız burdayıq, hər şeyə bundan sonra ciddi nəzarət edəcəyini bildirirdi. Nəzərinə çatdırdım ki, mənim səs verəndən sonra da barmağımda marker yoxdu, bu isə o demək idi ki, mən gedib başqa məntəqədə və ya bir azdan gəlib yenə səs verə bilərdim. Bu həmişə baş verən prosesdir və məndə həmişə CESKO ya bununla bağlı zəng edirəm və bu qulaqlarından alıb o qulağından o yana ötürürlər. Birincisi bunları sadəcə bir vətəndaş olaraq ölkəmdə, regionumda ədalətin qurulmasına kömək üçün, ikincisi isə təcrübə üçün edirəm. İndi biz yenə seçki ərəfəsindəyik, baxmayaraq ki, seçki hələ keçirilməyib amma mən bir seçici olaraq sosial şəbəkədən artıq seçilmiş olan namizədi təbrik də etmişəm. Bir seçici olaraq, öz bələdiyəmizə mer seçmək üçün hələ uyğun bir namizəd də görə bilmirəm. Heç bir namizəd bir seçici olaraq mənim kriteryalarıma cavab vermir. Bu isə biz hələ də 4 il əzab çəkəcəyik deməkdir.

Comments

Popular posts from this blog

დაუწერელი წარსული

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!