Tanrılar şəhəri Afina
Qədim
Yunanıstanın dünya sivilizasiyasında müstəsnə rolu olub. O, torpaq Aristotel,
Platon, Sokrat kimi dahilər yetişdirib və hər kəs bu dünyaca məşhur filosoflar,
eyni zamanda tanrılar şəhərinə səfər etmək arzusunda ola bilər. Bütün dünya
dillərində yunan dilindən keçmə ifadələr var. O, torpaqlar Böyük İsgəndərin məmləkəti,
Olimp dağlarının yerləşdiyi yerdir. Ümumiyyətlə sayıb bitirmək olmur. İlk teatr
da məhz Yunanıstanda yarandı.
Əgər
siz səyahət etməyi sevirsinizsə o zaman yaxşı olar ki, Wizz air in
discount klubuna üzv olasınız. İllik üzvlik haqqı 30 evrodur, bəzən
özəl günlər olanda müəyyən endirimlər olur, mən son dəfə 20 evro ödədim. Bu
kluba üzv olmaq nə üçün vacibdir? Hər aldığınız biletdə 10 evro endirimdir, il ərzində
bir neçə dəfə səhayət etsəniz çox sərfəlidir. Hal- hazırda uçuşlar Kutaisidən həyata
keçirilir. Tbilisi –Kutaisi (aeraport) istiqamətinə Georgian Bus (Azadlıq
meydanı, Puşkin parkı) və Omni Bus (Rustaveli metrosu, velosiped) xidmətləri
var (pulsuz su), əgər siz hər iki tərəfə gediş-gəliş bileti alsanız o zaman 10%
endirim əldə bilərsiniz.
Afina aeroportundan şəhər mərkəzinə getmək üçün
birbaşa avtobus xəttləri var, metro bahadır (10 evro). Avtobus nömrələri: X93,
X95, X96, X97.Qiymət: 6 evro (tək gediş) Şəhərin mərkəzi Sintaqma meydanına gəlir
(Parlament binasının qarşısı). Yolçuluq 40 dəqiqə.
Nəzərə alın ki, Afinada kriminal və oğurluq çox tez-tez
baş verir, ona görə də hostel, hotel, ev götürdüyünüz zaman mərkəzdən götürün.
Bəzi küçələr varki, çox təhlükəlidir. Hətta bəzi küçələr çox təhlükəli görünsə
belə orada zərərsiz miqrantlar yaşayır, onlar sizə bir şey etməyəcək sadəcə kənardan
görməmiş kimi baxırlar. Mən qalacağım hostel şəhər mərkəzindən 1.1 km məsafədə
Athens Hawks idi, sərfəli
qiymət, təmizlik, təhlükəsizlik yüksək səviyyədə, sadəcə bu küçədə zərərsiz
miqrantlar yaşayır, mən gecə saat 1də qayıtdığım vaxt olub və heç bir təhlükə
ilə qarşılaşamışam. Əgər sizin hosteldən çıxmaq vaxtınız saat 11 və uçuş
vaxtınız gec saatlarda olsa problem deyil, çantanızı və başqa əşyalarınızı
saxlaya bilərsiniz, istədiyiniz vaxt qayıdıb götürə bilərsiniz.
İlk gün. Bütün şəhərlərdə free walking tour götürürəm, 2.5-3
saatlıq piyada turdur, şəhərin əsas yerlərini göstərir və ətraflı məlumat verir,
ucuz restoran, alış veriş və.s kimi istənilən məlumatlar da ala bilərsiniz və
sonda hörmət və dəstək xatirinə cuzi məbləğdə ödəyirsiniz (5 evro). Hər bir şəhərin öz ruhu və maraqlı hekayələri
var, nə qədər videolardan və yazılardan məlumat alsanız belə bu yetərli deyil.
Turda əsasən 15-20 nəfər olur, sonra o turistlərlər tez-tez şəhərdə raştlaşıb
salamlaşaraq, xoş əhval ruhiyyə bəxş etmək olar, sanki yad şəhərdə yaxın bir şəxslə
rastlaşırmışsınız ki.
Akropolis. Şəhərin ən qədim hissəsi, keçmiş şəhər və
hətta yuxarıda adlarını çəkdiyim dahilərin o yerlərdə vaxt keçirdiyi yer, indi
sadəcə sütunlar qalıb. Bu günə kimi isə Dionis teatrı qalmaqdadır, o teatr ki,
ilk dəfə orada səhnə göstərilib və teatr yaranıb. Afina şəhərini yüksəklikdən
izləyə bilərsiniz. Giriş 10 evrodur amma siz bununla yanaşı muzeylər paketi
almağı düşünürsünüzsə onda 30 evro ödəməlisiniz. Jurnalistlər, əlil şəxslər,
şagird və araşdırmaçılar üçün pulsuzdur. Eyni zamanda 6 mart, 18 aprel, 18 may,
sentyabr ayının son həftəsi (Avropa irs günləri), 28 oktyabr və noyabr ayının
1-dən mart ayının 1-nə kimi hər ayın ilk bazar günü pulsuzdur. Əgər bu günlərdə
orada olmasanız təklif edərdim ki, sadəcə 10 evroluq bilet alın, geridə qalan
muzeylərə elə kənardan baxmaq da olar, fərqi yoxdur hasarın xaricində yoxsa
daxilindəsiniz, həmin yerlərdən geriyə sadəcə daşlar və sütunlar qalıb. Amma Ancient Agoraya gedə bilərsiniz(8 evro, tələbə
- 4 evro), eyni zamanda acropolis muzeyinə ( qışda 5 yayda 10 evro). Muzeylərə
getmədən əvvəl internetdə açıq olub olmaması və iş saatlarına dair axtarış
edin. Zevs muzeyinə də kənarda baxsanız yetərlidir.
Aristotel məktəbinin qalıqlarını görmək istəsəniz
bilet almayın sadəcə kənardan izləyin. Ümumiyyətlə qarşısınıza xeyli maraqlı
yerlər çıxacaq və kənardan baxsanız yetərlidir çünki sadəcə dəmir hasar var.
Hal-hazırda Afinada fəaliyyətdə olan heç bir məscid
yoxdur, köhnədən qalanların hamısı muzeyə çevrilib.
Şəhərin mərkəzi hissələrində qədimi kilsələr var
baxa bilərsiniz.
Şəhərin mərkəzi kafe, restoranlarla doludur,
Ancient Agora muzeyinin qarşı tərəfində çox maraqlı kafelər var, həmdə mənzərə
üzü acropolisə doğrudur. Yaxınlığında böyük bazarda var, istədiyiniz hər şey
tapmaq olar.
Plaka deyilən məhəllə ən gözəl və turistlə dolu
yerdir.
Anafiotika dar yolları və göy rəngli qapı, pəncərələri
olan ağ evləri ilə məşhurdur, küçələri və pilləkanları da ağ rəngə boyanıb
Mount Lycabbetus (Funikulyor). Şəhər mərkəzindən
2-3 km uzaqdır, şəhərin ən uzaq nöqtəsini görmək olar. Mən piyada getmişdim,
yol üstü Afinanın universitetləri var onları görə bilərsiniz, eyni zamanda mərkəzi
və böyük küçələrindən keçərək müasir Afinanı da kəşf edin. Çox hündürlükdə yerləşir,
istəsəniz liftlə qalxa bilərsiniz qiyməti 6 evrodur, mən isə piyada qalxdım heç
də çətin deyildi əksinə gözəllikləri seyr edə edə yuxarı qalxmaq və təmiz hava
qəbul etmək üçün yaxşı addımdır. Piyada getsəniz google mapa
uymayın özünüz üçün asan və kəsə yol seçin, maşın yolu ilə deyil, bir başa meşənin
içi ilə düzünə qalxa bilərsiniz, tamamilə təhlükəsizdir, bir neçə yerdə polisdə
var.
Acropolis muzeyi 2013-cü ildə açılıb, Yunanistan
hökuməti İngiltərədən yığıb apardığı əşyaların qaytarılmasını xahiş edib,
onlarda təbii ki, çox böyük dəyəri olmayan əşyalar göndərib və ən dəyərliləri
isə saxlayıb. Böyük muzeydir baxmağa dəyər
Sintagma meydanı, çılğın mərkəzi meydan, eyni
zamanda parlament binası da burada yerləşir, binanın solunda böyük park da var.
Aeroportdan avtobus birbaşa bu meydana gəlir və elə burdanda aeroporta yola
düşür. Parlament binası qarşısında növbətçilərin hər saatdan bir dəyişilmə mərasimi
olur. Onlar qısa ətəkdə olan əsgərlərdir, paltarlarının hər bir hissəsi xüsusi
məna verir və eyni zamanda onların mərasim zamanı yerişidə xüsusi məna daşıyır.
Əsasən 400 illik müstəmləkədən xilasla əlaqədardır. Eyni mərasim prezident
sarayının qarşısındada baş verir. Növbətçilər sadəcə bir nöqtəyə baxır,
danışmır, gülmür və hərəkət etmir. Onlar
mərasimi bitirəndən sonra qayıdırlar yaxında olan məntəqəyə və sadəcə bir əsgər
mərasimi məntəqəyə qədər davam etdirərək ayağını çırpa çırpa gedir, bu sizə çox
gülməli gələ bilər.
Monustraki meydanı. Ən qədim məscid burdadır,
hal-hazırda tarix muzeyidir, yunanlar o məscidə lənətlənmiş məscid deyirlər,
deyilənə görə Zevsin binasını daşlarından tikilib. Eyni zamanda yuxarıda qeyd
etdiyim mərkəzi bazar burdadır, suvenerləri burdan alın daha münasibdir.
Ümumiyyətlə yunanlar etiraz etməyi çox sevdiklərindən
bir çox street art məhlələri görə bilərsiniz.
Mətbəxləri türk mətbəxindən ilhamlanıb, demək olar
ki, eynidir. Fast food Vegeterian Souvulaki yeyin, başqa fast foodlarla müqayisədə
daha maraqlıdır həmdə olduqca ucuz (1.50 evro). Yunan yoqurtunu çox tərif edirlər
amma bildiyiniz süzmə qatıq, sadəcə bir az şirin (4.5 evro).
Ümumiyyətlə, Afinanın ən yaxşı yerləri kimi
videolarda daima ət bazarını qeyd edirlər amma deyərdim ki, orada maraqlı bir
şeylər yoxdur.
Küçədəki zibilliklər sizi qorxutmasın sadəcə olaraq
yunan xalqı etirazçı xalqdır və tətil edirlər, zibillərdə küçələri aşır daşır.
Əgər adaları görmək istəsəniz bir tərəfli gediş 15-20 evrodur, gün ərzində 3 adanı görmək isə 100 evro. Yunanıstanda ağır iqtisadi böhran olduğu üçün bəzi adalar satılıb.
Hava demək olar ki, qışda belə istidir, axşamlar bir az soyuq olur. İsti yay aylarında getməyi məsləhət görməzdim əgər ki, sadəcə dənizə gedirsinizsə
Əgər adaları görmək istəsəniz bir tərəfli gediş 15-20 evrodur, gün ərzində 3 adanı görmək isə 100 evro. Yunanıstanda ağır iqtisadi böhran olduğu üçün bəzi adalar satılıb.
Hava demək olar ki, qışda belə istidir, axşamlar bir az soyuq olur. İsti yay aylarında getməyi məsləhət görməzdim əgər ki, sadəcə dənizə gedirsinizsə
Metro biletləri 90 dəqiqəlik
1.40 evro, 24 saatlıq 4.5 evro və 3 günlük isə 22 evrodur. Mən istifadə
etmirdim, getdiyim hər yerə piyada getdim, çünki hər küçədə maraqlı bina və yer görə bilərsiniz.
Sadəcə Sintaqma metrosuna mütləq enin və baxın,
bilet lazım deyil. Metro qazıntıları zamanı qədimi əşyalar tapılıb və burada sərgilənir,
metordan çox muzeyi xatırladır.
Alış- veriş üçün uyğun yer deyil, qiymətlər
bahadır.
Comments
Post a Comment