Quyuda tütək çalanlar

Quyuda tütək çalanlar

Problem yoxdur, hadislər var və hadisələrin mənfi nəticəsini problem hesab edirik. Bəs müsbət nəticəsi? Hüzurmu? Xoşbəxtçilikmi? Səadətmi? Bəlkə bir dəfə də hadisə kimi yanaşıb bu nəzəriyyədən tətbiq edək? Bəs hesab etmirikmi, bir şeyin adı hadisədirsə o insanlar tərəfindən yaranır və icra edilir? Biz suni məsələləri niyə nəzərə alıb onu barəsində düşünmək istəmirik əcabə? Bizim dərin "zəkamız" nədənsə o qədər dərin işləmir. Biz problemlərə saqqız kimi baxırıq, çürüyənə kimi çeynəyirik, sonra da atırıq, ya da ki, o saqqızı bizə tətbiq edirlər. Çeynənilmə və çürümə arasındakı məsafə çox uzun vaxt itkisidir və bunu heç ölçmürük. Əslində heç düşünmürük ki, saqqız çeynəməkdən başqa da alternativ var. Nəisə buna praktik baxaq. Parlamentdə bizim 4 fiqur, 4 nəfəs alan canlı varlıq var, o şəkildə nəfəs alan ki, oksigenləri yalnız özlərinə çatır. Birdə keçək yerli sistemə, dilsiz, ağılsız bir xeyli Sakrebulo üzvü daha doğrusu "bomba oğlanlar". Hardan, niyə, nə səbəbə ordadırlar nə özləri bilir, nə biz, yalnız dominant və məqsədli sistemdən başqa. Hər görüşdə yuxarı qalxan 5 barmaq. Hansı, nə, nə səbəbli qərarlara yuxarı qalxan 50 sm-lik uzun bir şey. Bax elə bunlardır bizə verilən saqqızlar, boş durmadan çürüt ha çürüt, sonra 4 il keçir, 4 il də, gələn 4 il yenə çeynə ha çeynə, sonra at. Sonra da qalx de ki, hey-hay hüy, Marneulidə yalnız abad 5 kənd var qalanları isə bərbad, çünki orda deməzsənmi biz yaşayırıq ona görə belədir. Amma düşünmürük ki, biz bir quyunun içində tütək çalan ikinci dərəcəli alt qatıq. Çalhaçal, yalnız bir quyu birdə biz eşidəcəyik öz ritmimizi.

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!