Oxumaq mədəni niyyətdir
Sosial
media həyatımıza daxil olduqca çap dərgilərinin sayı azalmağa başladı. Bununla
yanaşı qəzet və jurnal hələ də öz aktuallığını əvvəlki əhəmiyyətini
daşımaqdadır. Hələ XIX əsrin sonlarında Azərbaycan qəzetinin yaranması öz qədim
irsinə möhkəm bağlı olan toplum üçün böyük dəyişikliyə səbəb olmuşdu. Elə o
zamandan başlayaraq çap mediasına diqqət artmış və yenilikçiliyə addımlar
atılmışdı. Baxmayaraq ki,bir çox hallarda buna böyük maneələr yaradılmış amma
bu günə kimi qəzetlər öz mahiyyətini itirmədən öz varlığını qoruyub saxlamağa
davam edir. Yəqin hamıda bir sual yaranır, sosial media olduğu halda qəzet və
jurnala nə ehtiyyac var? Necə ki, bizim internetə çıxışımız və bütün
materiallara əlçatanlığımız olduğu halda kitaba ehtiyyac duyuruqsa eləcə də qəzetlərə
də ehtiyyac var. Qəzet oxumaq mənim üçün gündəlik həyatın kiçik bir mədəniyyət
formasıdır. Biz o qədər yadlaşmışıq ki, bu mədəniyyətə bəzən bunu lap həyatımızın
günlük saatlarından belə çıxarmışıq, əhəmiyyətsiz vaxt itkisi kimi. Xarici səfərlərimin
birində səhər küçələri dolaşanda gördüyüm mənzərə mənə o qədər xoş təsir
bağışlamışdı ki, ondan sonra çap mediasının əhəmiyyəti yenidən mənim üçün əsas
prioritetə çevrildi. Səhər saatlarında taksi öz sükanı arxasında, mağaza sahibi
kassa arxasında, siravi insalar parklarda oturaraq, işə gedənlər ictimai nəqliyyatda
qəzətlər oxuyurdu. Səhər günün ilk başlanma mərhələsidir. Günü gün ərzində
düzgün dəyərləndirmək, ictimai, sosial və siyasi məsələlərə yaxından bələdçilik,
insanda qərarverici vətəndaş əhval ruhiyyəsi yaradır. Vətəndaş yaşadığı ölkədə
və eləcədə dünyada baş verən hadisələrlə yaxından tanış olur. İndisə keçək
bizim yaşadığımız regionda qəzetlərə olan ehtiyyaca. Biz bilirik ki, sovetlərdən
sonra hələ icma olaraq tam formalaşa bilməmişik, təhsil, sosial fəallığı
atmışıq arxa plana və əsas gündəlik məşğuliyyətimiz ac qalmamaq prinsipinə yönəltmişik.
Şəhər mərkəzlərində insanların yeniliklərə tez malik olmaq imkanı var amma
sosial fəallıqdan uzaq qalmış dərin icmalarada isə bu problem qalmaqdadır.
Görüşlərin birində yerli kənd sakinlərinin informasiya qıtlığından necə əziyyət
çəkdiyinin şahidi oldum, onlar qeyd edirdilər ki, heç qəzət belə gəlmir ki, bir
xəbər oxuyaq mərkəzdə baş verən hadisələrdən xəbərdar olaq. İkinci bir təssüf
edici bir halda, məkətblərdə satılan qəzetlərə olan biganəlikdir, sanki nəşriyyat
müəllimləri oxumağa məcbur edirmiş ki, öz qəzetini satırdı. Buna da müəllimlər
etiraz edirdi. Müəllimlər ildə verməli olduqları 10-15 lariyə etiraz edirdilər.
Təbii ki, bu da özü özlüyündə fərqli və ağır məsələdir, elm öyrədən bir hissə
özü elmini genişləndirməyə gündəlik proseslerdən xəbərdar olmaq üçün özünü
yadlaşdırır. Amma təhsildə nə qədər problem məhz müəllimlərin yetərincə məlumatsızlıqlarından
irəli gəldiyini ortaya qoyur. Oxumaq bir
mədəniyyətdir, oxumaq insanları mədəni fərdişlərə yiyələnməyə dəvət etməkdir, mədəni
cəmiyyət formalaşdırmaq üçün. Çox böyük əməyə və zəhmətə başa gəlmiş bu mədəniyyəti
oxumaqla qoruyaq.
Yeni Yol
Comments
Post a Comment