Təcavüzə uğradılmış təhsilimiz və qorxularımız


Yazılarımı bütün siniflərin rahat başa düşməsi üçün çox sadə dildə yazıram, akademiklikdən və fasolardan uzaq... Bizim bir kimliyimiz və təhsil sahəsində yüksək fikir söyləyən alimimiz olmadığına görə mən başqa ünvana müraciət edirəm. “Alim bank xəzinədarına oxşayır, onun əlində böyük xəzinələrin açarı var, amma bu xəzinələr onun deyil.” L.Berne belə deyib. Bu cümləni aprel ayının 11-i xatırladım, bu cümlə o günün müxtəlif hissələri üçün necədə uyğun deyilib. Dostumuz Elvir Hasanoğlu gənc fəal, “Radio Marneuli” nin canlı yayımında efirə çıxan “Müzakirə Nöqtəsi” verlişində maraqlı fikir söylədi , “Məktəblər bir imperiyadır”. Məndə buna əlavə edərək deyərdim ki, bu imperiyanı isə statusu tanımayan imperator idarə edir. İmperiyanın tərkibində olan imperçiklər isə oradan öz gələcək nəsillərini artırmaq üçün gəlin seçir və onu öz yerinə hazırlamaq həvəsi ilə monarxiya üslübunda hərəkət edirlər. Mərhələli şəkildə bu qarışıq cümlələrdən aydınlığa çıxaq. Məktəblərdə gürcü dilinin tədrisinin yaxşılaşdırılması üçün dövlət proqramları hazırlandı və artıq xeyli vaxtdır ki, tətbiq olunur. Əsas mövzuya keçməmişə qədər ötəri bir sual verim. Yaxşı bu proqram belə ali səviyyədə tətbiq olunursa niyə hələ də bu “etniklər daha doğrusu gəlmələr” imtahanı azərbaycan və erməni dilində verirlər? Deməli bu müəllimlərin əksəriyyəti köməkçi müəllimdir, buna dair Təhsil və Elm Nazirliyindən xüsusi sənəd tələb edib baxmışam. Amma digəl bunların əksəriyyəti direktora belə xox gəlirmiş, deməli öz hüququnu bilməyən bir çox direktorlar onlardan özünü asılı vəziyyətə salıb. Bu haqda bir neçə məktəb müəllimləri ilə söhbətim olub. Onlar əmək təlimi, idman,rəsm, nəğmə kimi dərsləri keçmir iş saatlarından bir saatda əvvəl tez gedirlərmiş filan. İkinci bir məsələ: Məktəblərdə attestat imtahanına gələn nəzarətçilər sadəcə gürcü dili və ədəbiyyatdan uşaqların imtahanına kömək edir, onların testlərini yazdırır əl işarələri ilə, bu yəqin bu proqramın necə də uğurlu keçirilməsini sübut etməkdən ötəri lazım olan jestdır. Bizim region yeganə regiondur ki, məktəb özünü onu avadanlıqla təmin edən Resurs Mərkəzindən asılı salıb. Belə çıxır ki, bizim direktorlar asılı olmağı özlərinə böyük şərəf bilir. Bizim rayonda artıq idarələr qruplar və şəxslər arasında bölünüb, amma harada daha çox maliyyə oynayır orada bizimkilər yoxdur. Merimizin də dediyi kimi biz gürcü torpağında yaşayırıq və gürcülərə hörmət etməliyik, elə buna görə də biz onlara hörmət edirik. Yeganə bir az təsirli sistem olan təhsil bizdə qalıb, amma o da böyük qruplaşmaya xidmət üçün, çünki biz özümüzü daha yaxşı tanıyırıq, kimi necə sıxışdıra bilərik, necə hakimlik edə bilərik kimi psixoloji durumumuzu bilirik.
Qayıdaq aprel ayının 11-nə, deməli deyirlər ki, bu təhsil sistemi azaddır, bunun seçimlə, seçki ilə nə əlaqəsi? Mən də sual edirəm ki, direktorların və müəllimlərin "Gürcü Arzusu"na rayon sədri seçmək işində nə işləri əcabə? Bunlar zalı doldurmaq, yoxsa dəstək üçünmü gəlmişdilər?
Biz bu ölkədə qardaş bacı kimi yaşayırıq bütün millətlərlə simvolik ifadəsi elə buna aiddir, bizdə Tamaz bəyi təbrik edirik, ona bütün rayonu bazara çevirməyi arzu edir və seçkidə xərclədiyi pulların hamısını geri qaytarmağına duaçıyıq, adam millətin əlində ovucunda olmayanda bu millətə pul paylayıb, bizi 1990-cu illəri unutduq amma 2016-cı ili unutmayacağıq...
Ölkənin B planı, ölkəni dindarlaşdırmaq və məktəblərdə dini təhsil, o təhsili verəcək bizim “mollalar”. Bu mövzuların geniş ardı olacaq.
“Elmin dəyirmanına su tökənlər bəzən bu dəyirmanın kimin üçün üyütdüyünün fərqində olmurlar.”
Əbu Turxan

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!