Haqqlı çıxma sənəti
Haqqlı
çıxma sənəti
Mübahisə
əsasən iki və ya daha çox fərqli fikrin toqquşmasından yaranır. Ancaq mütləq
deyil ki, bu mübahisədə hər iki tərəf də qazansın, tamaşaçı yalnız bir tərəfin
qalibiyyətini görmək istəyir. Yəqin bunun bir sənət sahəsinə daxil edilməsi
sizlər üçün qəribə gələ bilər. Artur Şopenhauer Eristik Dialektika adlı kitab
yazıb. Bu kitab mübahisələr və bu mübahisələrin gedişatını, qazanmağa çalışmağı
və rəqibi sındırmağın üsulları haqqındadır. Eristik dialektika mübahisə sənətidir
mütləq haqqlı çıxmaq məqsədilə istifadə edilən bir mübahisə sənətidir.Əsas hədəf
haqqlı çıxmaqdır, həqiqəti tapmaq deyil. Hər nə olursa olsun mübahisədə
qazanmaq ilkin şərtdir, burada sənin haqqlı və ya haqqsız olmağının heç bir əhəmiyyəti
yoxdur. Hələ bununla məhdudlaşmır, ikinci tərəfi kiçik düşürmək, sındırmaq və
onun fikirlərini mənasızlaşdırmaqda bu sənətə daxildir. Bütün bu sənət üçünsə cəmi
38 hiylə metodu var. Hiylənin ilkin mərhələlərində mübahisə daha mədəni şəkildə
gedir. Ümumiyyətlə mübahisənin hansı kateqoriya insanlar arasında baş verməsi də
diqqətə alınmalıdır. Əgər kifayət qədər savadlı və cəmiyyət içərisində müsbət tərəfləri
ilə tanına şəxslərdirsə onlar o zaman mübahisəni elə mədəni şəkildə elə hiylənin
lap birinci sırasından başlayırlar əsasən. Bura mübahisə mövzusunu genişləndirmək
başqa mövzularla əlaqəndirmək, əks arqument, mütləqləşdirmək və.s daxildir.
Hiylənin orta mərhələlərində isə rəqibin əsəbləri ilə oynamaq, onu əsəbləşdirmək
və hətta bununla kifayətlənməyib ona yeni ad düşünməkdə bu hiylənin içinə
daxildir. Sonrakı və sonuncu mərhələlər isə artıq nə olursa olsun oyunu
qazanmağın mütləqliyi vacib olduğundan bütün üsullara yol atılır, təhqir,
incitmək, aşağılamaq, zəiflikdən istifadə, əks arqumentlər və yalan arqumentlər
fikirləşib ona elmi don geyindirmək və əsəbinin zəif nöqtlərini tapıb auditoriyadan
dəstək almaq.
Hesab
etməyin ki, mübahisədə qazanan haqqlıdır. Bu mütləq qazanmaq vacib olan bir
metodur, bunun üçün qeyri insani davranışlara belə əl atılır. Mübahisədə həqiqətin
payı ola və ya olmayada bilər.
Aristotel
isə öz “Mövzular” əsərində mübahisəyə dair bir neçə fikir bildirir:
v Hər qabağına çıxan adamla
mübahisə etmə;
v Təkcə yaxşı tanıdığın, axmaq
şeyləri müdafiə etməyəcək qədər dərrakəli və utanılacaq vəziyyətə düşməyəcəyini
bildiyin adamlarla mübahis et;
v Nüfuzunun diktə etdiklərinə
görə deyik, səbəblərə, əsaslara söykənərək mübahisə etməyi bilənlərlə mübahisə
et;
v Təqdim olunan səbəbləri dinləyib
nəzərə alanlarla;
v Reallığa dəyər verən, rəqibin
ağzından belə olsa, yaxşı səbəbləri məmnuniyyətlə dinləyən və rəqibin doğru
sözlər belə deyəndə, yəni özü haqsız olanda da bunu həzm edəcək qədər ədalət
hissinə malik olanlarla mübahisə et.
Comments
Post a Comment