Kütlə cəhaləti dindən yox dindarlıqdan əmələ gəlir

Kütlə cəhaləti dindən yox dindarlıqdan əmələ gəlir!
Villi din ilə dindarlığı biri birindən ayırmaq lazımdır. Din müqəddəs və ilahidir, dindar isə adi insandır. Din doğru yolu göstərir, dindar isə o yol ilə getməyə çalışır. Bəzən düz, bəzən isə yalnış gedir. Din barəsində dindar etdikləri ilə mühakimə yürütməzlər. Biz hamımız tək olan Allah tərəfindən yaradılmışıq. Bu yaradılışda hamımız darağın dişləri kimi eyniyik. Hamımız insanıq. Birimizin digərindən heç bir fərqi yoxdur.
Rövşən Abdullaoğlu, psixoloji roman “ Bu Şəhərdə Kimsə Yoxdur”, Bakı, 2017
Birlik gözəldir amma təbii ki, birlik. Mən fikrimi məhz elə bu şəkildən və arxa pərdədən mülahizə edəcəm. Bunlar bizim “ liderlərimizdir” hərəsi öz sahəsində təbii olaraq. Bu gün məhz haqq, ədalət uğrunda vuruşun son qanlı günüdür.Bəs siz heç olmasa bir dəfə haqq üçün səsinizi çıxardınızmı? Bəs siz cəsarət tapıb haqqınızı tələb etdinizmi? Yox, inanınki, yox. Sadəcə bu şəkildə gördüyüm iki şəxsdən başqa kimsə haqq üçün danışmayıb.Kimsə təşvişə düşməsin iki adam haqqında söhbət Hacı və Mirtəqidən gedir. Birinci başlayaq ordan. Bu toplumun bütün dindar kütləsi harada idi? Sizin indi davam etdirdiyiniz din bizlər üçündür yoxsa sizlərin şəxsi mənafeyi üçün? Əgər bizlər üçündürsə bir gün belə əl ələ verib niyə bir yerdə ola bilmirsiniz? Bir din üçün fəaliyyət göstərən nə qədər fərqli düşüncəli təşkilat və qurum olar? Lap qalan liderlər olmasa belə elə onların da sizlərdən fərqi yoxdur. Allah bir, peyğəmbər s.ə.s eyni, davamçıları eyni, nədir bəs məsələ. Məsələ o deyil ki, bu qədər kütlənin önündə siz gedəsiniz, məsələ odur ki, o kütlə üçün çalışasınız.Orada getmək üçün sizin mənəvi haqqınız ola. Sizlər əllərinizdəki telefonların, əyninizdəki kostyumların hansının daha son model olduğu üçün yarışırsınız. Sizin və mənim tanıdığım peyğəmbər, onun vəlisi və davamçıları ilk ümmətini düşünüb, şahid olmuşam muzeylərdə peyğəmbərin yamaqlı libasını görmüşəm. Amma sizdə heç onun davamçılığı sifətini belə görmək olmur. Mənim bu insanların həyatından bildiyim özünü bu yola həsr etmiş lider ən son model maşında gəzməməli, ən lüks otellərdə gəzməməli, qonşusunun qarnı aclıqdan üsyan edəndə ev iki yoxsa üç mərtəbəli tikdirmək haqqında düşünməməlidir. Sizin indiki yaşadığınız və bizlərə sırımaq istədiyiniz sizlərin dindarlığınızdır, bunun islam və onun əsl davamçıları ilə heç bir əlaqəsi yoxdur. Din sizlər üçün şöhrət vasitəsidir, din sizin üçün asan qazanc yoludur, dindarlıq sizin üçün sadəcə vəzifədir, insanlıq və din vəzifəsi yox. Sizin indiki etmiş olduğunuz cahillikdir. Haqq üçün vuruşan biri üçün bu qədər adam toplanıb amma öz haqqı üçün isə bir dəfə etiraz edən on nəfəri bir yerdə görmək olmur. Utanırsınız heç? Ayıb deyil on gün ayaq döydünüz Allah evininin qapılarına gedəndə? Bəs indi haqq və ədalət üçün vuruşub ailəsini, özünü qanlara qəltan etmiş adam sizi görüb nə deyərdi? O məktəbin nə şagirdi, nə davamçısı, nə də həqiqi üzvüsünüz. Bəs siz kimsiniz? Mən bilmirəm siz kimsiniz, sadəcə əzbərçi dindar kütlə, Allahını və peyğəmbərini ruhən tanımayan böyük kütlə.
Dəfələrlə tədbirlərdə rastlaşmışıq haqqı tapdanıb, təhqir olunublar amma səsləri çıxmayıb. Topluma isə ən asan cavab. Hər şey siz bildiyiniz kimi deyil, hər şeyi demək olmur. Xeyr hər şeyi deməkdə olar tələb etməkdə amma bu yol çətin yoldur o yolda malınızdan, mülkünüzdən və canınızdan ola bilərsiniz. Siz bilirsiniz niyə susursunuz? Keçmiş çepelərinizdən, şəxsi işlərinizdən qorxursunuz bunun Allah qorxusu ilə heç əlaqəsi yoxdur.
İndi hesab etməyin ki, bunu edənlər sadəcə bizimkilərdir, xeyr elə ölkə cəmiyyətində keşişlər belə eyni şeyləri edir yuxarı aşağı!
Bir məmləkətdəki acından insanlar ölür və ya onlar aclıqdan əziyyət çəkir deməli o məmləkətin başçıları oğrudur. Kim nə qədər oğrudur nadandır bunu sizin vicdanız bilir sadəcə!

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!