Kimliyi məlum olmayan toplum



Borçalı borc alınanmı, Borç Alı borcu olan Alımı? Borçalı daima bədəl ödəyən yermi? Biz Borçalılar milli kimlik məsələsində ortada qalmış yetim kimiyik. Kimik? Ümumiyyətlə nəyik? Hər gün və əsasəndə ciddi tədbirlərdən sonra yeganə müzakirə edəcəyimiz mövzu. Kütlə olaraq bilmirik biz hardan gəlmişik. Bir neçə əsaslı və əsassız fikirlər var: Biz İrandan gəlmişik, Biz Türkiyədən gəlmişik- Kür çayı sahili boyunca koloniya sala-sala gəlib çıxmışıq bu yerə, biz Azərbaycandan gəlmişik və ora bağlıyıq. Bunları ayrı-ayrılıqda açıqlayaq. Bolnisi rayonunda olarkən bu haqda eşitmişəm və bəziləri özlərinin əslən tat olduğunu deyir. Türkiyə məsələsi də əslində ağıla batan mövzudur, həmçinin 100 il bundan əvvəl bizim bu zonalardan Karsa köçənlər olub, onlardan biri də bizim qohumlardan olub, bir nəfər mal-mülkünü, ailəsini qorumaq üçün buraları tərk edib, o vaxt sovetləri gücləndirmək üçün çoxlu mal-qarası olan adamların mülkünün böyük hissəsi əlindən alınırmış deyə köçüb gediblər. Ancaq ən həssas və hələ də mənşəyi və mənbəyi sual altında olan Azərbaycan məsələsidir. Azərbaycan tarixi və Gürcüstan tarixi bu haqda fərqli və zidd çıxış edir, tarixə də inanmaq olmur, indi gözümüzün qarşısında elə saxtakar tarixlər yaşanır ki, bilmirsən nəyə istinad edəsən.
Prezidentin Qardabanı səfərindəki çıxışı “Mən İlham Əliyevlə bu haqda danışıram, o da çox həssas yanaşır bu mövzuya və eləcə də Azərbaycanda yaşayan gürcülərə də”. Sanki ortalıq malıyıq, öz vətəndaşının hüquqlarını, müdafiəsini başqa ölkə ilə yarıya endirməkdir bu. Axı siz niyə bizi başqa adamla müzakirə etməlisiniz? Eyni zamanda baş nazirin söylədiyi fikir də çox yalnışdır. Sadəcə bu deyil ki, bir çox rəsmi görüşlərdə belə anlaşılmamazlıq var və bizim rəsmilərdə həmişə gözlərini döyüb iki kəlmə deməyib ki, belə deyil belədir. Əvvəl birdə belə adət vardı, Azərbaycan səfirliyi ev sahibi kimi Marneulidə ölkənin rəsmi şəxslərini qarşılayırdılar. Bu bizim torpağa xoş gəlmisinizmi demək idi əcaba? İndi biz hər məhsuldar və önəmli günlərdən sonra biri-birimizi qırırıq. Bu çox acınaqlıdır, bir xalq öz kimliyini bilmir, öz kimliyinə şübhəli baxır. Ancaq bu acı durumdan hər iki “dost” ölkə öz xeyirlərinə istifadə edir. Artıq neçə illərdir bu beləcə davam edir, sanki başqa problemimiz yoxdur. Bir jurnalist hər hansı regiona gedib orada yaşayan azərbaycanlı əhali ilə görüş keçirsə və elementar müsahibə alsa, o, səhih məlumat ala bilməyəcək. Qarşısındakı müsahib ona kim olduğunu deyə bilməyəcək. Azərbaycanlı, türk, Borçalı türkü, tatar kimik biz? Biz hardan gəlmişik? Biz hansı ölkəyə aidik mənəvi olaraq? Yoxsa aborigenmi? Bəlkə də indi olduğu kimi heç kimik biz, bəli heç kim. Mənim kimliyim, milliliyim bəli və məlum olmayan sadə insanlarıq biz...

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!