Konstitusiyalı ölkənin “kişilik” qanunları


Orucdan iftara, iftardan zorakılığa, tox qarınların macəraları
Kimsə sual etmədimi ki, seçkilərdə məntəqəyə hücum nə ilə nəticələndi, “ cinayətkar” cəzalandırıldı yoxsa yox? Ta Dünyanın o başına kimi bu xəbər gedib çatdı amma ictimai olaraq bizə gəlib çatmadı niyə, nə səbəbə, nə baş vermişdi realda. Bu hadisə rayonda yeni bir sistemin başlanğıcı idi. Özbaşnalıq, güc, dayaq və.s. Dünən olan hadisə bizi niyə təccübləndirdi ki? Son aylarda olanları görə bilmirdinizmi? Hətta indi vəziyyət o yerə gəlib çatıb ki, vətəndaş onu dəstəklədiyi sistemdən dayaq yeyir, təhqir edilir. Və o vətəndaş ki, özü nə vaxtsa sistem qurbanı olub indi özünü çox qeyri etik ifadə etməyə çalışır, bununla etirazını bildirir. Amma hər iki tərəfin də qeyri etik yanaşması bu cəmiyyətin hələ də nə qədər geridə qaldığının bariz nümunəsidir. Biri söyür biri əzir. Bunların bir adı var səviyyəsizlik və görməmişlik. Heç bir ictimai fəaliyyəti olmayan, dövlətinin qanunundan bixəbər kütlə idarəçəlik sisteminin sükanını əlinə alıb, bu avtomobil idarə edə bilməyən şəxs kimi təcəssüm edilir. Artıq burada bir öz güvən yaranır. Sistem içində yeni bir sistem baş qaldırır, bu sistem o sistemin hissəsi olduğuna görə öz kiçik sistemini qorumaq məcburiyyətində qalır. Deyəsən dünən Tiflisdə dağıdılan aksiya bir stimul vermişdi bu sistemə və onlar da öz iyrənc hərəkətlərini zəif və zavallı adamın üzərindən oynadılar amma bu dəfə top geriyə çevrildi, öküzün boynunu vurub bıçağı üstündə saxlamışdılar və biz bundan dolayı heç olmasa heç olmasa ölkəmizdə olan hüquq mühafizə orqanlarına xırda ümid bəsləyirik. İkinci tərəfdən bu bir mesaj kimi də qiymətləndirilməlidi­r, bax ey ehli Marneuli, siz yerinizi biləcəksiniz və bilməsəniz sizin aqibətinizdə bax bu cür olacaq. İtalyalı sosioloq Vulfreyd maraqlı nəzəriyyə irəli sürmüşdü, o hesab edirdi ki, əslində cəmiyyəti idarə edən elitadır və biz buna diqqət etməliyik, çox təssüf olsun ki, onun nəzəriyyəsi tanınmadı və önə çəkilmədi. Bu demokratik prinsiplərə zidd bir nəzəriyyə idi, xalq idarə edir ifadəsinə tam qarşı fikirdir, əslində həqiqəti deyirdi. Bəli indi Marneulidə də bir “elita” var və onlar küçə qanunlarına tabe olmaq və özləri də onun icraçısı olmaq istəyirlər amma və ancaq, hətta lakin bu tip insanlar düşünməlidirlər ki, sistem onları hər zaman sıradan çıxara bilər, çünki sistem üçün bu bir simvolik duruşdur əgər duruşunu pozarsan otuşdururlarsan elə böyük “sistem” tərəfindən. Bu sındırılma kütlə tərəfindən ciddi etiraza səbəb olmalıdır, sabah hər birimiz o vətəndaşın taleyini yaşaya bilərik. Kant maraqlı fikir söyləyirdi, buyurur ki, bütün fikir və düşüncələriniz elmi yolla çatdırılmalıdır əks tədqirdə cəmiyyət yerində saymış olacaq, onun müəllimi Simon isə deyir ki, hər nə olursa olsun cəmiyyəti bir yerdə saxlamaq üçün əlimizdən gələni etməliyik, şagirdi isə ona qarşı çıxaraq, cəmiyyəti bir yerdə saxlaya bilmərik biz, biz revolusiyalar etməliyik inkişaf üçün. Bəli biz də inkişaf üçün addımlar atmalıyıq sadəcə baxıb keçməməliyik.

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!