Seçkilərdə bərabər hüququlu vətəndaş olan “ Azərbaycanlılar”



Biri varmış biri yox, bir məmləkət varmış, tarixdə adı Borçalı kimi keçmiş, zamanımıza Kvemo Kartli olaraq gəlmiş, o yerin insanları öz əsl kimliklərini bilmədən yaşamış və gəlin indi biz onlara şərti azərbaycanlı deyək. Onlar keçmiş sənədlərə və hekayələrə istinadən əvvəllər yüksək mövqe sahibi olmuş, öz yaşadığı yerlərdə söz və haqq sahibi olmuş, sonra ümumi məmləkət olaraq imperiyaya daxil olsalarda, milli, dini, mədəni adətlər ciddi şəkildə ləğv edilsə belə onlar uzun müddət bunu qoruyub saxlaya bilmişdilər. İllər keçir, zaman dəyişir, imperiya dağılır. Ortaya yeni-yeni maraqlı, maraqsız kişilər çıxır və bir müddət sonra onlar da yox olur.

Gələk indiki zamana və son on illikdə, bu keçmiş məmləkətdən qalan kütlə öz icma üzvlərinin vasitəsi ilə, öz yaşadıqları tarixi torpaqlarında öz dəyərlərini, haqqlarını itirməyə başlayırlar. Burada təbii ki, müasir qalustuk və kreslo üçün bir çox uşaqlar xeyli canfəşanlıq edirlər. Onların bu qədər əziyyətləri nəticəsində ali yerlərdə mövqə tuturlar, maaş alırlar amma it yerinə qoyulmurlar, nə sözləri keçir nə də hörmət görürlər, ali vəzifənin süpürgəçisi belə ona tatar deyib yuxarıdan aşağı baxır. Tədbirlərdə filan biz onları saldış solduş kimi görə bilirik icma içində.

İllər keçir, yenə illər keçir, regionda ciddi seçki atəşfəşanlıqları yaşanır və burada da bizim uşaqların göz oxşayan fəaliyyətləri olur, sonra başlarına kiçik bir sığal şen magari xar, ğoçaği xar dan havalananlar bundan sonra daha çox iş görəcəklərinə cani qəlblə söz verirlər.
İndiki zamanda, regiona yalnız seçkidən seçkiyə axın edən mərkəz ali vəzifəliləri tez-tez gələrək, sevə sevə görüş keçirirlər, şanlarına tərif deyirlər. Bu kiçidilmiş, əzilərək bir küncə sıxılmış icma insanları da bundan necə sevincək olurlar ilahi, alqışlar, alqışlar. Amma ildə iki ay bərabər hüquqlu vətəndaş olmaqdan biz necə faydalanırıq? Təbii ki, heç bir şəkildə, yalnız müəyyən qrup ali hərakatı bazara çevirərək bir az biznes qurub qəpikdən, quruşdan qazanır. “Bizim üçün ən əsası, dövlətçilikdir, təki onların canı sağ olsun, biz zəhmətə alışmış xalqıq bizə bir şey olmaz, lap olsa belə arxamızda dağ kimi Azərbaycan durur, bizə nəsə etsələr gəlib cəzalandırar Gürcüstan dövlətini” deyib keçərik və lap da düz edirik...

Ancaq bu icma başa düşmür ki, sadəcə bir körpü rolu onlara hansı üstünlükləri verə bilər arxalandığı gücdən? Hələ də görə bilmirlər ki, o güc bu regionda öz haqqını itirib və artıq himayədarlıq etmək üçün elə sizi qurban vermədən söz sahibi, haqq sahibi ola bilməz?
Və xülasə biz nə qədər seçkilər görmüşük və əmin olmuşuq, hətta şahidi olmuşuq ki, seçkidən sonra bir adam yerinə qoyulmayan gəlmə tatrebidən başqa bir status yoxdursa indi bu icma yenə nəyin kayfını yaşayır görən? Hesab edirəm ki, indi də düşünmə və dərk etmə ki, dəyərlər itirilib və ona görə nəticə çıxarmaq mümkünsüz hala gəlib. Necə deyirlər alan razı verən razısa bizə nə...!
Başlığa uyğun məzmunlu yazıları əvvəlki qara cızmalarda yazdığımdan təkrar etmirəm.

Yazdı: Samira Bayramova
 — with Samira Bayramova.

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!