İqtidar və müxalifət düşərgəsi

İki çılğın düşərgə var: İqtidar və müxalifət.
Hər iki tərəfdə olan şəxsləri kifayət qədər tanıyıram.
Ümumiyyətlə hər iki düşərgədə olanların məqsədləri olur.
Başlayaq iqtidardan: Özünü həyatda və iş sistemində sübut edə bilməyən böyük kütlə hamısı toplanıb bir yerə. Yuxarı klanda olanlar isə uzun zaman vergidən yayınıb bundan əvvəlki sistemə düşmən olan, böyük torpaqlar ələ keçirmək istəyib həbs edilən, qara işlərə görə töhmət alanlardır. Gənclərə baxıram, əksəriyyəti dil bilmir və diplomlu diplomsuz da var. Amma bilirlər ki, burdan o yana gedəcək yerləri yoxdur. Həvəslidirlər, proseslərdən xəbərdar olmaq istəyirlər, güclü görünmək və qazanmaq istəyirlər amma.... bir məsələ var ki, ağıl və bacarıqları orda olmağa haqq etdirmir onları. Milli məsələ etmək istəmirəm amma reallıqdır, ortada ələk aparıb xəlvir gətirən və qazandıran azərbaycanlı gənclər və həvəskarlar, maaş alan, stul arxasında oturan isə qeyri azərbaycanlı.
İkinci düşərgə müxalifət. Haqq axataran, ədalətsizliyə qarşı vuruşan, daha doğrusu iqtidara qarşı vuruşan yaxşı bir gənclik var. Amma bu da çox təssüf edici haldır. Haqq üçün vuruşmaq üçün hər hansı partiyaya qoşulmağa gərək yoxdur, qazandırmaq yox qazanmaq üçün çalışmaq lazımdır. Bu durum da onların indiki və gələcək kariyerlarına xeyli zərər verir, özlərinin inkişafına mane olur. Yaxşı və maraqlı ideaları olsa belə adları üstündədir.
Nə zaman belə bir düşüncə var olacaq ona qədər belə mənasız və çobansayağı durum olacaq. İqtidarsansa, haqsan və doğrusan, müxalifətsənsə, düşmənsən.
Çox adam var ki, hər iki düşərgədən uzaqdır
Şahmat löhvəsi yada düşür belə hallarda amma bizim nə deputatlar, nə vəzifəli şəxslər, nə də mer olacaq namizədlər heç biri nə şah nə vəzirdir, onlar əsgərlərin komandiridir sadəcə, lap belə nə qədər hər kimik desək də yenə də özləri yuxarı xanalarda indiki, ələk aparıb xəlvir gətirənlərdən başqa bir şey deyil.Sizin qalustuğunuz xalta, stulunuz balans, beyninizsə boş səhra çölləridir.
Əsgərindən tutmuş komandirinə kimi, bir gün bu xalqın halal zəhməti sizin burnunuzdan çox dəhşətli şəkildə gələcək. Belə bir deyim də var, deyir övladları bəzən valideyinlərinin günahlarının cəzasını çəkir!

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!