“Dünyanı insanlıq xilas edəcək mən insanlığa inanıram”!

“Dünyanı insanlıq xilas edəcək mən insanlığa inanıram”!
Ernesto Çe Gevara
“İnsan iradəsinin yeganə vəzifəsi bir an da şüurun bədən üzərində nəzarəti itirməməsinə yol verməməkdir”!
Kamyu
39 illik ömrə siyasətçi, hərbi qulluqçu, partizan, inqilabçı, müəllim, şair, həkim, diplomat, esseist, ssenarist, bioqraf, banker, raqbi oyunçucu olmağı sığdırmış böyük Ernesto Çe Gevara.
Qəhraman və liderlik öyrənilməklə baş verən bir məsələ deyil, bu ruh məsələsidir. Mənim ən böyük idealım Çe. O, “26 iyul hərəkatı”na qoşulduqdan sonra həyatı tamamilə dəyişdi.Hər kəs ona cəsarəti və qabiliyyətinə görə hörmət etmişdir. Eyni zamanda qəddar olmuşdur, hərəkata xəyanət edənlərə, düşmənə məlumat ötürənlərə qarşı çox qəddar olmuş və onları öldürmüşdür. Onun inqilaba atılışı Fidel Kastro ilə tanışlıqla başlamışdı. Uzun müddət ac, sussuz mübarizə aparmış və bunların bəziləri uğurlu və uğursuz olmuşdur. Ən maraqlı məqamlardan biri, o heç vaxt dəstəsinə yazıb oxumaq bilməyənləri qəbul etməmişdir. Könüllü təkidlə qoşulmaq istəyənlərə isə ilk əvvəldən qarışlarına çıxacaq çətinlikləri, ac, amansız günləri söyləmiş və qərarı özlərinə buraxmış və bəziləri yazıb oxuma bilməsədə onları o şərtlə qəbul etmiş ki, burada yazıb oxuma öyrəncəklər. Əgər bir adam gedəcəyi yolda həqiqəti bilmirsə o yolda axıra qədər gedə bilməz, vacib deyil ki, səninlə yola çıxanların sayı çox olsun, əsas keyfiyyətdir nəticə üçün. O, onun komandasında olanlara dərslər keçirdi. Ərzaqları bitdikdə belə, zavalı insanların evini talan etməzdilər, hər bir icazəli şəkildə götürlüş ərzaqın və əşyanın artıqlaması ilə haqqını vermişdir.
Bəs necə oldu Çe sonda məğlub oldu?
Sadəcə bir neçə əsas səbəbləri qeyd edirəm:
O, insanlığa çox inanırdı və elə hesab edirdi ki, insanlıq ona xəyanət etməyəcək;
O, dostluğa inanırdı və ona dəstək olacaq ümidləri vardı;
Hər yeri yaxşı tanıdığını zənn edirdi və radio ilə məlumat aldıqda belə o gülüb keçmişdi ki, onlar yalan məlumat verir biz mühasirədə deyilik;
O, inanırdı ki, zülmətdə yaşayan inildəyən kütlə işığa çıxmaq arzusundadır.
Çe çox əziyyət çəkən kəndlilərlə görüşmüşdü, hətta eşidəndə ki, onun uşaqlarının birinin gözündə infeksiya var və o bundan ölə bilər, təhlükəli olsa belə gəlib həmin uşağı xilas etmişdi amma o uşağın atası ona xəyanət etmiş onun dəstəsini satmışdı, məhz elə ən böyük uğursuzluq burdan başlamışdı. Son günlərdə yenə mühasirəyə düşüb təslim olduğu yerdə yenə onları xilasa gəlmiş kəndlilər hərbçilərinin yalan vədinə uyaraq öz xilaskarlarını ölümə məhkum etdilər.
Bəs niyə Çe mühasirəyə düşəndə əlində olan tapança ilə özünü öldürmədi təslim oldu?
Təslim olandan sonra onu güllələməyəcəklərinə əminliyi vardı. O, hesab edirdi ki, onun dostu Fidel onu hər nə olursa olsun xilas edəcək və yarımçıq qalan inqilaba davam edəcəkdir. Avropada Sartr və Bertran Rassel güclü müdafiə kompaniyası təşkil edərək inqilabçını xilas edəcəkdir. Amma bunların heç biri baş vermədi və Çe öldürüldü və onun inqilabı sona çatdırılmadı.
Zülümdən inildəyən xalq hər zaman onu xilasa gəlmiş qəhramanı öldürüb, çünki o həqiqətdən və işıqlı sabahdan danışırdı, məmurların yalan dolu vədlərindən deyil, o insanlara azadlıq vədd edirdi,qarınlarını doydurmaq üçün onları bir neçə gün təmin edəcək ərzaq deyil.
Bu hadisə uzaq qərbdə baş verib amma hər yerdə qəhraman və fırıldaqçı məmur və yalanlara uyan zülümdən inildəyən adamlar fərqli yerdə yaşasalarda onlar eyni taleyi yaşayır.
Çenin son sirrləri: Qiyam qəlbin vəziyyətidir. Qəlb zəifləyə bilər, ölə bilməz. Təslim olub özünü güllə ilə öldürməməsi.

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!