Klassik və gözəl Vyana


Bu şəhər bir muzeydir, canlı incəsənətdir.
Bir şəhərin bu qədər gözəl olması oradakı incəsənət xadimlərinin fantaziyalarına güclü təsir göstərib.
Məni o şəhərə səfər etməkdə ən çox istiqamətləndirən ən çox sevdiyim bəstəkar Volfqanq Amadey Motsart idi. Avropa klassik musiqisinin dahilərindəndir. Onun 600-dən çox əsəri var. Ən nüfuzlu orkestrlər onun bəstəsinə müraciət edir.
Bu şəhərə səyahət edəndə yenə free toura müraciət etdim, sayələrində çox maraqlı təsüratlarım oldu. Bu turda maraqlı olan hissə tur iştirakçılarının öz ölkəsi haqqında məlumat verməsidir, qrupda 25 fərqli ölkdən olan 30 nəfər vardı. Gid xanım Vyanada magistraturada oxuyan Slovaniyalı tələbə idi, təcrübə toplamaq və diplom işi üçün bu işi seçmişdir.
Avstriyada 22 tədris ocağı var, onlardan 13-ü Vyanadadır. Avstriya Avropanın ən öndə gedən universitetlərinin olduğu şəhərdir. Bir çox təhsil ocaqları pulsuzdur, pullu olan isə cəmi 320 evrodur. Müəllimlər dövlət işçisi hesab olunur, tədris tamamilə dövlət tərəfindən maliyyələşdirilir. 2001 ci ildə ölkə təhsillə bağlı qanun qəbul edib və o qanuna əsasən pulsuz təhsil sistemi yaradılıb. Bizim ölkədən fərqli olaraq, ölkə təhsil sistemi işçilərinə qul, vasitəçi yox ali insan kimi davranır. Seçkilərdə onları sıxışdırıb dilənçi kimi səs toplatmaq məcburiyyətində qoymur. Hər kəs öz vəzifəsində öz səlahiyyətini yerinə yetirir.
Şəhəri gəzəndə mənə sanki Almaniya şəhərində olduğumu hiss etdirdi. Şəhər arxitekturası, binalar və.s məndə nəsə belə hiss yaratmışdır. Sonra gid xanım bu haqqda söhbət etdi. Adolf Hitler Vyanada yaşayıb və muzeydə Hitler Almaniyası deyə xüsusi hissə də varmış.
Vyana Universitetinin kitabxanası qədim binaların birində yerləşir. İnternetdəndə baxa bilərsiz möhtəşəmliyə. Zəngin kitablarla dolu kitabxana. Binanın daxili isə göz oxşayan incəsənət inciləri ilə işlənib. Kitabxananın yanında Botanika bağı var. Yayda adətən çox isti olur. Vyana şahzadəsi Teresa gülləri çox sevirmiş, hara getsə orada mütləq gül gətirərmiş, özü də onlara qulluq edərmiş.
Rathaus bu ölkədə ən gözəl binalardandı, gecə görüntüsü daha çox gözəldir. Əsasən festvillar və yeni il şənliyi bu binanın qarşısında qeyd edilir. Mən getdiyim ərəfədə ölkədə elə həmin binanın qarşısında 2017 film festivalı təşkil olunurdu.
Stefan Cathedral ən hündür binadır. Binanın pəncərəli xüsusi rəngli şüşələrlə bəzədilib və binanın daxilini əsrarəngiz göstərir. Ümumiyyətlə Avropa ölkələrində kilsələr çox maraqlı və dərin incəsənət işləri ilə bəzədilir. Bir neçə dəqiqə sadəcə divarları, tavanı izləyin. İnsan bacarığına heyran qalacaqsız. Binanın daxilinə tur var hardasa 11 evrodan başlayır. Bu kimi kilsə daxili turlarda olduğum üçün binanın qülləsinə çıxmağa üstünlük verdim. 253 pilləkandır, bir az əziyyətlidir. Hündürlükdən şəhəri izləməyin başqa ləzzəti var ona görə də 4 evro verib mütləq qülləyə çıxın. Şəhərin bu hissəsi mərkəz hesab edilir. Əsasən bahalı mağazalar var. Qiymət baxımından çox bahalıq idi. Channeldə əşyanın ən ucuz qiyməti 280 evrodan başlayırdı pik isə 15000 min evroya qədər idi.
Hofburq Palace şəhərin ən gözəl yerində yerləşib. Bina 13-cü əsrdə inşa olunub. İmperiyanın baş binası olub. Hazırda prezidentin oturduğu yerdir. Bir onu deyərdim ki, bina bir incəsənət nümunəsidir.
Maria Teras Platz da incəsənət nümunələrindəndir.
Belvedere bu ölkədə bəyəndiyim ən gözəl bina və muzey idi. Əsasən iki hissədən ibarətdir, yuxarı və aşağı Belvedere. Şəhərin qədimi hissəsindən uzaqdır. Çox böyük ərazisi var. Binanın arxasında isə daha bir neçə əhəmiyyətli muzeylər yerləşir və ondan sonra şəhərin yeni müasir hissəsi başlayır, yeni üslubda tikilən binalar.
Avstriyanın Parlament binası da görkəmi ilə seçilən qədimi üslubda binadır. Ümumiyyətlə hər ölkədə belə üslubda tikiliyə rast gəlmək olar.
Schönbrun Palace klassik musiqi gecələrin təşkil olunduğu saraydır. Buraya bilet alıb mütləq gedin. Bu ölkəyə gedəsən və dahilərin klassik musiqi əsərlərini izləməyəsən bu doğurdanda yaxşı olmaz. 2 saatlıq Motsart və Verterin bəstələrindən ibarət gecəyə qatıldım. Canlı mükəmməl bir klassik musiqi gecəsi idi.Musiqi gecəsinə istənilən yaşda olan adamlara rast gəlmək olurdu. Çox peşakar sənət nümayiş etdirdilər.
Charles Church də öz fərqli və möhtəşəmliyi ilə seçilən binadır.Ən çox turistlərin gəldiyi yerlərdəndir. Binanın qarşısında balaca göl var əsasən sərinləmək üçün ora toplaşırlar. Elə bu binanın yerləşdiyi ərazidə piyada gəzməklə çox gözəl yerlərlə qarşılaşacaqsız. Belvedere də elə bura yaxın bir yerdədir.
Motsartın yaşadığı ev mərkəzə yaxın bir yerdədir, üç mərtəbədən ibarət evdir, ancaq sadəcə iki mərtəbəsi bəstəkara aid olub, ömrünün ən çox hissəsini burada yaşayıb yaradıb. Ondan bir az uzaqda isə ikinci məşhur bəstəkar Verterin evi yerləşir.
Şəhər xalqlar baxımından çox rəngarəndir. Ölkənin rəsmi dili Alman dilidir. Ən çox yaponlara və türklərə rastladım.
Mətbəxindən bir neçə yemək yedim. Kaiserçrman deyə souslu bir yemək idi, birdə pendirli makaron, ikinci yemək çox dadlı idi. Vyananın məşhur Sahara deyə şirniyyatı var. Əsasən Sahara otelində hazırlanır və ölkənin şirniyyat tükanlarına burdan paylanılır. Fərqli dada malik şirniyyat idi, müxtəlif rənglərdə olur.
Əvvəl dostlardan bu ölkə haqqında maraqlanmışdım dedilər bir gün yetərldir. İki günlüyə getmişdim, iki gün gecə gündüz şəhəri ancaq gəzə bildim, məsləhətlidir ki, 3-4 günlüyə gedəsiniz.
Bu şəhər hüzur tapa biləcəyin bir şəhərdir. Cəmiyyət olduqca mədənidir. Avropanın bir çox qabaqcıl şəhərlərindən fərqli olaraq şəhər çox təmiz idi. Klassika özünü biruzə verirdi.
Ancaq metro sistemi mənə bir az çətin gəldi, başqa xəttə getmək üçün bəzən başqa küçəyə keçmək lazım idi. Şəhərin hər bir hissəsinə metro ilə getmək mümkün idi. Şəhərdə bir oliqarxlıq hiss olunurdu. Özündə hiss etmədən o abu havada səndə də bir zadəganlıq hissi baş qaldırır. Bura yenidən səyahət edəcəyim ölkələrdən biri olacaq mənim üçün.

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!