Beynəlxalq Hüquq Müdafiəçiləri Günü
Beynəlxalq
Hüquq Müdafiəçiləri Günü
Bu
gün münasibətilə bütün hüquq müdafiəçilərini təbrik edirəm.
Son
illərdə ölkəmizdə bu mövzuda geniş müzakirələr aparılır. İnsanların əksəriyyəti
onların universal hüquqlarının olduğunu dərk edir və onlar bərabər hüquqlu cəmiyyətdə
yaşamaq istəyirlər. Hər gün ölkəmizdə minlərlə insanın hüququ pozulur. Bir
çoxumuz hələ də öz hüququmuzu dərk etmədən yaşayırıq və bunu həyatın qaydası
kimi qəbul edirik. Bir çoxlarımız isə insan hüquqlarını pozmağı qoçaqlıq
bilirik və şəxsi komfortumuz üçün ətrafımızda olan insanların haqqını əlindən
alırıq.
2014-cü
ildən bu günə kimi 160-dan çox qadın öldürülüb, onların əksəriyyəti vəhşi ər
qurbanı olub. Sağlam ailədə yaşaya bilməyən minlərlə uşaq hüquqları pozulur. Hələdə
sadəcə tibbi model tətbiq edilən əlil şəxslərin cəmiyyətdə bərabərlik hüquqları
pozulur, biz onları yalnız cəmiyyətin xəstə üzvi kimi qəbul edirik. Etnik
azlıqlar bu gün öz hüquqlarını tələb etmək üçün çalışırlar amma illərdir bu sahədə
o qədər problemlər yığılıb qalıb ki, hələ də kimlikdə ilişib qalmışıq. Dini
azlıqlar, dominant dinin təqibindən özlərini güclə qoruya bilirlər. Cinsi
azlıqlar, cəmiyyətin əksəriyyətinin zövqünə uyğun gəlmədiyinə görə
alçaldırırlar.
Sonda
gələk hüquq müdafiçələrinə, onların da hüquqları hər gün vuruşduqları tərəf və
haqqlarını qoruduqları cəmiyyət tərəfindən hər gün pozulur.
İlk
illərdə cəmiyyət üçün qadın hüquq müdafiçəsi qəbul edilməz idi və onlar bir
qadını hansı formada alçaltmaq və onu necə yox etmək üçün etmədikləri
qalmamışdı, dəfələrlə təhqir edici, alçaldıcı, təhdid dolu mesajlar alırdım və
baxmayaraq bununla bağlı polisə müraciət etdim amma o qədər də faydalı olmadı,
çünki elə onlardan biri də elə polisin özü idi. Sonra eyni təhdid və seksual
tipli mesaj kənd molasından gəldi və beləliklə ərazi olaraq bu böyüməyə
başladı. 2010-cu illdən sonra isə sosial şəbəkə üzərindən fake profillərin
qurbanı oldum amma onlar istədiklərinə nail ola bilmədilər. Daha sonra cəmiyyətimizin
normal insanları da siravi insanlara qoşuldu və daha qorxuducu tədbirlər görməyə
başladılar və.s. 4-5 il bundan əvvələ kimi, evimizin yanında silah belə atdılar
amma heç bir hərəkətə bu yola mane olmadı, çünki bu çey içdən gələn bir hissdir
və onu heç bir suni hərəkət dayandıra bilməz. Mübarizə bir həzz və zövqdür və
bundan imtina etmək fikrim yoxdur!
Comments
Post a Comment