Özümüzü bizdən xilas edək.


7-ci sinifdə oxuyurdum. Biz Azərbaycan tarixi keçirdik. Yaddımda qalan maraqlı bir dərslik vardı. Mövzu tam olaraq yadımda deyil amma ümumi olaraq söhbət o zamanların xanlarından və əhalinin onlara münasibəti haqqında idi. Kasıb əhali koloniya şəklində xanın sarayının yaxınlığında düşərgə salırdı. Bununla onlar heç olmasa sarayın lazimi işlərinə yarayır və qəpikdən quruşdan alırdılar, eyni zamanda xanın qonaqları olanda artıq qalan yeməkləri atırdılar və kasıb ailələr o yeməkləri aparıb yeyirdi.Yəni xanın sarayı yaxınlığında yaşamaq onlara maddi olaraq su sıçrada bilirdi.
Dünən bir məsələ haqqında düşünürdüm və nədənsə bu keçmiş tarix dərsini xatırladım, əsrlər keçib amma biz hələdə keçmiş metodlardan istifadə edirik. Yeni ideya düşünmək qabiliyyəti olmayan beyin bir az düşünmək istəyəndə error verir.
Keçək əsas mövzuya. İllərdir bizim gözümüz qarşısında baş verən hadisələr, inkişaf etməkdən imtina edib sığınmaq istəyən gənclik hakim roldadır. Gənclərin əksəriyyəti öz potensialından istifadə edə bilmir, öz gücünü başqası üçün istifadə edir, başqası isə bu gücdən istifadə edərək daha da güclənir və güc aldığı fiqura isə kölə kimi baxır.
2009-2010 cu illərdə rayonda olan təşkilatlardan birdəfəlik uzaqlaşdım, çünki mənim iddialarım orada məhdudlaşırdı və artıq köləyə çevrilmək qaçılmaz idi mən özümü bundan xilas etdim və tək yola çıxdım mənimlə eyni vaxtda ictimaiyyətə başlayanlar arasından daha çox uğur qazandım. İndi gənclərin çoxu yapışıb kiminsə yanına, nəsə xidmət etməli və sonra buna müvafiq iş verilməlidir. Hamı çalışır ki, vəzifədə olan şəxslərə daha yaxın olsun, onlara otursun dursun, bacara biləcəyi işləri görsün gözə girmək üçün. Amma deyərdim ki, bu işə yarayır, ağlınıza gəlməyən adamlar gəlir haradasa aid olmadığı bir yerdə işə düzəlir, düzəlsin götürməyənin gözü kor olsun, amma adam gərək bir güzgüyə baxa və özündən soruşa ay qardaş mən bu yerə layiqəm yoxsa yox? Nə olsun ki, filankəsdə layiq olmadığı yerdə işləyir, gərək səndə bəs gələsən? İndi hələ sırasını gözləyən nə qədər adam var, onlar iş gözləyir ki, dəyərli arxası bunu işə düzəltsin. Lazımdır sizə həmişə kiminsə gözü qarşsında kölgəli olmaq? Onun xahişlərini məcburi yerinə yetirmək? Axı niyə kiməsə yamaq olmaq sizə bu qədər rahat və əlverişlidir? Əgər gözünüzü çox hündür bir yerə dikmisinizsə heç olmasa normal savad alın, 51 keçid balını alıb axırda əlinizə kor diplom alıb gəlib bu millətin evini yıxmayın. Sosial şəbəkələrdə izləyirəm statusları filan, yəni bu qədərmi? Sağlam müzakirə edə biləcəyim və kimdənsə asılı olmayan 2-3 nəfər adam var ee bu boyda rayonda. Bu özünü çox ucuza satan məmurların əksəriyyətinin ali sənət əsəridir, məhz o savadsız qövmün sayəsində bu gənclik bax belə vəziyyətə düşdü, siz təssəvür edirsinizmi, yüksək rütbəli məmur öz əsas vacib işini kənara atıb əlinə telefon alıb tənqidçilərin bəyənənlərə görə zəng edir onlara? Mən şəxsən bu standartı heç yerə yerləşdirə bilmirəm qəhqəhə çəkib gülməkdən başqa, tənqid varsa deməli problem var, çox bəsitdir, bu problemi həll etməyə çalışmaq lazımdır əlində olan gücdən istifadə edib, hətta soruşmaq belə ayıb deyil ki, əziz ictimaiyyət əhli siz necə düşünürsüz biz birlikdə bu problemləri necə həll edə bilərik, gəlin dəstək olaq rayonumuzun inkişafı üçün, siz bu sonluğu təssəvvür edin, necə maraqlı, səviyyəli bir addım olar nəinki, boş işlər, fake profillərlə bunun qarşısını almaqla daha da iyrənc və çıxılmaz vəziyyətə düşməyə gərək qalmayacaq. Kimi ideya verə bilər, kimsə onu həyata keçirmək bacarığna qadir olar, bax beləcə bütün yuxarıda olan hallardan xilas olarıq.

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!