Müəllimin haqqı, haqqın müəllimi
Məktəbdə
oxuyanda həmişə müəllimlərimizin geyiminə baxardıq. Köhnəlmiş olduğunu görəndə
isə gülərdik. Bir çox müəllimlərimiz vardı ki, onlar çox səliqəli və gözəl
geyinərdi. Mən biologiya müəlliməmə onun bir qadın duruşuna, geyiminə, əzminə
vurulmuşdum. Onun dərsini həmişə yaxşı oxuyardım ki, o müəlliməmin üzündəki gözəllik
dərsini oxumadığıma görə dəyişib getməsin. İzləməkdən zövq alardım. Ancaq kasıb
müəllimizin isə köhnəlmiş paltarına gülər həmdə gözümüzdə onun paltarına görə dəyərini
azaldardıq. Biz yalnız zahiri görərdik, həmdə biz belə görüb öyrənmişik,
insanlara onun zahiri duruşuna, imkanına, ad sanına görə hörmət etməyi öyrənmişik.
Bu
yaxınlarda tədbirlərin birində bir qocaman müəllim gördüm. İndi artıq
böyümüşdüm deyə müəllimi şagird baxışı ilə deyil onun zəhmətinin bəhrəsi kimi
izləyirdim. Onun əynində illərin paltarı vardı. Rəngi getmiş yeni rəng almış,
lap onun şagirdləri kimi, köhnələr məktəbi bitirib getmiş yeniləri gəlmişdi
amma bu dəyişən trayektoriyada bir müəllim dəyişməmişdir. Görünür o da kasıb
idi amma qürurlu idi.
Bəli
onu zalda çox da diqqətlə izləmirdilər, onun şerini isə az dinləyən vardı. Onun
zahiri insanlarda diqqət oyatmamışdır. Onun kiçik çıxışı zamanı düşüncələrə
qapıldım. Görəsən bunun günahı kimdə idi? Müəllimdə yoxsa onun qədrini bilməyən
bizdə? Mən müəllimə də haqq qazandırmaq istəyirəm. O bəlkə başqa yerdə daha
uğurlu və alicənab şəxs olardı amma qayıdıb gəlmiş öz kəndində müəllim kimi işləmiş,
bütün illərin çətinliklərinə dözüb öz peşəsini yerinə yetirmiş. Başqa yerdə həmişə
yaxşı imkanlar olub. Kimlər bura qayıtmayıb və burdan çoxdan gedib onlar
olduqları yerdə həm xoşbəxt də uğurlu şəxsə çevrilə biliblər. Hər şey üçün haqq
tələb edirik amma müəllimlər üçün isə yox. Biz yüksək təhsil tələb edirik amma
onun qarşılığını olduğundan az ödəyirik.
Əgər bizə bir ağaca onun ehtiyyacı olandan az su töksək o gec böyüyər və
ya böyümədən ölə bilər. Müəllimə verilən haqq nədirsə o qədərini də bizə
qaytarır. Ancaq biz qəhraman istəyirik, hər şeyi əvəzsiz edəcək çoxlu qəhraman.
Bəlkə
bizimlə yanaşı elə müəllimin özüdə günahkardır? Bəlkə müəllim də öz haqqını tələb
etməmişdir və O da boyun əymişdir. O da təhsil verib cəhalətdən xilas etmiş
olduğu insanlardan xilas gözləmişdir. Amma ortada bir reallıq var. Əməyinin zəhmətinin
haqqını ala bilməyən tərəf və haqq istəyən müəllimdən təhsil tələb edən cəmiyyət.
Əgər müəllim tələbkar şagird yetişdirsəydi bu gün həm müəllim həm şagird
firavan yaşayırdı, kaş ki təhsili siyasi
fiqurların oyununa qurban verməsəydiniz, bizdə bu gün sizin halınıza acımasaydıq
əziz müəllimlər. Cəmiyyət həmdə özünüz
üçün xilas edin!
Comments
Post a Comment