Xalq artisti yoxsa fahişə?

Bu haqqda nə vaxtsa bir kitab yazacam amma indi elə belə içimdən keçdi. Biz mahnıları dinləyib zövq alırıq. Tamaşa izləyib xoş hal oluruq. Amma nədənsə bizə bunu bəxş edənlərə qarşı çox amansızıq. Onların şəxsiyyətlərinə qarşı qəddarıq. Çox qeyri insani baxışlarımız var. Əgər sizin çox yaxşı səsə və aktrisalıq bacarığına malik bir bacınız olarsa ona müğənni olmağa yaxud aktrisa olmağa imkan verməsiniz. Bir kodlanmış cavab var. Gedib pozğunmu olacaqsan özünü millətə göstərib. Fərqi yoxdur incəsənətin hansı növüdür, bu bacarıq bir qadında olanda o bacarıq onda məhv edilib gedir. Bu yaxınlarda bir xanım haqqında verliş gedirdi. Bu xanım məşhur ifaçı olub. Onun haqqında o qədər gözəl sözlər deyilirdi ki. Ancaq bu sözlərin arxasında qulağıma birdə ona deyilən həqiqi sözlər pıçıldanırdı. O bir xanım kimi incəsənətə öz töhfəsini verib, hələ çox illər biz onun mahnılarını dinləyəcəyik. O mahnılarda özümüzü axtaracağıq amma heç vaxt biz öz vəhşi və iyrənc xislətimizdən əl çəkməyəcəyik. Daima onlara mənəvi zərər verəcəyik. Fərq etməz zamanın. Bizdə insan kimi mədəniyyət və mərifət formalaşmayana kimi biz buna davam edəcəyik. Əməkdar artist, xalq artisti əvəzinə onlara əsl insanlıq təltifini verə bilsəydik kaş. Bir dəfə çox hörmətli ədəbiyyatçı ilə söhbət edirdik. Yazarlardan söz düşmüşdü, o zaman heçdə yaxşı tanımırdım o yazarı. Bu xanım tənqid yazmışdı onun yazısını müzakirə edirdi. Bu ədəbiyyatçı onun tənqidini əsaslandırmadı sadəcə “onu hamı tanıyır kimdir, məni də bağışla “ qəhbədir” güclə bir oğlan tapıb ondan uşaq dünyaya gətirib, tərbiyyəsizin biridir”. Və mən bundan çox sarsıldım. Sonra bu yazar haqqında maraqlandım və onun bəzi yazılarında bir yazar qadın olmağın və ümumiyyətlə bu cəmiyyətdə tanınan bir qadın olmağın necə çətin olduğunu qeyd edirdi. Uzaqdan yaxından araşdırdım ki, yox sadəcə bir ziyalı xanımdır. Arada mənə də deyirlər ki, yazı filan yazıb özünü göstərirsən? Bütün buna dair müşahidələrimdən irəli gələrək bu məsələdə istisna etmirəm. Bizim hamımız elə qadınların özü də qadına qarşı çox amansızdır. Ana, ata qızına, qardaş bacısına, ər arvadına, qaynana gəlinə. Bu cəmiyyət qadına qarşı ədalətsizdir, amansızdır və çox iyrəncdir. Təsəvvür edin bir xanım keçir və ətrafda saysız insanlar var. Mənim təsəvvürümdə bir meşəlik canlanır, o xanımda yaraşıqlı heyvan kimi misal olaraq maral yaxud ceyran. Ətrafdakı kişilərin indi bir arzusu var ki, ibtidai icma dövrü olsa kaş və biz onu məhv edək parçalayaq. Ətrafdakı qadınlar isə bəzisi paxılığından bəziləri də hirsindən, pis niyyətindən gah onun paltarına gah da yerişinə yüz söz düzüb qoşacaqlar. Baxımsız və bunu bacara bilməyən qadın ona içində həsəd aparacaq ancaq dildə isə deyəcək ki, Allaha bilir kimin nəsidir. Yaşlı qadın “ beləsini qapımda bir dəqiqə saxlamaram. Bilmirəm çox çətin sualdır bəs ona kim yaxşı bir ad verərdi görəsən? Özümü bayağı mövzulardan çəkindirirəm amma məsələ budur ki, biz inkişaf edə bilmirik axı necə başqa başa düşülməyən və anlaşılmayan səviyyəli yazı yazasan.

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!