“Siyasət peşə və həvəs kimi”

“Siyasət peşə və həvəs kimi”
Maks Veber sosioloq və politoloq kimi elmə böyük töhfə vermiş şəxslərdən biridir. Onun öz zamanında qələmə almış olduğu əsərləri hələ də öz aktuallığını itirməyib. Bir çox fərqli sahələrdə onun nəzəriyyələri hələ də tətbiq edilir. Məlum olduğu kimi nəzəriyyələr hər hansı uzun illərin araşdırmalarının nəticəsi olaraq yaranır. Maks Veberin “Siyasət peşə və həvəs kimi” əsərini oxuyanda bizim hal-hazırda yaşadığımız zamanın necə də dolğun əks etdirdiyini anladım və gözümün önünə bizim siyasətçilər və onların fəaliyyəti və siyasət həvəsləri canlandı. O hesab edirdi ki, siyasətçi mənəvi etika və məsuliyyət, öhdəlik etikasının tarazlığını saxlamağı bacarmalıdır. Bu tarazlığı saxlamaq üçün müəyyən güzəştlərə getməlidir və atdığı addımları bədəninin hər hansı üzvü ilə deyil əqli, beyni ilə atmalıdır. Əgər biz siyasətə bir elm kimi baxsaq onda iki yol mövcuddur. Ya biz siyasət üçün ya da siyasətin xərcinə yaşamalıyıq. Siyasət üçün yaşayanlar öz mənafeyini və güzaranını düşünmür o sadəcə olaraq üzərində məsuliyyət hiss edərək öz işinə vicdanla xidmət göstərir və bu davranışı onun həyatının mahiyyətinə çevrilir. İkinci qrup isə siyasətin xərcinə yaşayanlardır. Bu qrup şəxslər isə siyasətə yalnız öz daimi gəlir mənbəyi kimi baxanlardır. Güc və hakimiyyət onlar üçün az əhəmiyyətlidir və onlar problemsiz olaraq “yuxarıdakıların” birinciliyini və çox yaxşı olduqlarını qəbul edir və özlərinin tabeliyində olanlara da qəbul etdirməyə çalışırlar. Siyasət xərcinə yaşayanlar hakimiyyəti özü naminə yaşayır ki, onun verdiyi hörmətdən həzz alsın. Biz son 5 ilə nəzər yetirək və bizim “ siyasətçilərin” həyat tərzinə və fəaliyyətinə diqqət yetirsək görərik ki, onlara siyasətə həvəs və öz maddi gəlirləri kimi baxırlar. Onların lüks həyatları, lüks maşınları və brend geyimləri, saatları var, onlar daima əyləncə və kef məclislərində yalnız öz xoş güzaranları üçün çalışanlardır. Amma fəaliyyətlərində xalq, vətəndaş üçün bir şey yoxdur. Yalnız seçkilər gələndə isə öz ağalarını tərif edər, öz hakim partiyalarının birinciliyi və gücü haqqında danışar amma öz ərazilərindəki yığılıb qalan problemləri heç xatırlamaz və yalan dolu vədlər verərlər. Onlar sadəcə kreslolarını saxlamaq üçün dəridən qabıqdan çıxar, yalan vədlər, çıxışlar edər amma görmüş olduqları işlərdən heç danışmazlar. İndi əvvəlki illərə nisbətən vətəndaş siyasət üçün və siyasətin xərcinə yaşayan siyasətçiləri seçib ayırd edə bilirlər.

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!