Dövlət əvvəlcə “bu ölkənin sahibləri” sonra isə “qonaqları” üçün


Ədalət və bərabərlik insanın müxtəlif yollarla təmin etməyə çalışdığı mənəvi ehtiyaclarıdır. Demokratik ölkələrdə bütün vətəndaşların bərabərliyi hüquqi norma və qanundur.
Bəzən istəyirəm ki, Gürcüstanda etnik nümayəndə olduğum haqqında bir gün heç olmasa düşünməyim. Bəzən isə eyni sualı özümə verirəm, ayrı-seçkiliyə dair söhbət etdiyim zaman olduğundan çox kritiki yanaşmıram ki? Bəlkə mən səhv başa düşürəm və hər şeyə daha da dar çərçivədən baxıram?
Ciddi karantin şərtləri altında çalışıram ki, cəmiyyətdən tamamilə uzaq olum ancaq gündəlik xəbərləri oxumaq üçün sosial şəbəklərə daxil olmaq lazım gəlir. Yeni eyni mənfi hallar.
Hökm sürən ümidsizliyə baxmayaraq, etnik azlıqlara qarşı ayrı-seçkilik və nifrət dili dayanmır. İndi dövlətin özü də ayrı-seçkilik etmək halına gəlib çıxıb.
Sovet İttifaqının dağılmasından bəri bölgələrdəki insanlar yuxuda idilər və siyasi, iqtisadi və sosial məsələlərdən özlərini uzaqlaşdırdılar. Əlbətdə bunun öz səbəbləri var. İndi gənclər fəallaşıblar və onlar Konstitusional hüquqlarından danışırlar. Əlbəttə ki, yerli özünüidarəetmə mərkəzdən asılıdır və biz bərabərlik haqqında danışıb bütün sektorlardan bunu tələb edəndə onlar heç bir qərar qəbul edə bilmirlər.
Hüquqlarımız tez-tez pozulur, bu barədə həmişə ucadan danışmaq məcburiyyətində qalırıq. Bu vaxt çoxluğun gözündə biz vətəndaş deyil, təxribatçı, aqressiv və nankor adam oluruq. Baxmayaraq ki, biz qanunlara bütünlüklə tabe oluruq, ancaq təxribatçı yarlikini yapışdırmaq onlar üçün asan olur.
Biz vergi ödəyəndə bərabər hüquqli vətəndaş oluruq amma resurslara bərabər əlçatanlıq tələb edəndə isə nankor yaxud təxribatçı.
Bizim burada karantin zonası elan olunmazdan əvvəl ən qiymətli və dəyərli Novruz Bayramına hazırlaşırdıq. Onda virus hələ daxildə yayılmamışdı və sərhədlər də bağlanmamışdı. Tarixdə ilk dəfə xalq bayram şənliyi ləğv edildi və bunu yalnız evdə qeyd etməli olduq. Bu bayramla bağlı qaydalarına əməl edə bilmədik, məzarlığa gedə bilmədik, bayrama qədər çərşənbələrdə (ikinci günü) bir-birimizi təbrik edə bilmədik, vəziyyəti anlayışla başa düşdüyümüz üçün bayrama lazım olan ərzaqları da ala bilmədik.
İndi Pasxa bayramıdır, mahiyyəti etibarı ilə eyni Novruz bayramına oxşar bayramdır, ancaq bu ölkədə qaydalar və məhdudiyyətlər niyə yalnız “zavallı” qruplara aid edilir? Bu zaman bizdə karantinin ilk günündən məscidlər bağlandı.
Karantinin yeddinci günü idi, ancaq hələ bir azərbaycanlı kəndə nə sosial yardım edilmişdi nə də həkimlər yoxlanışa gəlmişdi, ancaq meriya elan edirdi ki, sən demə onlar minə yaxın ailəyə lazımi ərzaq paylamışdılar. Necə və hansı şəkildə? İlk öncə bu ölkənin “sahibləri” sonra isə “qonaqları” üçün!
Biz dövlətə tabe oluruq və başa düşürük ki, o, qanunu pozmamalıdır və dövlət ən azından dövlətliyini edər. Biz də eynisini tələb etdiyimiz zaman ki, işə gedə bilmirik, gəlir mənbəyimizi itirdik,acıq, biz niyə ərzaq verilmir? Yorulmuş və ümidini itirən xalq, əlbətdə ki, etiraza başlayacaqdı və buna görə onları nankor və məsuliyyətsiz vətəndaş adlandırdılar.
Dövlət özü münasibət və qərar əsasında ayrı-seçkilik edir.Bu zaman kimə müraciət edəsən? Məhkəməyə? O məhkəməyə ki, oraya hakimləri tanışlıqla təyin edirlər və “anası onun qohumu sayılmayan” hakimlər olan yerə və ya bəzilərinin heç diploma da yoxdur və hardakı bütün qanunilik itir.
Dövlətin özü "digər" vətəndaşların öz hüquqlarını qorumaq üçün cinayət törədə və ya qanunu poza biləcək bir mühit yaratmağa çalışır. İndi Marneulidə vəziyyət tam olaraq belədir. Mən "bura Gürcüstandır və gürcü torpağıdır" dəlilini qənaətbəxş cavab olaraq qəbul edə bilmirəm.
Region bağlanıb. Çox yaxşı başa düşürlər ki, aqrar bir bölgədir və bu zaman vaxtında əhəmiyyətli reaksiya vermək vacibdir, amma insanlar üçün bütün mümkün yollar bağlanıb. Əhali kredit götürüb, o pulu öz kənd təsərrüfatı biznesinə qoyub, ancaq indi nə etməlidir?
Göründüyü kimi qanun yalnız bu iki rayonda işləyir. Bu yaxınlarda Lentexi Bələdiyyəsi karantin bölgəsi elan edildi və bəlkə də Kvemo Svaneti bizim kimi belə cəhənnəmdən keçməli olacaq.
Biz internetdən bir çox yerdə üçdən çox insanın bir yerdə olduğu zaman cərimələnməsi barədə məlumat alırıq. Hətta nazirin özü də maşının ön oturacağında oturur, nə qoruyucu taxır, nə də sosial məsafəsini saxlayır. Eyni şey kilsədə baş verir, buna görə bölgəmizdə bir çox insan artıq cərimələnib. 3000 lari cərimə edilirlər və 7 ları yardım alırlar. Üstəlik bəzi yüksək rütbəli iyerarxlar hətta deyirlər ki, kilsəyə dua etməyə getməkdən çəkinməyək, çünki korona virus yalnız yaşlıları təhdid edir və "yaşlılar bu ölkədən elə də getməlidirlər".
Humanitar böhran səbəbindən vətəndaşlar öz evlərindən maşınlarından siqnal verərək etiraz etdiklərinə görə bu gün bir neçə nəfər KKB-yə çağrıldı.
Hökumət adamları başa düşmədikdə, səslərini başqa bir şəkildə çıxartmağa çalışırlar. Hökumətin özü bu mühiti yaradır.
Fərqli olduqlarına görə vətəndaşların yaşadıqları, mədəni faşizmdən başqa bir şey deyil!
Yazdı: Samira Bayramova
Mənbə:Publika

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!