Seçki qabağı cızma qara
Seçki qabağı cızma qara
21 Oktyabrda yenə seçki keçiriləcək. Artıq seçki bir
rituala çevrilib. Keçən il seçki məntəqələrinin birində hətta xüsusi bəzədilmiş
tortda bişirilibmiş, mənə ən son hissəsi çatmadı, şamı kim üfüləmişdi və kim kəsib
kimin üçün çəngəl uzadib tortun ilk hissəsini kimin boğazına ötürmüşdü. Bir çox
məntəqələrdə quzu belə kəsilir, hətta keçən il mənim qonşum evinə 10 kq belə gətirmişdi
məntəqədən. Bunu şərəfli iş kimi qiymətləndirirdi. Hətta hakim partiyaya xeyli
səs toplaya bilib 800 lari pul da qazanmışdı. Seçki yaxınlaşdıqca biz çox şeyin
şahidi oluruq, təbii ki, ədalətsizliklərin, seçicilərin hüquqlarının
pozulmasının. Seçki sistemi üç hakimiyyət dövründə də mədəni
forma ala bilmədi. Bunun çox bəsit formulu var. Hakimiyyət dəyişdikcə şəxslərdə
dəyişdi, eyni şəxslər yeni hakimiyyət dövründə də eyni seçki sistemi həyata
keçirdi.Yalnız yeni hakimiyyətə daxil olduqdan sonra keçmiş hakimiyyətdə vəzifə
sahibi olduğu zaman keçirilən seçkinin qeyri-şəffaf olduğunu dilə gətirdilər.Təbii
ki, bu bir siyasətçi üçün çox gülünc bir çıxış idi. Peşakarlar belə səhvlər əsla
buraxmır. Hakimiyyət dəyişdi məktəblərdə müəllim və diroktor dəyişmədi, hər
hakimiyyət gələndə dövlət hara biz ora deyib çıxdılar yola. Hakim partiya tərəfindən
təşkil olunan seçki qabağı kompaniyada iştirak etmək məcburiyyətində qaldılar.
Əsas mövzuya keçməmişdən əvvəl başqa ölkələrdə
gördüyüm abu havadan danışmaq istəyirəm.
2014 cü ildə Çikakoda idim və həmin ərəfədə senat
seçkiləri yaxınlaşırdı. 10 gün ərzində amerikalı ailədə qaldım və seçki
sistemidən tutmuş bütün sahələrə dair suallarıma dair maraqlı cavablar aldım.
Ailə iki nəfərdən ibarət idi. Hər ikisi başqa partiyaları dəstəkləyirdi. Buna
dair hər gün maraqlı müzakirələri olurdu, hər biri öz namizədəni nəyə görə
seçdiyinə dair əsaslı söhbət edirdilər. Namizədlərin şəkillərini divara vurmaq
yasaq idi, xüsusi çərçivəyə salınmışdı. Onu kiminsə evinin yanına yerləşdirmək
üçün rəsmi olaraq icazə alınırdı. Bu insanlar bir səslərini necə də qiymətləndirir
və üstündə əsirdilər, uzun uzun düşünüb qərar verirdilər.
Çexiyada olanda qaldığım hosteldə 10-12 ölkədən
turistlər vardı. Bu Türkiyədə aprel ayında keçiriləcək referenduma təsadüf
edirdi. Aramızda Türkiyədən iki nəfər turist xanım vardı. Bir çox ölkələr üçün
Türkiyə maraq dairəsində olduğuna görə müzakirələr bu istiqamətdə davam etdi.
Maraqlı fikirlər söylənildi. Hər kəs öz ölkəsində olan sistemdən danışırdı.
Yekun olaraq ümumiləşdirib deyə bilərəm ki, kimsə öz ölkəsindəki seçki
biyabırçılığından danışmadı mən, erməni və türk turistdən başqa. Avropa ölkələrində
nə müəllim nə dövlət işçiləri özlərini ali tutaraq üzərlərinə hərə 10-15 nəfər
seçici yığıb gətirmək məcburiyyətində deyildi.
Keçən il parlament seçkilərində monitorinq qrupu gəlmişdi.
Aralarında müxtəlif səfirlik və QHT üzvləri də vardı. Onlar sonra mənimlə öz
gördüklərini bölüşürdülər və burada insanların seçim edə bilmədiklərindən
danışırdılar. Hətta onlar da görmüşdü ki, burada seçicilər nömrəni əzbərləyib gəlib
nömrəyə səs verirdilər və onların səsinin heç bir şey dəyişmədiyini dilə gətirmişdilər.
Bunlar bizim üçün təbii ki, çox adi hadisədir, hər seçkidə şahid olduğumuz
hadisələr. Kvemo Kartlidə gördükləri onlar üçün artıq bir lətifəyə çevrilib.
Bir az da bizim yerli əhalidən danışaq. Hansı kəndə
getsən insanların dörd problemi var sadəcə, işıq, qaz, su, yol. Bu kəndlinin
başqa dərdi yoxdur. Fikirləşirlər ki, əgər bu məsələlər həll olunsa başqa dərdləri
olmayacaq. Amma gəlin düşünək ki,bir cəmiyyətin inkişafı sadəcə iqdisadi məsələlərə
bağlı deyil. Regionumuzda olan məktəblərin 90%-i qəza vəziyyətindədir. Buna
dair Xalq Müdafiəçisinin hesabatına baxa bilərsiniz. Bir çox məktəblərin özünün
torpaq sahəsi vardı, o sahələr satılır və ya bəzi hissələr keçmiş direktor və
hazırkı direktorlar tərəfindən özəlləşdirilib. İndi satılırsa bəs bu sahəni kim
satır, hesab kimə çatır? Məktəblərin bəzisində sinif otaqlarını müəllimlər öz
maaşları ilə təmir edirlər, deyirlər ki, Resurs Mərkəz deyir ki, pul yoxdur.
Bizim insanları təhsil demək olar ki, maraqlandırmır, nə yerli hakimiyyəti nə də
insanları.
Əvvəllər hər icmanın öz ərazisində kiçik
ambulatoriyası vardı. Bizim Alget kəndində də vardı. Sonra ərazi və bina
satıldı. Bir çox icmalarda isə bu bağlanıb, qalan bir ikisi varsa orada da vəziyyət
acınacaqlıdır, nə resurs var nə də şərait. Caamat öz sığortasından harada necə
istifadə etməsini bilmir.
Mədəniyyət evlərimiz indi quş damı olub, fəaliyyəti
isə demək olar ki, tamamilə dayandırılıb amma direktor, kitabxanaçı, bədii rəhbər,
təmizlikçi vəzifələri var sadəcə maaş alırlar. Sadaxlı kəndində isə çayxanaya
çevrilib, çayxana istifadə edən isə icarə haqqı verir, amma kimə?Niyə?Doğurdanmı
bizə mədəniyyət lazım deyil? Yaxşı ki, XX əsrin ortalarına bura gürcülər
köçürülüb, yoxsa rayonda olan mədəniyyət evi də bağlanmış olardı.
Demək olar ki, hər kənddə kənd müvəkkili kəndi öz monarxiyasına çevirib,
istədiyi şəkildə davranır və kənd büccəsini isə kənd əhalisinin iştirakı
olmadan idarə edir.
Marneulidə həyata keçirilmiş layihələrə marneuli.ge saytından baxa bilərsiniz.
Kəndlərdə eləcə də rayondakı bağçalar səfirlik və fondlar tərəfindən tikilir və
təmir olunur. 2016 ci ildə 10 kəndin daxili yollarının reabilitasiyası da fond
tərəfindən həyata keçirilib. Eyni zamanda Vətəndaş Büccəsi Layihəsi haqqında da
xəbəriniz var. Layihə Polşa dövlətinin köməyi ilə həyata keçirilir. İndi gəlin
oturaq düşünək ki, bəs bizim bələdiyyə hansı işlərlə məşğuldur. Seçki ərəfəsində
namizədlər, namizədlərin yanının yengələri kəndlərə gedərək əhalini rəsmən
aldadırlar, onlara görülən işlər haqqında yalan məlumat verirlər. Eyni zamanda
partiya dəstəkçiləri də görülən işləri misal gətirərək onun məhz deputatların
köməyi ilə həll olunduğunu vurğulayırlar. 2017 – ci ilin büccəsi 2016 ci ildə,
noyabr və dekabr ayında hazırlanıb göndərilmişdi. Həmin ərəfədə isə bizim
rayonda olan məsələlərdən hamının xəbəri vardı. Hamı seçki abu havasında idi və
seçkidən sonra isə ağır işdən sonra dincəlməklərdə. Necə olur ki, bu görülən
işləri aid olmayan şəxslərə aid edirlər. Millət vəkilinin bu kimi məsələləri həll
etmək üçün büccəsi yoxdur. Vəzifəsi regiona dair problemləri parlament səviyyəsində
danışmaq və qanun lahiyəsi halına gəlməsi üçün çalışmasıdır. Bizim regiondan
olan deputatların hansı bu istiqamətdə çıxış edib Qardabani rayonunun
deputatından başqa? Son çıxışda təbii ki, tədbirə layiq idi, sadəcə regionun
yox ölkənin ciddi problemidir. Savadsız insanları sadəcə aldadmaqla məşğuldurlar
seçki qabağı. Təhsillə bağlı çox ciddi və güclü islahat aparılmalıdır. Amma bu
məsələdə nə hökumət nə də yerli hakimiyyət heç bir təşəbbüs irəli sürmür boş
boş simvolik çıxışlardan başqa.
İndi yenə seçkilər yaxınlaşır.Qalmaqallar və
yalanlarla dolu.
Bütün bu problemləri, yalanları üzərə çıxaran fəallar
isə heç bir şübhə yoxdur ki, Marneuli rayonun 41in binasının ocağı ətrafında
yığılan şəxslərin ikinci fake facebook profili tərəfindən təhqir olunur. Çox
normaldır, çünki yüksək savada sahib olmayan şəxslər ucuz işlərlə məşğuldur sadəcə.
Bu kimi hərəkət heç bir yerdə baş vermir bizim regiondan başqa, bu da təbii ki,
regionumuzda olan təhsilin aşağı səviyyədə olmasından qaynaqlanır. Təsəvvür
edin, valideyni müəllim, yazar olan şəxsin övladı cəmiyyət qarşısında ən mədəniyyətsiz
və qeyri etik hərəkətlə məşğuldur və yaxın gələcəkdə isə bu fövqalədə xidmətinə
görə yüksək vəzifəyə təyinatını gözləyir.
Comments
Post a Comment