“Müstəqillikdən azadlığa doğru – Respublikanın 100 ili”



İlk növbədə diqqət çəkən məqam bu görüş üçün azad və əlçatan məkanın seçilməsi idi. Mülki Məşğulluq Mərkəzi heç bir siyasi mövqe daşımır. Biz rəsmi şəxslərlə görüşün qapalı, xüsusi dəvətlə, xüsusi insanlarla rəsmi yerdə keçirilməsinə adət etmişik. Bu bir yenilik idi bizim region üçün.
Görüşə qatılmaq könüllü idi. Siravi vətəndaşlar qatılmışdır. Amma mən daha böyük kütlə gözləyirdim. Yəqin bu yuxarıda qeyd etdiyim adətdən və rayonda olan informasiya vakumundan yaranan bir səbəb idi.
Görüş zamanı prezident “Müstəqillikdən azadlığa doğru – Respublikanın 100 ili” haqqında söhbət etdi.
Sonra isə sual cavab formatında davam etdi. Yerli əhali onları narahat edən məsələlər haqqında danışdı amma nədənsə prezident bu problemlərə birbaşa cavab vermirdi, rəsmi şəkildə ötərgi cavablar verdi. Eyni zamanda laqeydlikdə hiss olunurdu. Bəlkə bu onun şəxsi xüsusiyyətindən irəli gələn məsələ idi amma qeyri-səmimiyyətlik açıq aşkar hiss olunurdu, hətta görüş sonrası mənlə şəxsi görüşdə də bunu açıq hiss etdim, görüş zamanı sualı gürcü dilində səsləndirdim və görüş sonrası şəxsən söhbət etməyi bildirdi, görüşdən sonra yaxınlaşaraq rus dilində müraciət etməsi mənə çox bayağı gəldi bu deyəsən şərtsiz refleksdir, burada yaşayan etnik əhali ilə ortaq dil rus dili kimi.
Orada bir neçə məktəb direktorunu və müəllimləri gördüm amma təssüflər olsun ki, təhsildə olan problemlər haqqında heç biri sual ünvanlamadı. Bu görüşdə də gənclər açıq birbaşa suallar ünvanladırdı.
Bu suallar içərisində təbii ki, dəxilsiz və yersiz olanlar da vardı. Sonradan sosial şəbəkədə bu haqqda oxudum və Azərbaycanın hər hansı saytısa bunu ciddi bir məsələ kimi tirajlamışdı öz məqsədlərinə və media standartlarına müvafiq olaraq. Bu sual Xocalı Faciəsi haqqında idi və bu suala prezidentin cavabı çox adekvat, rəsmi olaraq doğru idi. Gərək bizim vətəndaşlar bilsinlər ki, bizim eyni dildə danışmağımız eyni mədəniyyəti fərqli sərhədlər arxasında yerinə yetirməmiz bizə hüquqi olaraq başqa status verir, qonşu və ya başqa ölkənin vətəndaşı. Bundan əlavə mən bir Gürcüstan vətəndaşı olaraq bu kimi mühüm və məqsədi sadəcə Gürcüstanda yaşayan azərbaycanlıların problemi olan məsələlərin müzakirəsində bu kimi mövzuların səsləndirilməsinə və müzakirəsinə qarşıyam. İstər parlament səviyyəsində edilən çıxışlarda. Bu tribuna vətəndaşların probeləmlərini səsləndirmək üçündür. Bu o demək deyil ki, bu hadisəni inkar edirik. Soyqırımı unutmadıq və bunu insanlığa qarşı törədilmiş vəhşilik kimi qiymətləndiririk və bunun dünyəvi olaraq tanınmasının tərəfdarıyıq amma bu kimi adi üstündə olan görüşlərdə bu kimi söhbətlər yersiz, əksinə ikrah doğurur.
Görüşdə yerli bələdiyyə rəsmlərinin və eyni zamanda bizim yerli məmurların iştirak etməməsidə fərqli mövzudur. Prezident şəhər merini axtardı. Müavin gəlmişdi o da özünü gizlədirdi.
Bildiyimiz kimi prezident və hakimiyyət arasında gərginlik var. Bu görüşdə və gəlməyən rəsmlərdən də açıq hiss olunurdu. Bizim məmurlar isə bu buzdan dolayı uzaqda qalmışdılar. “Yəqin” xəbərləri olmayıb.

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!