Beynəlxalq Hüquq Müdafiəçiləri Günü
Beynəlxalq Hüquq Müdafiəçiləri Günü Bu gün münasibətilə bütün hüquq müdafiəçilərini təbrik edirəm. Son illərdə ölkəmizdə bu mövzuda geniş müzakirələr aparılır. İnsanların əksəriyyəti onların universal hüquqlarının olduğunu dərk edir və onlar bərabər hüquqlu cəmiyyətdə yaşamaq istəyirlər. Hər gün ölkəmizdə minlərlə insanın hüququ pozulur. Bir çoxumuz hələ də öz hüququmuzu dərk etmədən yaşayırıq və bunu həyatın qaydası kimi qəbul edirik. Bir çoxlarımız isə insan hüquqlarını pozmağı qoçaqlıq bilirik və şəxsi komfortumuz üçün ətrafımızda olan insanların haqqını əlindən alırıq. 2014-cü ildən bu günə kimi 160-dan çox qadın öldürülüb, onların əksəriyyəti vəhşi ər qurbanı olub. Sağlam ailədə yaşaya bilməyən minlərlə uşaq hüquqları pozulur. Hələdə sadəcə tibbi model tətbiq edilən əlil şəxslərin cəmiyyətdə bərabərlik hüquqları pozulur, biz onları yalnız cəmiyyətin xəstə üzvi kimi qəbul edirik. Etnik azlıqlar bu gün öz hüquqlarını tələb etmək üçün çalışırlar amma illərdir bu sahədə o ...